Narazı generallar Pezeşkianla birləşir? -
“İran hakimiyyətində ardıcıl yaşanan istefalar sistem daxilində bir neçə il əvvəl başlanmış böhranın dərinləşdiyini göstərir”.

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, İran beynəlxalq təcrid vəziyyətindən çıxa bilməsə, Məsud Pezeşkianın aqibəti yaxşı olmayacaq:

“Əslində azərbaycanlı Məsud Pezeşkianın prezidentliyə yolunun açılması ilə molla rejimi bir neçə hədəfə çatmaq istəyirdi. Əvvəla, Pezeşkian islahatçı qanada mənsubdur. Onun komandasının “boz kardinalı” isə ABŞ ilə münasibətləri qaydaya salmağa nail olmuş Həsən Ruhani hökumətinin xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərifdir.

Bu komandanın ABŞ ilə münasibətləri qaydaya salacağına ümidlər vardı. Lakin ABŞ-də ötən prezidentliyi dönəmində İrana qarşı sərt tutm sərgiləmiş Donald Tramp yenidən hakimiyyətə gəldi”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, türk dilində danışan azərbaycanlı Prezident Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına qoymalı idi:

“Pezeşkianın prezident seçilməsindən 7 ay keçib, hələ də qoyulan hədəflərə nail olunmayıb. Yalnız türk dövlətlərinə münasibətdə yumşalma hiss olunur. Amma hələ də türk dilində və digər qeyri-fars dillərində məktəblər açılmayıb.

Arada türk dilində şeirlər söyləsə də, Pezeşkianın bu problemin həlli istiqamətində ciddi addımlar atacağı real deyil. Azərbaycan türklərinin başını dil məsələsi ilə aldadıb səs toplayıb, reytinq də yığıb, amma İran təkcə türklərdən ibarət deyil. Ölkədə iqtisadi böhran dərinləşir. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, yoxsulluq artıb. Kasıb əhalinin başını milli şüarlarla qatmaq olar, amma bu, limit bir gün bitəcək”.

Ekspert hesab edir ki, ABŞ-nin təzyiqləri güclənərsə, İranda siyasi böhran qaçılmaz olacaq:

“Donald Tramp İrana və onun Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı hər zaman sərt olub. Onun İrana qarşı iqtisadi sanksiyaları daha gücləndirəcəyi ehtimal edilir.

Bu halda İranın adekvat davranmaqdan başqa yolu qalmayacaq. Sülhpərvər və humanist prezident imicli Pezeşkianın iqtidarda möhkəmlənməsi də real görünmür. Mühafizəkarlar onu hakimiyyətdən kənarlaşdırmağa və ABŞ-yə qarşı daha sərt bir şəxsi gətirməyə çalışacaqlar”.

Onun sözlərinə görə, Pezeşkian yalnız bir halda uğursuzluqdan yaxa qurtara bilər:

“O, seçkidən öncə söylədiyi islahatları davam etdirsə, qeyri-fars millətlərinin ana dili hüququnu bərpa etsə, “vilayəti-fəqih” sistemini sıradan çıxarmağa nail olsa, özünü də, İran xalqını da xilas etmiş olacaq. İranın etnik yapısı ilə bağlı ən ədalətli status-kvo 3 dilin: fars, türk və ərəb dillərinin rəsmi dil elan olunmasıdır.

Hazırda SEPAH daxilində də narazı generallar var. Onlar da bu sistemin ömrünü bitirdiyini görürlər. Pezeşkian onların dəstəyini alaraq hazırkı rəhbər sistemini aradan qaldırmalıdır. Yəni xomeynizmin ömrü bitmək üzrədir. Qanlı inqilablardan yan keçmək üçün yuxarıdan dinc islahatlar vacibdir”.

Bölmənin digər xəbərləri

08 Mart 2025 Fransa kəşfiyyatının keçmiş rəhbəri azadlıqdan məhrum edildi
08 Mart 2025 Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti – III YAZI
08 Mart 2025 Knessetin üzvü Simon Moşiaşvili: "İran Azərbaycana hücum etmək istəsə, biz onu müdafiə edəcəyik”. VİDEO
08 Mart 2025 "Crocus" terrorunun təşkilatçısı həbs edildi
08 Mart 2025 Tramp daha bir ölkəyə yardımları dayandırır
07 Mart 2025 Rusiya: Makron həmişəlik yox olacaq
07 Mart 2025 Vens niyə özünü Putin kimi aparır? – “O, Avropa liderlərinə qarşı da qəzəblidir”
06 Mart 2025 Verdyan İlham Əliyevə müraciət etdi: - Mənə sığınacaq verin
06 Mart 2025 PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb
06 Mart 2025 Ehtiyat hissələri qaçaqmalçılıq yoluyla gətirildiyindən Rusiyanın mülki təyyarələri güvənli deyil
06 Mart 2025 Medvedev Zelenskini və Aİ rəhbərliyini bu sözlərlə təhqir etdi
06 Mart 2025 ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür - "Financial Times"
05 Mart 2025 Cinayətkarlar Putindən daha təhlükəlidir - Tramp
05 Mart 2025 İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
04 Mart 2025 "Sabah hər şeyi danışacam, Putin Rusiyasına..." - Tramdan gözlənilməz açıqlama
04 Mart 2025 Avropanın nüvə silahı olacaq? - Makrondan gözlənilməz TƏKLİF
04 Mart 2025 Zelenski Trampdan üzr istəyəcək? - Özü danışdı
03 Mart 2025 USAID bağlanmazdan əvvəl Ermənistana vəsaitin böyük hissəsini köçürüb
03 Mart 2025 Netanyahunun evi qarşısında aksiya - Minlərlə israilli nə istəyir? + FOTO
03 Mart 2025 Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər

Dünyapress TV

Xəbər lenti