Bakı-Supsa ilə neft nəqli müvəqqəti bərpa edilib
Rusiya-Ukrayna müharibəsi səbəbindən bağlanmış Bakı-Supsa boru kəməri ilə son 10 ayda ilk dəfə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin nəqli qısa müddətə bərpa edilib.

“Report” “Eurasianet”ə istinadən xəbər verir ki, həm AÇG yataqlar blokunu, həm də Bakı-Supsa boru kəmərini idarə edən BP şirkəti axının bərpa olunduğunu təsdiqləyib, eyni zamanda, bir tankerin ötən həftəsonu yükü götürdüyünü, ikincini isə bu həftəsonu götürəcəyini əlavə edib.

Boru kəməri ilə axın keçən il, əvvəlcə müvəqqəti olaraq martda, sonra isə yekun olaraq mayda sərbəst üzən minalarla bağlı xəbərlərdən sonra Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən dayandırılmışdı. Bundan sonra Bakı-Supsa ilə nəql olunan neft həcmi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönləndirilib. Bu, ayda təxminən 3 milyon barel neftdir.
Ətraflı

BP-dən bildirilib ki, Supsaya axın yalnız fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağlanması nəticəsində bərpa edilib.

Müharibədən əvvəl Azərbaycan nefti üç ayrı boru kəməri ilə beynəlxalq bazarlara çıxarılırdı: Bakı-Supsa, BTC və Bakı-Novorossiysk boru kəməri ilə. Üçüncü istiqamət üzrə axın da ötən il eyni səbəblərdən dayandırılmışdı, neft həcmi yenidən BTC-yə yönləndirilmişdi.

Qeyd edək ki, bu gün əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel neft vurmaq gücündədir. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin daha əvvəl qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırıla bilər.

BP şirkəti neftin Ceyhan terminalından dünya bazarlarına daşınmasını artıq bərpa edib. Fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra BP Türkiyədəki bütün infrastruktura, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Ceyhandakı neft terminalına baxış keçirməyə başlayıb. Yoxlamalar ciddi problemin olmadığını göstərib.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti