b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_c557c64df128cd1ec1249059b6907091.jpg
  

Azərbaycanda belə serial intiharlar 3-5 ildən bir təkrarlanır, amma...

Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanın yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib.

Bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia edib.

İlqar Altay: “Azərbaycanın öz ərazisinə girişində qanuni nəzarət qoymasına,  heç bir etiraz, söz keçməz” Pravda.az

Cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olan bu məsələni “Sherg.az”a şərh edən kriminalist-ekspert İlqar Altay deyib ki, baş verən hadisə həm kriminal, həm də ictimai cəhətdən yanaşmada kifayət ağır və faciəvidir:  “İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır. Əgər tam yəqin edilərsə, sadəcə, intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır”.

Kriminalistin sözlərinə görə, təkcə ölkəmizdə deyil, son dövrlər əksər ölkələrdə uşaq və yeniyetmələr (13-21 yaş) arasında intihar-ölüm faktlarının sayı artıb. Hətta bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra 2-ci yerdədir: “İntiharları motivinə görə 3 tipə bölmək olur. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmədir. Nümayişkəranə intihar isə ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivlidir. Üçüncüsü isə qeyri-təbii, yanakı intihar-ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn, maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər. Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik.  Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə, o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!”

Azərbaycanda belə serial intiharlar ötən 3-5 ildə bir neçə dəfə təkrarlanıb. Məsələn, 2015-ci ildə Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran “Mavi balina” (Blue whale) oyunu bütün dünyanı həyəcana salmışdı. Sonrakı dönəmdə - 2017-18-ci illərdə həmin oyun Azərbaycana da gəlib çıxmışdı. Rusiyada olduğu qədər populyarlaşmasa da, yeniyetmə intiharlarında bu oyunun adı qırmızı xətlə keçirdi.

Belə ki, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin  “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.

8 yaşlı uşaq niyə intihar edir? - Sosioloqdan maraqlı CAVAB, son xeberler

Həmin il dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsinin adıçəkilən oyun səbəbindən baş verdiyi bildirilib.

2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü yeniyetmənin intiharını   atası “Mavi balina” oynaması ilə izah etmişdi. 

2019-cu ilin fevralında Kürdəxanı qəsəbəsində 16 yaşlı yeniyetmənin intiharına valideynləri “Mavi balina”nın səbəb ola biləcəyini deyirdilər...

Azərbaycanda son 1 ay ərzində 3 yeniyetmə qızın intiharında da belə bir oyunun təhrikedici təsiri olması ehtimalı böyükdür. Bəs yeniyetmələri bu oyunlardan necə qoruyaq? Hansı addımlar atılmalıdır? Valideynlər nələrə diqqət etməlidir?

Yeniyetmələrə ağır psixoloji təsir göstərən, ölümə sürükləyən belə oyunların psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Səbinə Bayramova mətbuata deyib ki,  əslində bu, elmi baxımdan qurulmuş  oyundur: “Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir”.

Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da, oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: “İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır”.

Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: “Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti