Pandemiyanın qalıcı mirası -
Artıq hər kəs bu yeni dalğaya təslim olur və olmalıdır

2000-ci illərlə birlikdə “günlərin bir günü şirkətlər, firmalar öz işçilərini uzaqdan işlədəcəklər” fikri populyarlıq qazanmağa başlamışdı. Ancaq başda qlobal şirkətlər, böyük holdinqlər olmaqla, milyonlarla firma bu fikrə, bu ideyaya ağız büzürdü. Çünki belə bir iş yanaşmasının (remote working, teleworking - uzaqdan işləmə, məsafədən çalışma) səmərəsiz olacağı və şirkətlərin ciddi iş və gəlir itkisi yaşayacağı düşünülürdü.

Amma milyonlarla şirkətin düşündüyünün əksi baş verdi - son 2 ildə uzaqdan işləməyin çox effektiv olduğu sübut olundu. Maraqlı tərəfi odur ki, pandemiya bitdiyi halda, uzaqdan iş prinsipi nəinki aradan qalxmır, əksinə daha da geniş yayılır və yerini möhkəmlədir.

Ekspertlər pandemiyanın iş həyatına qalıcı bir miras qoyduğunu dilə gətirirlər. Bu, heç vaxt dəyişməyəcək bir tendensiyadır. Bunun bir neçə aydın səbəbləri var:

Birincisi, bu, milyonlarla şirkət və firmanı minlərlə insanın işlədiyi nəhəng ofislərə bağlanmaqdan, nəhəng ofisləri saxlamaqdan, binalar və ofislər üçün böyük məbləğdə vəsait ödəməkdən xilas etdi. Keçən yazdan bəri aparıcı iqtisadiyyatlarda aparılan onlarla araşdırma göstərir ki, bir çox şirkət və ya firmaların ofislərində həftəlik işçilərin orta sayı 25-30 faiz arasındadır. Buna görə də, yeni ofis planı işçilərin kompüterini sistemə qoşa biləcəyi masaları olan açıq iş sahəsi kimi nəzərdə tutulub. Beləliklə, işə gəlməyə ehtiyacı olmayan onlarla insana, iri şirkətlərdə yüzlərlə, hətta minlərlə kvadratmetr boş yerə ehtiyac qalmır.

İkinci böyük təsir - dünyanın hər yerində rahat şəkildə işçilər saxlamaq və işlətmək imkanının yaranmasıdır. Dünyanın aparıcı şirkətləri, inkişaf etməkdə olan şirkətlər çox vaxt güclü “beyinləri” təkcə öz ölkələrində deyil, həm də dünyanın hər yerində, xüsusən də inkişaf etməkdə olan aparıcı ölkələrdə axtarırlar. Keçmişdə pasport, viza, iş icazəsi kimi bürokratik və baha başa gələn prosedurlar ucbatından xaricdəki uğurlu kadrların cəlb olunması hər iki tərəf üçün çətin idi. Ancaq bu gün aşkar edilmiş kadrların öz ölkəsindən işləməyə davam etməsi rahat və mümkündür. Belə ki, şirkətlər və firmalar nəinki xeyli xərcdən xilas olur, həm də həmin şəxsi məvacibinə uyğun daha yüksək maaş vermək əvəzinə, öz ölkələrində aşkarlanan kadrların alıcılıq qabiliyyətinə görə kifayət qədər məqbul olan maaşla çalışdırır.

Ticarət sektorunda, pərakəndə satış, logistika, maliyyə, informasiya texnologiyaları və proqram təminatı şirkətlərində və gündəlik şirkət fəaliyyətinin uzaqdan idarə oluna biləcəyi onlarla sektorda uzaqdan işə keçid qlobal miqyasda 40-60 faiz arasındadır. Hətta istehsal sənayesi üçün də müəyyən miqyasda “ağ yaxalıqlı” işçilər üçün müraciətlər artır.

Əslində, virtual reallıq eynəkləri ilə maşında nasazlığı uzaqdan aşkar edəcək və sözügedən maşının uzaqdan təmirini təmin edəcək proqram və texnologiyalar inkişaf etdikcə istehsal sənayesinin müxtəlif sahələrində uzaqdan işləmə meylinin artacağını söyləmək olar. Elektron ticarət qlobal tutumu və trilyonlarla dollara çatan həcmi ilə son 10 ilin ən populyar və ən sürətlə inkişaf edən sektorudur. Bu sektorda distant işləməyə meyl demək olar ki, 90 faizə çatıb. Robot texnologiyası daha da inkişaf etdikcə, robotların da uzaqdan idarə olunduğu istehsal sənayesinin reallaşmasına, bəlkə də, 10 il qalıb.

Uzaqdan iş şəraitinin geniş tətbiqi işçilərin hüquqlarını qorumaq üçün yerli hökumətlərdən yeni tendensiyanın spesifik şərtlərini əhatə edən, daha ətraflı hüquqi tənzimləmələr hazırlamağı tələb edir. Uzaqdan işləməyə meylin bu qədər geniş vüsət aldığı bir dünyada bütün işçilərin kadr stajının olub-olmaması, müqavilənin olub-olmaması, işçi hüquqları ilə bağlı adekvat məlumatın olub-olmaması daha intensiv şəkildə izlənilməli olan bir sahədir.

Bu səbəbdən, dövlət orqanının iş yeri ziyarətləri ilə yanaşı, bu yeni dövr üçün iş həyatı yoxlamalarını da uzaqdan həyata keçirməli, uzaqdan çalışan işçilərlə virtual görüşlər təşkil etməli, iş prosesini onlayn şəkildə, görüntülü izləməlidir. Çünki, bu yeni tendensiya “virtual köləlik” nizamı formalaşdıra biləcək dərəcədə risk daşıyan bir sahədir.

Müəllif: Kərəm Alkın

Mənbə: "sabah.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti