"Ağ qızıl"da ziyan etdik:
Bu il Azərbaycanın pambıq mahlıcının ixracından gəliri 2 dəfədən çox azalıb.

2023-cü ilin yanvar-fevral aylarında 26 648.5 pambıq mahlıcı, 1 715.5 ton pambıq iplik istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 6.9% artım və 45.4% azalma deməkdir.

Qeyd edək ki, bir sıra mütəxəssislər ölkədə pambıq istehsalının heç də gəlirli olmadığını deyir ki, bunun müqabilində digər ehtiyac olan sahələrin inkişafını təklif edirlər.

Belə ki, bu gün ölkədə qiymət artımı müşahidə edilən bir sıra ərzaq məhsulları var ki, həmin sektorla bağlı daha çox inkişaf ehtiyac var.

Məsələn, bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min dollar (22,8 %) çoxdur.

Hazırda pambıqçılığın deyil, daha çox ehtiyac olan, gəlir gətirən sahələri inkişafı önəmli deyilmi?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xatırladıb ki, 2017-2018-ci ildə pambıqçılıq strateji sahə kimi elan edildiyi zaman Azərbaycanda pambıqçılığın perspektivi olmadığını bəyan edib:

“Pambıqçılıq Azərbaycanda inkişaf etdirilə bilən sahə deyil. Çünki burada iqlim, pambıq yetişdirməyə imkan vermir. Ölkəmizdə pambıq yetişdirməyə imkan verən yeganə ərazi Bərdə rayonudur. Ancaq digər ərazilərin heç birində şərait yoxdur. Pambıqçılığın inkişaf perspektivlərini seçəndə diqqət yetirilir ki, pambıq formaları, məsələn, Qossipium Barbadenze (Gossypium barbadense) növlərindən biri həmin ərazidə yetişirsə, demək orada pambıq yetişdirmək olar. Əgər o növlər yetişməsə, demək ki, pambıq yetişdirmək mümkün deyil. Yəni 10 minlərlə hektar sahədə pambıq yetişdirib əlində qalmaqdansa, həmin sahələrdə yonca sahələri əkib, yem bitkiləri əkib heyvandarlığı inkişaf etdirsəydik bu, daha yaxşı olardı.

Bu gün Azərbaycanda kənd təsərrüfatı mənşəli ərzaq idxalına ildə təxminən 2 milyard dollardan çox vəsait xərclənir. Əgər biz pambıqçılığa ayrılan sahələrdə heyvandarlıq və bitkiçiliyi inkişaf etdirsək, məsələn, ərzaq buğdası əksəydik, ətlik heyvanlar üçün yem bitkiləri əksəydik, həmin 2 milyard dolların 80-90 faizinə qənaət etmiş olardıq. Halbuki həmin məhsulları idxal edirik. Bizim pambıq istehsalında 2015-ci ildən bəri illik əldə etdiyimiz gəlir 200 milyon dolları keçməyib. Ərzaq idxalı ilə bağlı qazandığımızın fərqinə baxsaq, burada nəticəni görmək mümkündür. Pambıqçılığın strateji sahə elan edilməsi Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı sektorunun çökdürülməsi deməkdir”.

İqtisadçı deyir ki, Azərbaycanın daxilində ehtiyac olan məhsullar istehsal etməliyik:

“Hazırda neftdən kifayət qədər valyuta gəlir. İldə dövlət büdcəsinin 10-12 milyard dolları neftdən gələn gəlirlər hesabına formalaşır. Həmin büdcəni biz perspektivli sahələrə yönəltməliyik. Məsələn, istəyiriksə, neft erası bitdikdən sonra bizə valyuta gətirən sahə olsun, niyə baramaçılığı, tütünçülüyü, şərabçılıq sahəsini inkişf etdirib dünyada brendini yaratmırıq. Hazırda pambıqçılığı Sovet dövründən nümunə götürərək inkişaf etdirirlər. Ancaq bu çox yalnış addımdır.

Çünki Sovet dövründə də Azərbaycanda pambıqçılıq gəlirli sahə olmayıb. Burada nə qədər pambıq istehsal edilsə də, Səmərqənddəki pambıq emalı zavodunda yanıb, məhv olub. Azərbaycandan nefti aparırdılar, onun gəlirinin 20 faizini pambıqçılığa qoyurdular ki, vətəndaşlar işsiz qalmasın, başını qatsın. Digər tərəfdən də Səmərqənddə Azərbaycan pambığı heç bir emal peosesinə göndərilmirdi, yalnız çiyidi çıxarılırdı, qalan hissəsi isə məhv olurdu. O dövrdə də Azərbaycanda pambıq istehsalına nail ola bilməyiblər. Ona görə də pambığın “prepiskası” başladı. Səmərqənddən təklif gəldi ki, sizin pambığı heç nəyə cəlb edə bilmirik, ona görə də bizə pambıq dəyərində pul gətirin. Belə də etdilər. Bu isə bir çox insanlar üçün problemlər yaratdı”.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti