Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib.

Türkiyə Prezidenti ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.
 
Ardını oxu...
Dərman “biznesinin” daha bir fırıldağı ortaya çıxıb.

Belə ki, dərman biznesi ilə məşğul olan sahibkarlar süni qiymət artımı yaratmaq üçün dərman preparatlarını istehsalçı ölkədən birbaşa ölkəmizə idxal etməyərək öncə ofşor zona olan 3-cü ölkəyə daşıyırlar.

Teref.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu iddia ilə tanınmış həkim-radioloq Aydın Əliyev çıxış edib.
Onun sözlərinə görə sahibkar əgər istehsalçıdan dərmanı 1 dollara alıbsa, ofşor zonada onu məsələn, 5 dollara rəsmiləşdirir və ölkəmizə giriş zamanı sənədlərdə 5 dollara aldığı göstərilir, avtomatik olaraq digər xərcləri də üzərinə gələndə o dərman vasitəsinin bizdə pərakəndə satışı ən azı 10 dollara yüksəlir. Halbuki birbaşa gətirilsə, qat-qat ucuz olar.
Həkim dərman biznesmenlərinin bu addımını sərt tənqid edib.
Son zamanlar ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb. Ölkədə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatlarının çatışmazlığı var. Həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaranıb.
Həmçinin gün keçdikcə dərmanların qiymətində bahalaşma müşahidə edilir. Bu il ərizndə dərmanların qiyməti bir neçə də artıb.
Üstəlik əlçatan pereparatlar apteklərdən yoxa çıxır. Azərbaycanda dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək Tarif Şurası ilə Səhiyyə Nazirliyi isə hələki susqunluq nümayiş etdirir.Qeyd edək ki, əksər dərman preparatlarının idxalı həm rüsumlardan, həm də idxaldan cəlb edilən ƏDV də daxil bütün vergilərdən azaddır.
 
 
 
Ardını oxu...
Yeni il qabağı bir sıra kənd təsərrüfatı məhsulları bahalaşıb. Artım kənd yumurtasının qiymətində daha çox müşahidə olunur.

Teref.az Baku TV-ə istinadən xəbər verir ki, əməkdaşımız Quba bazarında kənd yumurtasının hazırkı qiyməti ilə maraqlanıb.

Bazarda həm alıcılar, həm də satıcılar qiymətlərin günü-gündən qalxdığını bildiriblər.
“Əvvəl yumurtanı 15 qəpiyə satırdıq. İndi yumurta çörək qiymətinə olub, ceyran belinə çıxıb, tutmaq olmur”, – deyə satıcılardan biri qeyd edib.
Alıcılar yumurtanın qiymətinin qalxmasını yem tədarükünün bahalaşması ilə əlaqələndirirlər.
Qeyd edək ki, Quba ilə yanaşı, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarında da vəziyyət oxşardır.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Rubl dollar və avro qarşısında kəskin bahalaşıb.

32gun.az Moskva birjasının məlumatına istinadən xəbər verir ki, dekabrın 22-də dollar 3%, avro isə 4% ucuzlaşıb.

Səhər saatlarında Moskva birjasında dolların məzənnəsi aprel ayından bəri ilk dəfə olaraq 71 rublu keçib. Günün ikinci yarısına olan məlumata görə isə dolların məzənnəsi 72,37 rubla qədər qalxıb. Avro isə aprel ayından bəri ilk dəfə 76 rubl, daha sonra isə 77 rubla qədər yüksəlib.
 
Ardını oxu...
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.

Mülki Aviasiya Komitəsi tərəfindən Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığına da münasibət bildirilib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.
 

       
Ardını oxu...
Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi proseduru sadələşdirilir.

Bundan sonra proses sadə və ədalətli meyarlara uyğun aparılacaq və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqləndiriləcək.

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov AZTV-yə bildirib ki, sahibkar öz məhsulunu Azərbaycana gətirən zaman gömrük dəyərinin hesablanması və elan edilməsi ən çoxu 24 saat ərzində baş tutacaq.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

 
Ardını oxu...
Argentina milli bankının nümayəndələri əskinaslarda milli komandanın kapitanı Lionel Messinin şəklini çəkmək üçün variantları nəzərdən keçirirlər.

"Unikal" xəbər verir ki, bu barədə El Financiero məlumat yayıb .

Mənbənin sözlərinə görə, bu yolla Argentinada millinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı qələbəsini əbədiləşdirmək istəyirlər. Ehtimal olunur ki, Messi obrazı 1000 pesoya tətbiq olunacaq. Bu, əskinasın nominalının Messinin nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə Argentina millisinin baş məşqçisi Lionel Skaloni ləqəbi olan "La Scaloneta" yazısının qoyulması planlaşdırılır.

Xatırladaq ki, Argentina dünya çempionatının finalında Fransa yığmasını məğlub edib.

Argentina millisi üçün mundialdakı bu qələbə tarixdə üçüncü olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə kuboku başlarının üstündə qaldırmışdılar.
 
 
 
Ardını oxu...
“Builki mövsümdə 15 hektarda taxıl əkmişdik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun əməkdaşları dedilər ki, taxılı sığorta etməyən fermerlər subsidiya almayacaqlar. Biz də məcbur qalıb məhsulu sığorta etdirdik. Qəbz olsa da, sığorta müqaviləsi təqdim edilmədi. Fırtına oldu, məhsul yığa bilmədik, indi də sığorta ödənişdən imtina edir”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Qobustan rayonu, Ərəbşahverdi kəndində yaşayan fermer Becan Lətifov deyib. Fermerin sözlərinə görə, hər il taxıl əkini ilə dolanıblar, dövlət tərəfindən subsidiya ödənilib. Bu ildən yeni qayda yaradılıb.

“Martın axırı, aprelin əvvəlində güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu apardı, sahə pis günə düşdü. Tək mənim sahəm deyil, ərazidəki digər sahələrdə də məhsul zay oldu. Aqrar Sığorta Fondunun komissiyası aprelin əvvəlində sahələrə baxış keçirdi və məhsulun fırtınadan məhv olduğunu aktlaşdırdı”, – fermer deyib.

Becan Lətifovun sözlərinə görə, ikici dəfə mayda komissiya gəlib, sahələrə baxış keçirilib və yenidən akt tərtib olunub. İkinci komissiya hesab edib ki, 15 hektar sahənin yalnız 2 hektarı fırtınadan zərər görüb, 13 hektar quraqlıqdan məhsul verməyib:

“Halbuki bu mümkün deyil ki, açıq ərazidə fırtına sahənin yalnız bir tərəfini tutsun. Biz 2 hektar üçün ödəniləcək sığortadan imtina etdik. Qonşu sahələrin sahibləri də şahiddirlər, sahəyə biçilməsi üçün kombayn salmadıq. Çünki əhəmiyyətsiz idi, məhsul tamamilə məhv olmuşdu. Bunu komissiya da gördü. Prokurorluğa şikayət edənlərin sığortası dərhal ödənildi, mənə isə məhkəməyə müraciət etməyimi məsləhət görürlər. Bu fermerlər arasında ayrı-sekçilikdir”.

Fermer deyir ki, birinci aktın dəyişdirilməsi saxtakarlıq olub. Buna görə də məsələnin araşdırılması üçün kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edib. Lakin hələ müraciətinə cavab verilməyib.
Kənd Təsərrüfatı Nazirliyindən Meydan TV-yə bildiriblər ki, fermer Aqrar Sığorta Fondunun 1651 Çarğı Mərkəzinə zəng vurub məlumat ala bilər.

“Quraqlığa görə sığorta ödənişi edilmir, müqavilədə sığorta hadisələrinin siyahısı dəqiq verilib”, – nazirlikdən əlavə ediblər.

Aqrar Sığorta Fondunun açıqlamasında isə deyilir ki, Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib. Ümumilikdə 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır.
Ardını oxu...
ABŞ Dünya Bankı vasitəsilə Ukraynaya 2 milyard dollar ayırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu yardım Ukraynanın dövlət büdcəsini dəstəkləmək üçün ayrılıb.
"Bu, ABŞ-ın Ukrayanaya ayırdığı 4,5 milyard dollar həcmində qrantın ikinci tranşıdır", - deyə məlumatda qeyd edilib.
 
Ardını oxu...
Teref.az yazır ki, Azərbaycan mətbəxinin şahı plovdur. Elə bir tədbir, bayram, yığıncaq ola bilməz ki, süfrədə plov olmasın. Elə qarşıdan gələn Yeni İl bayramında da belə olacaq. Plovu bişirmək üçün düyü lazımdır. Düyününsə qiyməti bahalaşıb. Bu bahalaşmanı marketlərdə aydın şəkildə müşahidə edə bilərik.

TEREF.AZ “Kaspi” qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edir:

Dövlət Statistika Komitəsinin verdiyi məlumatda da düyünün qiymətinin ötən il ilə müqayisədə bu il artdığı əksini tapır. Uzun düyünün 1 kiloqramının orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 3,98 manatdan 4,45-ə yüksəlib. Bununla da orta qiymət 56 qəpik, yəni 14,3 faiz artıb. Yerli uzun düyü ötən illə müqayisədə 82 qəpik, yəni 19,4% bahalaşaraq 5,05 manat təşkil edib. İdxal edilən uzun düyünün qiyməti də 38 qəpik, yəni 10,7% artaraq 3,93 manat təşkil edib. Yumru düyünün qiymətində isə 1 kiloqram düyünün orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 42 qəpik, yəni 18,4% artıb və 2,70 manat olub. Yerli yumru düyünün qiyməti 39 qəpik, yəni 16,6% bahalaşaraq 2,74 manat, idxal olunan düyünün qiyməti 44 qəpik, yəni 20% faiz artaraq 2,66 manata yüksəlib.

Bəs görəsən bu bayramqabağı bahalaşmanın səbəbi nədir?
İqtisadçı Pərviz Heydərov bildirib ki, düyünün qiyməti ilin əvvəlindən artmağa başlayıb:

“Yerli düyü istehsalı əsasən Astara, Lənkəran, Masallıdadır. Amma Azərbaycan öz düyü tələbatının cəmi 15 faizini ödəyə bilir. Qalanını Hindistan, Pakistan və digər ölkələrdən alırıq. Bu ölkələr çəltikçilik üzrə dünyada ən ön sıradadırlar. Onlarda düyü kənd təsərrüfatı istehsalında mühüm yer tutur, maya dəyəri aşağıdır. Bizdə yerli tələbatı ödəyən 15 faiz də baha başa gəlir. Ona görə yerli məhsulun qiymətini ucuzlaşdıra bilmirik. Baha başa gəlməsinin səbəbi düyünün suvarılmasındakı problemlər, işçi qüvvəsinin daha bahalı olmasıdır”.

P.Heydərov qeyd edib ki, Hindistandan idxal etdiyimiz düyünün qiyməti Pakistandan gətiriləndən bahadır:

“Ucuz olanın daha çox gətirilməsi üçün Nazirlər Kabineti noyabrda qərar qəbul etdi ki, Pakistandan idxal edilən düyü 2027-ci ilin 31 dekabrına qədər gömrük rüsumundan azad edilsin. Həmin qərar bir aydan sonra qüvvəyə minəcək. Bu rüsumun götürülməsi bazarda qiymətləri müəyyən dərəcədə sabit saxlaya biləcək. Ucuzlaşdırmayacaq, bahalaşmanın qarşısını alacaq”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün müvafiq dövlət proqramı var:

“Ölkə əhalisinin düyüyə olan tələbatını yerli istehsal hesabına maksimal səviyyədə ödəmək, idxalı bacardıqca minimuma endirmək, çəltikçilik emal sənayesini inkişaf etdirmək və kənd əhalisinin bu sahədə məşğulluq səviyyəsini genişləndirmək proqramın qarşıya qoyduğu məqsədlərdir”.

