Kreditlərin 80 faizi Bakıya, əyalətlərdə isə…
Azərbaycanda kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonunun payına düşür. Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev danışıb.

Son ilin göstəricilərinə görə, Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20.3 milyard manat təşkil edib.

Azərbaycanda 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır. Bəs belə isə, ümumu kredit portfelində əyalətlərə belə az pay ayrılmasına səbəb nədir?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Turan”a bildirilib ki, Azərbaycanda sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər: “Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı 23 faiz, Bakı üzrə isə 77 faizdir”.

“Sistemin təkmilləşməsinə ehtiyac var”
Qurumdan əlavə olunub ki, müraciətlərin, sorğuların təhlilinə, beynəlxalq təşkilatların hesabatlarına əsasən, KOB-ların maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır: “Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var”.

“Güzəştli kreditlərin 70.6 faizi regionların…”
Sahibkarlığın İnkişafı Fondundan isə deyilib ki, 2022-ci ildə dövlət xətti ilə onlar ümumi dəyəri 399.4 milyon manat olan 2 min 726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145.9 milyon manat güzəştli kredit veriblər: “Bu kreditlər hesabına 3 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb”.

Fondan qeyd olunub ki, kreditlərin 59.8 faizi kənd təsərrüfatı, 23.9 faizi sənaye məhsullarının istehsalı, emalı, 6.5 faizi turizmin inkişafına yönəldilib: “Güzəştli kreditlərin 70.6 faizi regionların, 29.4 faizi isə Bakı şəhəri və Abşeronun payına düşür”.

Mövzu ilə bağlı banklar ilə isə danışmaq mümkün olmayıb.

“…xaosa doğru yönəlməsinə gətirib çıxarır”
İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, mövcud proporsiyalar çox da təəccüblü deyil: “Çünki kredit iqtisadi subyektlərə verilir, iqtisadiyyatın 75-80 faizi isə məhz Abşeron yarımadasında yerləşib…”.

Bununla belə, onun sözlərinə görə, burada digər mühüm məqam da regionlarda kreditləşmə siyasəti ilə bağlı bankların mövqeyidir. O qeyd edib ki, regionlarda girov götürülən əmlak likvidli deyil: “Son 30 ildə vətəndaşlar bazar iqtisadiyyatı rejimində çalışır, müəyyən yığmalar etməyə çalışırlar. Amma iqtisadiyyatın keçid dövrü və böhranlar vətəndaşlarda ciddi imkanın yaranmasına gətirib çıxarmayıb. Nəticədə biznesi irəli aparmağın yeganə maliyyə yolu bank sektorundan qaynaqlanır. Banklar isə kredit vermədiyi təqdirdə bu, biznesin inkişaf imkanlarını məhdudlaşdırır, iş yerlərinin artmasının qarşısını alır və nəticədə paytaxta doğru axın baş verir. Bu da ölkədə sosial həyatının da müəyyən mənada xaosa doğru yönəlməsinə gətirib çıxarır”.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti