Nazir kimi yarıtmışdı... hələ camaatdan mandat da umur...
YAP-ın 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. H.Əsədov buna qədər Dövlət Dəniz Akademiyasının rektoru olub. Anaxeber.info məlumat verir ki, H. Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Keçmiş nəqliyyat nazirinin qardaşı Elton Məmmədov da yenidən deputatlıq həvəsinə düşmüşdü, lakin siyasi qərar müsbət olmadı və geri çəkildi. Müşahidəçilərin fikrincə, bu ailədən yalnız Heydər Əsədova etimad göstərilməsi ilə mesaj verilib ki, bir mandat kifayətinizdir. Əsədova gəlincə, ilk növbədə onun Şirvan şəhərindən namizədliyi qəribə qarşılanıb. Çünki Şirvan əhalisi onu yaxından tanımır, heç zaman bu şəhərlə sıx təmasları olmayıb. Ona görə şirvanlı seçicilər sual verirlər ki, Heydər Əsədov hara, onlar hara... İndiyə qədər bir şirvanlı qaziyə, bir şirvanlı şəhid ailəsinə və yaxud sadə şirvanlının hər hansı sosial probleminin həllinə dəstəyi olmayan Heydər Əsədov birdən-birə Şirvandan namizəd olur. Çünki Heydər Əsədov Qərbi azərbaycanlıdır, indiki Sisyan (Qarakilsə) rayonunda dünyaya gəlib və Şirvanla yaxından-uzaqdan əlaqəsi olmayıb. Adətən millət vəkilləri öz doğma yurdundan, ən azı daimi yaşadıqları ünvandan namizədliyi irəli sürürlər. Lakin Heydər Əsədov ona aid olmayan yerdən namizəd göstərilib. Hərçənd, bu faktın özü də Əsədova çətinlik yaradır. O, yaxşı tanımadığı bir yerdə təbliğat-təşviqat aparmalı, şirvanlı seçiciləri necəsə inandırmalıdır ki, ona səs versinlər. Şirvan əhli isə sosial şəbəkələrdə və ümumi müzakirələrdə soruşurlar ki, axı bugünədək üzünü görmədiyimiz Heydər Əsədovu hansı yaxşı cəhətlərinə görə deputat seçməliyik?!
Ona görə də bu gündən etibarən Şirvanda təbliğat kampaniyasına başlayan Heydər Əsədovun özü də bilmir ki, hardan start götürsün, seçicilərə hansı vədləri versin, onların problemlərini necə həll etsin...
Ümumiyyətlə, Şirvan şəhər seçiciləri qeyd edirlər ki, Heydər Əsədov kənd təsərrüfatı naziri işlədiyi 2013-2018-ci illərdə ölkənin aqrar sektorunun gününü "göy əskiyə bükmüş" məmur olub, indi deputat kimi camaatın hansı qara gününə ağlayacaq?! Axı nazir olduğu dövrdə inhisarçılıq, korrupsiya kimi hallarla ad çıxarmış, milyonlar mənimsəmiş H. Əsədov deputat kimi 180 dərəcə dəyişərək mələyə çevrilə bilməz. O baxımdan şirvanlı seçicilər hakim partiyanın namizədinə ümidli deyil.
Onu da demək lazımdır ki, artıq sosial şəbəkələrdə və mətbuatda H. Əsədovun topladığı sərvət, əldə etdiyi biznes açıqlanır, qudası Ziya Məmmədovla işbirliyi, büdcə vəsaitlərini talan etmək və digər neqativ əməllər gündəmə gətirilir.
Misal üçün araşdırmalara görə, H.Əsədovun oğlu Asif Əsədzadə atasının hesabına Londonda xeyli mülkə, ən bahalı avtomobillərə sahibdir Xarici mətbuat vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı.
Digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir, otel alıb.
Yeri gəlmişkən, ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik etmiş Heydər Əsədovun o zaman vəziyyəti heç də pis deyildi: hansı təkliflə çıxış etdisə, dəstək görürdü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı.
Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə" deməkdən çəkinmədi. İndi kəndçnin yanında olmayan sabiq nazir, deputat kimi Şirvan şəhər camaatının yanında olacaq?
Heydər Əsədovun nazirliyi dövründə əksər fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalırdı. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilirdi. Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dönəmdə büdcədən bu sahəyə ayrılan vəsaitlərin təxminən yarısının ələ keçirilməsi haqda xəbərlər var.
Hətta Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirmişdi ki,
Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi. O demişdi ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi. Həmçinin, sabiq nazirin ərəblərlə ət biznesinə girişdiyi iddiaları səslənirdi. Bir sözlə, belə əməllərin sahibi olmuş milyonçu keçmiş nazir indi Şirvan camaatının deputatı olmaq həvəsindədir. Görünür ki, biznesinin toxunulmazlığı üçün ona mandat lazımdır.

Anaxeber.info
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR
17 Noyabr 2024 İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar
17 Noyabr 2024 Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
16 Noyabr 2024 “Mətanət-A” şirkəti hakim qarşısında

Dünyapress TV

Xəbər lenti