P.Heydərov qeyd edib ki, ölkəmizin öz tələbatını 30-40 faizə qədər ödəmək imkanı var:

“Cənub rayonlarında və digər ərazilərdə istehsalı artırmaq imkanımız var. Daxili tələbatı 35-40 faiz özümüz təmin edə bilsək, idxaldan asılılıq azalar. O zaman heç Pakistan düyüsündən gömrük rüsumunu götürməyə də ehtiyac qalmaz”.

Ekspertin fikrincə, düyü istehsalımızı artırmaq üçün müəyyən işlər görülməlidir:

“Bizdə işçi qüvvəsinin baha olduğunu desək də, bizim kəndlilər bu sahədən lazımi gəliri götürə bilmirlər. Kəndliyə stimul vermək, dəstək göstərmək lazımdır. Qəbul edilən proqram keyfiyyətlə icra edilməlidir. Azərbaycanda yerli istehsalı artırmaq, çəltikçiliyin inkişafı üçün əsas şərt suyun bol olmasıdır. Ona görə də suvarma sistemindəki problemlər aradan qaldırılmalıdır. Həmçinin ucuz və həvəsli işçi qüvvəsinə ehtiyac var”.

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli bildirib ki, yerli düyümüzün baha olmasının səbəblərindən biri istehsalın az olmasıdır:

“Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən cəmi 15-20 faizidir. Qalanını xaricdən idxal edirik. Azərbaycanda düyünün məhsuldarlığı az, istehsalın maya dəyəri daha yüksək olduğu üçün bu, daxili bazarda da yerli istehsalın nisbətən baha olmasına səbəb olur”.

C.İbrahimli qeyd edib ki, idxal qiymətinə dünyadakı proseslər təsir edib:

“Məhsulun daşınması, gətirilməsi və digər xərclərlə birlikdə inflyasiyanın bütün mallara təsir etdiyini nəzərə alsaq, düyünün qiymətində də keçən illə müqayisədə artım var. Sadəcə olaraq, əvvəlki illərdə Rusiyadan da məhsul idxal olurdu. Ancaq cari ildə Rusiya bu tipli məhsulların satışında məhdudiyyət tətbiq edir deyə, idxal azalıb. Yəni idxalın Rusiya tərəfindən azalması və digər bazarlardan gətirilməsi, daşınma xərclərinin artması qiymətin də yüksəlməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə, düyünün qiymətinin daha çox artacağı gözlənilmir:

“Bu sahəyə digər sahələrlə müqayisədə subsidiya daha çox ayrılır. Məsələn, 1 hektar üçün 360 manat subsidiya verilir. Təməl qida maddəsi olduğu üçün bu məhsulun istehsalının artmasında dövlət maraqlıdır. Amma mövcud torpaq, su, hava şəraitini nəzərə alsaq, həcmi artırmaq imkanlarımız məhduddur. Növbəti illərdə əkin sahələrinin və məhsuldarlığın artacağı gözlənilir. Amma idxalımızı azaltmaq mümkün olmayacaq. Hələ ki, idxaldan asılı vəziyyətdə qalacağıq. Məhsulun qiymətinin qalxmasına və enməsinə daha çox beynəlxalq aləmdə, yəni xarici bazarlarda olan proseslər, ərzaq məhsullarının qiymətinin yüksəlməsi və düşməsi təsir edəcək. Amma 2022-ci ildə dünya bazarlarında bütün məhsullar üzrə əvvəlki illərdən fərqli olaraq qiymətlərdə tənzimlənmə var. Ona görə bu məhsulun qiymətində artım olacağını gözləmirəm”.
 

Dünyapress TV

Xəbər lenti