Vens niyə özünü Putin kimi aparır? – “O, Avropa liderlərinə qarşı da qəzəblidir”
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş vermiş məlum qalmaqala aid yeni epizodlar üzə çıxır. Əslində diplomatiya tarixində bu səviyyədə rüsvayçı görüş olmamışdı. ABŞ-dən dəstək alan, bölgədə onun siyasətini həyata keçirən Ukrayna liderinin Oval sarayda belə bir vəziyyətə düşməsi təəcüblü idi.

Bu sözləri Teleqraf-a “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Oval saraydakı məlum qalmaqalı şərh edərkən deyib.

“Bu Tramp və Vens tərəfindən Zelenskiyə qarşı olan hiddət və qəzəbin nəticəsi idi. Vens Ukrayna prezidenti və Avropa liderlərinə qarşı qəzəblidir. O hətta senatda Rusiya əleyhinə olan qərarlara qarşı çıxırdı. İndi isə özünü sanki Rusiya prezidenti Vladimir Putin kimi aparır. Belə davranışlar ABŞ-in mövqeyinə zərbədir. Zelenskiyə, Ukraynaya münasibətdən asılı olmayaraq Amerikanın növbəti dəfə partnyorunu meydanda tək qoyması yaxşı əlamət deyil”, - o qeyd edib.

Politoloq Zelenskinin Ağ Evdə bir neçə dəfə təhlükəsizlik zəmanəti kimi ifadələrdən istifadə etməsinə diqqət çəkib: “ABŞ ilə Ukrayna arasında razılaşma imzalansa, bu, birbaşa təhlükəsizlik zəmanəti olardı. Amerika Ukraynada mineral yataqlarda həyata keçirəcəyi işlər fonunda ərazidə sabitliyin olmasına çalışacaqdı. Ola bilsin ki, Zelenski Oval sarayda ABŞ-lə həmin sazişi imzalamaqda maraqlı olmayıb”.

“Ukrayna ciddi böhranla üz-üzədir. Avropa ölkələri, Britaniya Kiyevə hərbi kontingent göndərməyəcəksə və ABŞ ilə həmrəylik olmayacaqsa, ölkənin vəziyyəti çətinləşəcək. Hətta qərb rayonlarına da təhlükə yarana bilər. Sözsüz ki, Trampla Zelenski arasında olanlar Amerika ətrafında dövlətlərin sayının azalması, Avropanın Rusiya ilə yaxınlaşmasına səbəb olacaq. MDB məkanında olan dövlətlərin Rusiya ilə bağlı yeni qərarlar qəbul etməsi ilə nəticələnəcək”, - Zaur Məmmədov bildirib.

Qeyd edək ki, fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında diplomatik qalmaqala səbəb olan mübahisə baş verib. Nəticədə, Zelenski ABŞ səfərini yarımçıq qoyaraq Londona gedib.
 

Bölmənin digər xəbərləri

08 Mart 2025 Fransa kəşfiyyatının keçmiş rəhbəri azadlıqdan məhrum edildi
08 Mart 2025 Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti – III YAZI
08 Mart 2025 Knessetin üzvü Simon Moşiaşvili: "İran Azərbaycana hücum etmək istəsə, biz onu müdafiə edəcəyik”. VİDEO
08 Mart 2025 "Crocus" terrorunun təşkilatçısı həbs edildi
08 Mart 2025 Tramp daha bir ölkəyə yardımları dayandırır
07 Mart 2025 Rusiya: Makron həmişəlik yox olacaq
07 Mart 2025 Narazı generallar Pezeşkianla birləşir? - "Türk dilində şeir söyləsə də..."
06 Mart 2025 Verdyan İlham Əliyevə müraciət etdi: - Mənə sığınacaq verin
06 Mart 2025 PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb
06 Mart 2025 Ehtiyat hissələri qaçaqmalçılıq yoluyla gətirildiyindən Rusiyanın mülki təyyarələri güvənli deyil
06 Mart 2025 Medvedev Zelenskini və Aİ rəhbərliyini bu sözlərlə təhqir etdi
06 Mart 2025 ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür - "Financial Times"
05 Mart 2025 Cinayətkarlar Putindən daha təhlükəlidir - Tramp
05 Mart 2025 İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
04 Mart 2025 "Sabah hər şeyi danışacam, Putin Rusiyasına..." - Tramdan gözlənilməz açıqlama
04 Mart 2025 Avropanın nüvə silahı olacaq? - Makrondan gözlənilməz TƏKLİF
04 Mart 2025 Zelenski Trampdan üzr istəyəcək? - Özü danışdı
03 Mart 2025 USAID bağlanmazdan əvvəl Ermənistana vəsaitin böyük hissəsini köçürüb
03 Mart 2025 Netanyahunun evi qarşısında aksiya - Minlərlə israilli nə istəyir? + FOTO
03 Mart 2025 Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər

Dünyapress TV

Xəbər lenti