Freedom House “İnternet Azadlığı 2022”  illik hesabatını açıqlayıb
Azərbaycan yenidən interneti “azad olmayan” ölklər sırasına daxil edilib
Hesabata görə Azərbaycanın internet azadlığına görə vəziyyəti ötən illə müqayisədə müsbətə doğru dəyişsə də yenə də interneti “Qeyri azad” ölkələr sırasına daxil edilib.
Maraqlıdır ki, Azərbaycan cəmi 1-2 bal artıq toplasa interneti daha yaxşı olan kateqoriyaya, “Qismən azad” ölkələr siyahısına düşə bilərdi.
Freedom House internet azadlığı reytinqini keyfiyyətli internetə əlçatanlıq və məhdudiyyətlərin olması, müstəqil tənzimləyici qurumun fəaliyyəti, internet trafikin, saytların və kontentin bloklanmasını, hüquqi bazanın mövcudluğu, internet istifadəçilərin hüquqlarının qorunması və izlənilməsi, internet resurslara kiber hücumlar və s. bu tip məsələləri dəyərləndirməklə müəyyən edir.
Dəyərləndirmə zamanı 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub.
Builki qiymətləndirmədə 10 bal "ən az azadlığı" olan ölkəni, 95 bal isə "ən çox azadlığı" olan ölkın göstərir.
Bu kriteriya ilə 10-39 bal arasında qiymət alan ölkələr interneti qeyri azad olan ölkələr, 40-70 arasında qiymət alan ölkələr qismən azad və 71-100 bal arasında qiymət alan ölkələr isə azad interneti olan ölkələr kateqoriyasına aid edilib.
Azərbaycan bu il Qazaxıstan, Rusiya və Belarusdan daha yüksək, 38 bal alıb. Ötən il Azərbaycan 35 bal toplamışdı.
Azərbaycanla bağlı hissələri oxudum. Xeyli mənbələrə istinadlar var. Hesabatda reallığı əks etdirənlər, həqiqətə uyğun olmayanlar və açıq-aşşkar ikili yanaşma tətbiq olunan hissələr də var.
Keçmiş sovetlər birliyindən yalnız Gürcüstan (78 bal) və Ermənistan (74 bal) interneti azad olan ölkələr siyahısına daxil ola bilib.
Ukrayna (59 bal) və Qırğızıstan (53 bal) interneti “Qismən azad” ölkələr sıyahısına daxil edilib
Qazaxısan (32 bal), Belarus (28 bal), Özbəkistan (27 ) və Rusiya (23 bal) ilə qeyri-azad interneti olan ölkələr sırasına daxil edilib.
Hesabata görə son bir ildə internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb. Rusiya internet azadlığını daha çox məhdudlaşdıran ölkə olub.
Azərbaycan əvvəlki illərdən fərqli olaraq daha çox bu il qəbul edilmiş media haqqında qanunun məhdudlaşdırıcı müddəlarına görə pislənib.
Düşünürəm ki, Azərbaycan internetində müəyyən problemlər olsa da Freedom House təşkilatının bizi interneti “Azad olmayan” ölkələr sırasında daxil edilməsi, yumşaq desəm, ədalətli deyil.
Qurum Azərbaycanı “azad olmayan ” ölkə sırasına daxil edib, amma “Qismən azad” olan ölkələr sırasına baxanda görmək olar ki, ya açıq-aşkar Freedom House qərəzlidir, ya da metedologiyasında qüsurlar var.
Açıq-aşkar Azərbaycandan qat-qat pis vəziyyətdə olan, inkişaf etməyən, mühafizəkar internet mühiti olan ölkələr “Qismən azad” ölkələr sırasına daxil edilib.
Bu isə onu göstəri ki, son illərdə olduğu kimi, bu il də adı çəkilən qurum Azərbaycana qarşı ədalətli mövqe sərgiləmir, ikili yanaşmalara yol verir.
Bununla belə düşünürəm ki, Hesabatda Azərbaycan interneti ilə bağlı bir çox diqqət yetirməli , tənqidi məqamlar var ki, reallığı əks etdirir, onların araşdırılması və aradan qaldırılması vacibdir.
Fikrimcə səlahiyyəti qurumlarımızın Hesabatı incələməsi, qeyd olunan qüsurların təhlil edilməsi, qərəzli yanaşmalarla bağlı quruma müraciətlər edilməsi, əməkdaşlıq imkanlarının axtarılması daha doğru olardı.
Osman Gündüz
Teref.az
 
 

Dünyapress TV

Xəbər lenti