İngiltərə Premyer Liqasında VIII turdan təxirə salınmış bir görüş keçirilib.
Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Lids”lə qarşılaşıb.
Oyunda hesab erkən açılıb. 1-ci dəqiqə qonaqların heyətində Qnonto fərqlənib. “Qırmızı şeytanlar” ikinci hissəyə də məyus başlayıblar. 48-ci dəqiqədə Rafael Varan avtoqolla yorkşirliləri hesabda önə çıxarıb.
Bununla belə özündə güc tapan “manukunianlar” hesabda tarazlıq yarada biliblər. 62-ci dəqiqədə Markus Reşford, 70-ci dəqiqədə isə Ceydon Sanço fərqlənərək status-kvonu bərpa edib.
Oyunda başqa qol olmayıb.
Bu nəticə ilə xallarının sayını 43-ə yüksəldən “Mançester Yunayted” 3-cü pillədə qalıb. “Lids” isə 19 xalla 16-cıdır.
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub. Bu barədə “Yeni Malatyaspor”un sosial şəbəkə hesabında qeyd olunub.
Türkiyə millisinin və İtaliya "Yuventus"unun futbolçusu Merih Demiral portuqaliyalı hücumçu şəxsi kolleksiyasında yer alan Kriştianu Ronaldunun imzalı formasını hərraca çıxarıb. Bakupost.az xəbər verir ki, bu barədə 25 yaşlı müdafiəçi özünün tviter səhifəsində paylaşım edib. O, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atdığını bildirib: "Ronaldu ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq".
“Nyukasl”ın keçmiş yarımmüdafiəçisi Kristian Atsu dağıntılar altından xilas edilib.
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra “Hatayspor”un futbolçusu dağıntılar altında qalmışdı.
Məlumata görə, artıq xilasedicilər onu taparaq xəstəxanaya göndərə biliblər. Bildirilir ki, qanalı futbolçu nəfəs almaqda çətinlik çəkir, onun sağ ayağında zədə var.
Qeyd edək ki, bundan öncə “Hatayspor”un daha 3 futbolçusu - Burak Öksüz, Bertuğ Yıldırım və Kərim Alıcı, həmçinin məşqçilər korpusunun iki üzvü - Ekrem Ekşioğlu və Osman Ateş də xilas edilib.
Klubun idman direktoru Taner Savutun taleyi isə naməlum olaraq qalır. Xilasedicilər axtarışları davam etdirirlər.
İspaniyanın “Real Madrid” klubu Türkiyə və Suriyada baş vermiş zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.Klub prezidentinin, İdarə Heyətinin təbii fəlakətlə bağlı narahatlıq və həmrəylik nümayiş etdirdiyi bildirilib.
Hazırkı ölkə çempionu dünyasını dəyişənlərin yaxınlarına səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaşın karyerasını “Qəbələ”də davam etdirəcəyi dəqiqləşib.
Bunu “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Premyer Liqanın XXI turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra 25 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını söyləyib. O, hazırda Qəbələdə olan pleymeykerə böyük ümidlər bəsləyir:
“Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.
Qeyd edək ki, Ayyub Allaşın son klubu Belçika təmsilçisi “Virton” olub.
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun supertransferi Kriştiano Ronaldo etimadı doğrulda bilmir.
Teref.az offsideplus.az-a istinadən xəbər verir ki, bu gün 38-ci yaşına keçən portuqaliyalı hücumçu S.Ərəbistanı çempionatında çıxdığı 2 oyunda cəmi 1 qol vurub, onu da penaltidən.
Buna görə də sözügedən ölkə mətbuatında ulduz futbolçunun əleyhinə yazılar yazılmağa başlayıb. Məqalələr isə "Bu Ronaldu artıq "bitib", "Real"dakı Ronaldu hardadır?", "Ronaldonu axtarırıq", - başlıqları ilə dərc olunur.
Artıq "Əl Nəsr" fanatları da sosial şəbəkələrdə Kriştianodan narazılıqlarını dilə gətirirlər.
Xatırladaq ki, forvard "Əl Nəsr"lə 2,5 illik müqavilə üçün anlaşıb. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq.
Azərbaycanın daha 3 güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də medal qazanıb.
"DogruXeber.az" xəbər verir ki, 125 kq-da çıxış edən Georgi Meşvildişvili finalda iranlı Əmir Hüseyn Abbasla qarşılaşmalı olsa da, zədələndiyi üçün döşəyə çıxmayıb. Nəticədə texniki məğlubiyyət alan idmançı gümüş medalla kifayətlənib.
92 kq-da ABŞ təmsilçisi Conatan Ayellonu məğlub edən Osman Nurmaqomedov və 97 kq-da polşalı Radoslav Barandan üstün olan Maqomedxan Maqomedov isə bürünc medala sahib çıxıblar.