Dünən Tramp və Putin arasında telefon danışığı zamanı nələr baş verirdi?
"Axios" Avropa liderlərinin Trampın Putinlə telefon danışığından sonrakı müzakirələrinin detalları barədə məlumat yayıb. "Axios"-un məqaləsindən əsas tezislərlə tanış olun(tərcümə).
Putinlə danışıqdan əvvəl Tramp Zelenskiyə zəng edərək, Putinlə söhbət zamanı nə deməli olduğunu soruşub. Zelenski Trampın bu məsləhətləşməsindən məmnun qalıb. O, Trampdan dərhal atəşkəs tələb etməyi, əks halda sanksiyalar tətbiq olunmasını və Ukraynanın razılığı olmadan Putinə heç bir güzəşt edilməməsini istəyib.
Putinlə danışıqdan dərhal sonra Tramp Zelenski, Makron, Merts, Meloni, Ursula fon der Lyayen və Aleksandr Stubbla(Finlandiya) keçirilən onlayn konfransa qoşulub. Gün ərzində Trampla 2-ci danışığını Zelenski belə şərh etdi: "Bu zəng daha uzun sürdü və tamamilə fərqli bir tonda keçdi".
Tramp onlayn konfrans iştirakçılarına bildirib ki, Putin atəşkəslə bağlı birbaşa danışıqlara başlamağa razılaşıb. Bu açıqlamadan sonra bir neçə saniyəlik sükut yaranıb. Zelenski xatırladıb ki, danışıqların ilk mərhələsi artıq İstanbulda baş tutub. Tramp bu haqda konkret cavab verməyib.
Zelenski və digər liderlər Trampa 30 günlük atəşkəs ideyasının məhz ona məxsus olduğunu xatırladıblar. Daha sonra Ağ Evin rəsmisi "Axios"-a bildirib ki, Tramp heç vaxt atəşkəsi danışıqlardan əvvəlki şərt kimi irəli sürməyib və Zelenskinin danışıqların şərtlərini müəyyənləşdirmə səlahiyyətinə malik olduğunu deməyib.
Avropa liderləri sanksiyalarla bağlı sual verdikdə, Tramp bunun yaxşı fikir olmadığını(???) bildirib və vurğulayıb ki, Putin razılığa gəlmək istəyir. Corciya Meloni soruşub: "Heç olmasa danışıqlar gedən müddətdə iki həftəlik atəşkəs elan etmək olmazmı?" Fridrix Merts isə Rusiya tərəfinin hansı güzəştlərə hazır olduğunu soruşub.
Tramp bildirib ki, Putin atəşkəsin və müharibənin başa çatmasının şərtlərini əks etdirən "sülh memorandumu" təqdim edəcək. Trampın sözlərinə görə, o, Putindən elə bir sənəd təqdim etməsini istəyib ki, bu sənəd dərhal rədd edilməsin və real danışıqlar üçün əsas yaratsın.
Ağ Evin rəsmisi qeyd edib ki, Rusiya aylardır münaqişənin sona çatması ilə bağlı mövqeyini rəsmi sənəd şəklində təqdim etməkdən imtina edirdi. Ona görə də Putinin bu addıma razılıq verməsi artıq əhəmiyyətli bir irəliləyiş hesab olunur.
Meloni və Merts qeyd ediblər ki, ABŞ və Avropa İttifaqı danışıqlara cəlb olunmalıdır. Meloni deyib: "Kimsə hakim olmalıdır". Merts isə bütün tərəflərin iştirakı ilə ortaq görüşün keçirilməsini təklif edib. Tramp isə sonradan danışıqlar üçün Vatikanı mümkün məkan kimi irəli sürüb.
Finlandiya Prezidenti Aleksandr Stubb Trampdan soruşub: "Növbəti addımlar nə olacaq?"
Tramp cavabında bildirib: "Bilmirəm. Kimsə çıxıb deməlidir ki, danışıqlar yaxşı gedir, ya pis - sonra biz qərar verərik".
Kamran Cəfərov
TEREF
 

Bölmənin digər xəbərləri

22 May 2025 Lavrov İrəvana bu mesajı aparıb - Rusiya vasitəçiliyə qayıdır?
22 May 2025 Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı oldu
22 May 2025 Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını AÇIQLADI
22 May 2025 Baydenin səhhəti ilə bağlı ŞOK AÇIQLAMA - 12–18 ay...
22 May 2025 İranla ABŞ beşinci dəfə bu tarixdə danışacaqlar
22 May 2025 Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu
22 May 2025 Pentaqon Qətərin Trampa hədiyyəsi olan “Uçan ev”i rəsmən qəbul edib
22 May 2025 Tehran Bakının edam tələbini icra etdi: Bəs “Hüseyniyyun” necə olacaq?
22 May 2025 Prezidentlərə təqdim olunan yemək menyusu – FOTO
22 May 2025  İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
22 May 2025  Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
22 May 2025 Murat Aci’nin kan parası için korkunç iddia: Ailesi "Kaça sattın?" diye sormuştu
21 May 2025 Ermənistandan Aİ-yə üzvlüklə bağlı təkzib: “Heç bir müraciət etməmişik, danışıqlar getmir”
21 May 2025 Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
21 May 2025 Lavrovdan ŞOK etiraf: “Ermənistan Azərbaycan torpaqlarını Rusiya silahı ilə işğal edib”
21 May 2025 Kir Starmerin evinə hücumda onun da əli olub: ŞOK İSİM
21 May 2025 Trampdan Baydenin ətrafa ŞOK İTTİHAM: "Məqsəd ölkəni dağıtmaq idi"
21 May 2025 İran sahilləri yaxınlığında BƏƏ-yə məxsus tanker ələ keçirildi
21 May 2025 400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
20 May 2025 Numan Kurtulmuş da Şah İsmayılı aşağıladı – Tarixi fiqurlar üzərindən yeni müzakirə

Dünyapress TV

Xəbər lenti