Qiymət dəyişməsindən Neft Fondunun itirdiyi 2.4 milyard
Ötən il Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri olmayıb, əksinə, investisiyaları 2 milyard 461.3 milyon ABŞ dolları (- 5.2 faiz) zərər edib. Buna Neft Fondunun aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəb olub.

“Fondun ötən il 45.03 milyard ABŞ dollarına bərabər aktivləri ilin sonuna artaraq 49.03 milyard ABŞ dollarına yüksəlib. Ümumi portfelin 62.1 faizi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19.6 faizi isə səhmlərə investisiya olunub. Portfelin 6.2 faizini daşınmaz əmlak, qalan 12.1 faizini isə qızıl investisiyaları təşkil edib”, – ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatında bildirilir.

Bununla belə, hesabata görə, yaranma tarixindən 2023-cü il yanvarın 1-dək ARDNF investisiyalardan toplam 7.8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2.3 faiz gəlirliliyə bərabərdir.

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, əgər ARDNF öz valyuta vəsaitlərini şəffaf və hesabatlı formada səmərəli idarə etsəydi, ilin yekunlarına görə gəlirlilik səviyyəsi mənfi (-) 5.2-yə düşməzdi: “Təəssüflər olsun ki, şəffaflıq və hesabatlılıq yoxdur. Məsələn, Neft Fondu əmlak bazarında iştirak edir və müəyyən ofis, biznes mərkəzlərinə sahibdir. Amma onun idarəçiliyini 10-15 şirkətə veriblər. Həmin şirkətlər necə seçilir, açıq və rəqabətli tenderlər varmı, hansı meyarlar əsas götürülür, bu barədə heç bir məlumat yoxdur”.

İqtisadçının sözlərinə görə, ötən il maliyyə bazarları təlatümdə olub: “Təbii ki, bazarda qazanmaq üçün daha çox peşəkarlıq tələb olunurdu. Düzdür, peşəkarlar da müəyyən zərərlə üzləşib, amma onların zərərinin səviyyəsi Neft Fondundakı kimi yüksək deyil. Zərər 3 faizə qədər olsaydı, bunu obyektiv səbəblərlə izah etmək olardı. Amma 5 faizlik zərər burada subyektiv amillərin olmasını göstərir”.

Neft Fondu 1999-cu ildə yaradılıb. Bu quruma 2001-ci ildən vəsaitlər daxil olmağa başlayıb. 2020-ci ilə qədər bu fonda təqribən 160 milyard dollar vəsait daxil olduğu açıqlanmışdı. Bu il aprelin 1-də isə Fondda 53 milyard 437.6 milyon ABŞ dolları qaldığı bildirildi. Qalan vəsaitin ölkə büdcəsinə transfert edildiyi və bir çox layihələrə xərcləndiyi açıqlanıb.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti