“Quzu ətinin qiyməti 50 manata qalxacaq” - BELƏ DAVAM EDƏRSƏ...
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda son iki ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir.

"Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir. Bu barədə dövlət orqanlarından eşitdikdə, 1982-ci ili xatırladım. 1982-ci ildə SSRİ dövründə siyasi büro - Moskva qərar qəbul etmişdi ki, toylarda heyvan kəsilməsin, ümumiyyətlə ət kəsilməsin. Əhali kolbasa ilə toylarda iştirak edirdi. Sovet İttifaqı ərzaq proqramı həyata keçirirdi. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq əvəzinə, istehlakçıların seçim hüququ məhdudlaşdırılırdı. Bir çox məsələlər istehlakçıdan asılıdır. Bazarda baş verən müsbət və mənfi nəticələr istehlakçının seçimlərinə əsaslanır. İstehlakçıların israfçılığının qarşısını almaq əsas məsələlərdən biridir. Mütəxəssislər bəzən hökumətin çağırışına cavab olaraq deyirlər ki, quzu əti pisdir.

Düşünürəm ki, dədə-babadan və tarixdən bizə miras qalan, milli adət-ənənələrə daxil olmuş quzu əti ən üstün ətdir düşüncəsindən uzaq olmaq, kənd təsərrüfatını inkişaf etdirmək siyasəti ilə uyğun gəlmir. Gözləyirdim ki, azad olmuş torpaqlarda hökumət böyük kənd təsərrüfatları yaradacaq. Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə tam təmin edəcək. Ancaq çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır. Hamımıza məlumdur ki, heyvanları böyütmək üçün mütləq onlara baytarlıq dərmanları vurulur. Ən uca dağ kəndlərində belə, mala və qoyuna heyvan dərmanları vurulmasa, onlar qırılacaqlar".

Müsahibimiz qeyd etdi ki, quzu antibiotik və digər dərmanlar qəbul etməmiş bir canlıdır.

"Əlbəttə, quzunun “yazıqlığı”, baxışı ayrıdır. Quzu, baytarlıq dərmanlarından kənarda qalmış daha yaxşı ətə malik yeməli heyvandır. Quzu yeməmək, qocalmış heyvan ətinin daha yaxşı olması təbliğ edilir. Hətta Qida Təhlükəsizliyi Agentliyinin idarə rəisi mənimlə mübahisə edərək bildirib ki, o, kənddə ən yaşlanmış xoruzu seçib, ətini yeyir. Belə çıxır ki, arabaya qoşulmuş öküz ətləri ən baha qiymətə olmalıdır. Hindistandan yaşlanmış heyvan əti Azərbaycana daha ucuz göndərilir. Vaxtilə öküzləri, yaşlanmış heyvanları ümumiyyətlə kəsməzdilər. Kənd təsərrüfatı siyasətinə bu cür primitiv yanaşma doğru deyil. İstehlakçının seçim hüququ var. İstehlakçı istəsə, pul verib alar, istəməsə almaz. Bazarda hər cür ət olmalıdır. Kim ki, qocalmış xoruz, toyuq, öküz əti yemək istəyir, buyurub, bazardan alıb yesinlər.

Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Azad İstehlakçılar Birliyi ilə dövlət səmərəli əməkdaşlıq qurmur.

Əgər belə bir siyasət aparılarsa, quzu kəsiminə və ya digər kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsiləcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaqdır. Bu, çox səhv bir yanaşmadır. Fərqli fəaliyyət göstərmək lazımdır. Kim istəyirsə, qocalmış ətləri yesin, buyurun yesinlər. Bu səhv siyasətdir. 1982-ci ilin sovet siyasətini xatırladır", - deyə E.Hüseynov bildirdi.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti