Dünyada dollarlaşma azalır? -
Rusiya təbliğatı illərdir deyir ki, dünyada dolların rolu azalır, hətta Rusiya 2014-cü ildən bəri bəzi populist bəyanatlar verərək digər ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtina edəcəyini, hətta artıq etdiyini elan edib, amma reallıq başqadır, Kremlin arzuları kimi deyil.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra ekspert fikrini davam etdirərək deyir:
Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi rəqəmlərinə görə dünya ölkələrinin ehtiyat “yasdığı” 2013-cü ildə 11 trilyon 700 milyard dollar dəyərində olub, bu məbləğın cəmi 3 trilyon 810 milyardı dollarda, yerdə qalan hissəsi digər valyutalar, qiymətli kağızlar və qızılda saxlanılırdı. Üç il sonra, yəni 2016-cı ildə dünya ölkələrinin ehtiyat vəsati 10 trilyon 720 milyard dolar idi və bu məbləğın artıq 5 trilyon 500 milyardı dollarda, yerdə qalanları isə digər aktivlərdə idi. Növbəti üç ildə, yəni pandemiyadan öncəki 2019-cu ildə ölkələrin ehtiyat vəsaiti 11 trilyon 820 milyard dollara qalxdı və bunun 6 trilyon 730 milyardı dollarda idi. 2021-ci ildə ölkələrin ehtiyat vəsaiti 12 trilyon 920 milyard dollara qalxdı və bu vəsaitin 7 trilyon 90 milyardı sırf dollarda saxlanılırdı.
Göründüyü kimi dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artır, amma bu o demək deyil ki, “dollar dünyasında” problemlər yoxdur – təbii ki, var və getdikcə artacaq. Çünki, qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq – bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır, çünki Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir. 2011-2021-ci illər arası Çin valyutası bir dollara qarşı 6,22 yuanla 7,10 yuan arası dəyişib – oynaqlıq çox azdır, bu isə yuanı cəlbedici edir. Amma yuanın da ən zəif nöqtəsi odur ki, dollara, ABŞ iqtisadiyyatına çox bağlıdır, ABŞ-Çin qarılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci ilə nisbətən 28,7% artaraq (il-ilə rekord artış göstəricisidir) 755 milyard 640 milyon dollar olub, ABŞ uzun illərdir ki, Çinin 1 nömrəli ticarət tərəfdaşıdır, məsələn, Rusiya isə Çinin ticarət dövriyyəsidə 11-ci yer tutur.
Fraqmentallaşan dünyada regional güclərin yaranması, möhkəmlənməsi regional valyutaların da yaranıb-güclənməsinə səbəb ola bilər. Bu mənada Türk Dövlətləri Birliyi gələcək üçün (yaxın 10 ilə ağılla plan qurub işləməklə) özlərinin ticarət əlaqələrini gücləndirmək yollarından biri kimi ümumi valyutanın yaradılması haqqında da düşünməlidirlər. Bu klassik “kağız pul” olmaya da bilər, hətta olmamalıdır da, sadəcə ölkələrin öz valyutalarını saxlamaq şərti ilə ortaq "digital" (bu “coin” deyil, səhv salmayın) pul vahidi, məsələn, “elektron akçe” dövriyyəyə buraxmaq olar və bu addım TDB-nin qarşılıqlı ticarəti sürətləndirmək üçün geniş perspektivlər aça, Birliyin “dollar, avro və yuan dünyası” ilə də iqtisadi münasibətlərin artmasına səbəb ola bilər...
 
 
 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Dollarla bağlı qərar verildi: FED faiz dərəcələrini sabit saxla
30 Yanvar 2025 AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
29 Yanvar 2025 Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı
29 Yanvar 2025 Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
28 Yanvar 2025 Bu məhsulun istehsalına görə verilən subsidiya artırıldı
28 Yanvar 2025 “Ən böyük bank 5 saatdır problemini həll edə bilmir” –"Kapital Bank"la bağlı ekspert rəyi
28 Yanvar 2025 “Exchange”lərə maraq niyə azdır? – Ekspert səbəbləri açıqladı
28 Yanvar 2025 Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı
27 Yanvar 2025 Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
26 Yanvar 2025 Dəniz nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2%-ə yaxın artıb
26 Yanvar 2025 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 9% artıb
26 Yanvar 2025 Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
25 Yanvar 2025 Müxtəlif qitələrin ən varlı insanları – SİYAHI
25 Yanvar 2025 Tramp neftin qiymətinin Ukrayna böhranının həllinə maneə olduğunu deyib
25 Yanvar 2025 Mənbə: Aİ Ukrayna üzərindən Rusiya qazının tranzitini müzakirə edə bilər
24 Yanvar 2025 Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43% azaldıb
23 Yanvar 2025 Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
22 Yanvar 2025 Şəkərin qiyməti 4 ilin ən aşağı səviyyəsinə düşdü
22 Yanvar 2025 ABŞ-ın BMT-yə 2,8 milyard dollar borcu yığılıb
21 Yanvar 2025 Rusiya Türkmənistanı Çinin qaz bazarından çıxarır

Dünyapress TV

Xəbər lenti