Vergi güzəştləri, reklam bazarı və... –
Deputatlar təkliflər verdilər, MEDİA rəhbəri isə... – “Bu, mediada iqtisadi müstəqillikdə atılan ilk addımdır”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Gündəliyinə səkkiz məsələ daxil edilən iclasda müzakirə olunan məsələlərdən biri də Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Dəyişiklikdə media ilə bağlı müddəalar da əksini tapıb.

Toplantıda Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iştirak edib.

Qanuna dəyişikliyə görə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir vergisindən azad olunur.

Qeyd edək ki, gəlir vergisindən azad olunma 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq ediləcək.

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir. Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

"Azərbaycandan xaricə milyonlarla reklam pulları axır"

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək.

“Media subyektlərinə dəstək olaraq, bu, az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək. Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Etiraf edək ki, sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanun, vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”,- deyə komitə sədri bildirib.

“Bu, dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq”

Deputat Mahir Abbaslı çıxışında təklif edib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri üç ildən beş il müddətinə artırılsın.

Millət vəkili hesab edir ki, vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması bu sahədə inkişafa təkan verəcək: “Bildirildi ki, 3 il müddətində edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək. Bu da ildə təxminən 3 milyon manat deməkdir. Müddətin beş ilə qaldırılması problem hesab edilməz. Mənə elə gəlir ki, bu, dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq”.

“Vergidən azadolma ilə bağlı 3 il azdır, 5 il daha məqsədəuyğundur”

“Medianın reklam gəlirləri kifayət qədər azdır. 2021-ci ildə medianın 42,3 mln. manatlıq gəliri olub. Bu gəlirlərin 36 milyon manatı televiziyanın payına düşür. İxtisaslaşmış medianın reklam gəlirləri kifayət qədər azdır. Yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır. Vergi Məcəlləsində dəyişiklik edilərək reklam verən şirkətlərə güzəştlər tətbiq edilməsi və vergi güzəştlərinə baxılması lazımdır ki, bu, biznesi mediaya reklam verməyə təşviq etsin”. Bu sözləri isə deputat Vüqar Bayramov söyləyib.

Millət vəkili bildirib ki, ötən il sosial media gəlirlərin əhəmiyyətli dərəcədə hissəsini götürüb: “Azərbaycanda sosial medianın gəlirləri, yazılı mediadan daha çoxdur və olacaq da. Biznes sosial mediada reklam yerləşdirməkdə daha maraqlıdır, nəinki yazılı mediada. Buna görə də mediaya reklam verilməsinin təşviqi mühümdür. Vergidən azadolma ilə bağlı 3 il azdır, 5 il daha məqsədəuyğundur. Bu məbləğ elə də böyük deyil. Məbləğ artsa belə, büdcədə elə böyük çəkiyə malik olmayacaq. Biznes təşviq olnmayanadək medianın gəlirlərində kəskin artımlar müşahidə olunmayacaq”.

“Hələ qarşıda media sahəsində görüləcək işlər çoxdur”

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib ki, mediada vergi güzəştləri ilə bağlı qanun qəbul olunduqdan sonra reklam bazarında canlanmanın yaranması mümkündür. Onun sözlərinə görə, qanun layihəsi media sahəsində maliyyə şəffaflığının artırılmasına böyük dəstək göstərəcək.

“Bu, mediada iqtisadi müstəqillikdə atılan ilk addımdır. Hələ qarşıda media sahəsində görüləcək işlər çoxdur. Eyni zamanda bu sahədə biznes subyektləri, sahibkarla görüşümüz nəzərdə tutulur”, - deyə ismayılov vurğulayıb.

MEDİA rəhbərinin sözlərinə görə, çalışacaqlar ki, bu görüşdə sahibkarların, biznes subyektlərinin reklama dəstək verməsi üçün onlara nə lazımdırsa, kömək edilsin: “Bununla bərabər qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilər, onu da müzakirə edəcəyik. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil edəcəyik. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq fikrə gələ bilərik. Görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək”.
ayna.az
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti