Abituriyentlərin həyəcanlı günləri - ixtisas seçimində nələrə diqqət etməli...
Ekspert: “Bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qruplar üzrə ixtisas seçimində müşahidə olunacaq”

Abituriyentlər üçün ən həyəcanlı mərhələ - ali məktəblərə ixtisas seçimi başladı. Mütəxəssislər deyir ki, burada son dərəcə diqqətli olmaq lazımdır ki, çəkilən əziyyətlər hədər getməsin. İxtisas seçimi zamanı əsasən nələrə diqqət etməli? Hansı qrupun və hansı ixtisasları seçənlərin şansı çoxdur?

Ekspertlər bu il ən yüksək müsabiqə şərtinin olacağını bildirirlər. Bu səbəbdən də valideynlər neçə gündür ki, təlaş keçirirlər. Vəziyyət o qədər gərgindir ki, valideynlərin əksəriyyəti ixtisası düzgün seçmək üçün repetitorlara üz tutublar. Hətta bunun üçün repetitorlara 100 manat pul ödədiklərini deyirlər.

Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Təhsil eksperti Kamran Əsədov ixtisas seçimi zamanı diqqət olunası bir sıra məqamlara aydınlıq gətirib: “İxtisas seçimi zamanı düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerinə diqqət yetirmək vacibdir". Ekspertin sözlərinə görə, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərən amillərdəndir: "Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə də maraqlanmalıdırlar. Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Qeyd edim ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir”.

Ekspert deyib ki, ötən illərlə müqayisədə bu il ixtisas seçimləri arasında ciddi dəyişikliklər var və bu il ən yüksək müsabiqə şərtinin olması gözlənilir: “İxtisas qrupları üzrə təhlil aparanda görürük ki, bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qrup üzrə qrupların ixtisas seçimində müşahidə olunacaq. Belə ki, bu il bu qruplar üzrə 500-600-dən yuxarı bal toplayan abituriyentlərin sayı keçənilkindən fərqli olaraq kəskin şəkildə artıb. I qrup üzrə xüsusən 500-dən yuxarı bal toplayan abituriyentlər diqqətli olmasalar, onlar ödənişsiz ali məktəblərə qəbuldan məhrum ola bilərlər. IV ixtisas qrupu üzrə tibb ixtisasını seçən abituriyentlər əgər 500-dən aşağı bal toplayıblarsa, onlar tibb ixtisasını seçməsələr daha yaxşı olar. İkinci qrup üzrə abituriyentlər yaxşı olar ki, öz balları ətrafında ixtisas seçimi etsinlər. Birinci qrupun abituriyentlərinə, xüsusən 400-450 bal toplayanlara tövsiyə edirəm ki, öz ballarından yuxarı balı olan ixtisasları yazmasınlar. III qrup abituriyentlər, xüsusən 400-450 bal toplayanlar rahatlıqla topladıqları baldan 50 bal yuxarı ixtisas yaza bilərlər. Bu il hətta Bakı Dövlət Universitetinin, digər universitetlərin hüquq ixtisaslarının 2021-ci illə müqayisədə 30 bala qədər düşməsi müşahidə edilir. IV qrupda gərgin vəziyyət tibb ixtisasındadır. Bu il tibb ixtisasına plan yerləri kəskin azalıb, 530-dan 480-ə düşüb”.

Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abinturinyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər. Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcılnlığını abituriyent özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər".
musavat.com
 
 



Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti