Bu sektorlarda çalışanların maaşları artıralacaq
"Minimum əməkhaqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.

"Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqqlar 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1125 manatdır. Minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".

Bölmənin digər xəbərləri

04 Yanvar 2025 Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb
04 Yanvar 2025 47 dollara toyuq döşü, 8 dollara bir banka qəhvə: Arktikada həyat nə neçəyədir?
04 Yanvar 2025 Koreyanın şirkətləri iqtisadiyyata 45 milyard dollar sərmayə qoymaq niyyətindədir
04 Yanvar 2025 Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
04 Yanvar 2025 "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
03 Yanvar 2025 Azərbaycanda kommunal ximətlərin bahalaşması inflyasiyaya təsir göstərə bilər
02 Yanvar 2025 Rusiya üçün ilk iqtisadi zərbə gəldi.
01 Yanvar 2025 Təbii qaz rekord həddə bahalaşıb
31 Dekabr 2024 Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
30 Dekabr 2024 Dəmir yolu ilə daşımalarda yeni güzəştlər
28 Dekabr 2024 ABŞ İvanişviliyə sanksiya tətbiq etdi
27 Dekabr 2024 Putin: "Rusiya hələ də Ukraynaya pul ödəyir"
27 Dekabr 2024 Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
27 Dekabr 2024 Nazirlik qalmaqallı iş adamının şirkətinə 1,6 milyonluq tender verdi
27 Dekabr 2024 Varlı ruslar lüks markalara qoyulan məhdudiyyətləri aşmaq üçün yol tapıb - FT sxemi izah etdi
26 Dekabr 2024 Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
26 Dekabr 2024 Nazirlik 19 milyonluq təlim xidməti alır -
25 Dekabr 2024 Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
25 Dekabr 2024 Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
25 Dekabr 2024 Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı

Dünyapress TV

Xəbər lenti