“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” –
Son zamanlar “Bolt” və “Uber” taksi şirkətlərindən şikayətlərin sayı getdikcə çoxalır. Şikayətlər həm müştərilərdən, həm də sürücülərdən gəlir. Narazılıq sürücülər və müştərilər arasında uçurumun yaranmağına səbəb olur.

Əvvəllər həm “Uber”, həm də “Bolt” şirkətlərində taksi sürücüsü çalışan Emin Hüseynov narazılıqlarını Medianews.az-a bildirib. O qeyd edib ki, heç bir şirkətin təklifləri qane etmədiyi üçün artıq onlarla çalışmır:

“ “Bolt” şirkəti “Uber”in yanında şükürlüdür. Amma hər ikisində də qiymətlər çox aşağıdır. Həmçinin keyfiyyətsiz müştərilər var. Onlar bizi aldadırlar. Məsələn, taksi sifariş verir, ünvana çatana yaxın imtina edir. Biz də həm vaxtımızı, həm pulumuzu, həm enerjimizi itiririk. Qiymətlər sərf etmədiyi üçün keyfiyyətsiz yollarla da getmək sərf etmir. Hələ bəzən şirkət müştəriyə promokod verir, onlar da qəpik-quruş verib düşürlər. Burada yalnız qazanan şirkət və müştərilərdir. Hətta bəzi müştərilər bizə qarşı təhqiramiz davranırlar”.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı təkmilləşdirmə işlərinə böyük ehtiyacın olduğunu qeyd edib:


“Taksi fəaliyyəti ilə bağlı hüquqi bazaya doğru addımlamaq lazımdır. Hüquqi baza müəyyən bir formada var. Lakin onu daha da təkmilləşdirmək lazımdır. Bunun üçün ilin əvvəlində Bakı şəhərində taksi modelinin təkmilləşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən fərman verilib. Eyni zamanda Baş nazir tərəfindən də sərəncam imzalanıb. Bu model Bakı şəhərində tətbiq edildikdən sonra digər rayonlarımıza da şamil ediləcək. Bu qərardan artıq 8 ay keçib. Amma bununla bağlı hələ heç bir iş görülməyib. Yenə də biz bilirik ki, bu göstərişlər verilibsə, deməli gec-tez məsələ öz həllini tapacaq”.

Ekspert həmin xarici şirkətlərin azərbaycanlı sürücüləri istismar etdiyini vurğulayıb:

“Taksi sürücülərinin istismar olunmağının qarşısı alınmalıdır. Taksi fəaliyyətində vahid qiymət siyasəti yürüdülməlidir ki, narazı tərəf qalmasın. Aşağı və yuxarı hədlər müəyyənləşdirilərsə, sürücülər xarici şirkətlərin quluna çevrilməyəcəklər. “Uber” və “Bolt” şirkətləri ölkədə monopoliya yaradıb, bazarda hegemonluq edirlər. Hamıya da məlumdur ki, həmin şirkətlərin arxasında erməni iş adamları dayanıb. Erməni iş adamlarına arxalanıb burada at oynatmaları biabırçılıqdır. Aidiyyatı qurumlar bu işə ciddi yanaşmalıdırlar. Bu məsələ ilə bağlı dövlət səviyyəsində iş görülməlidir”.

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti