b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b7cb44d60fd1883ae110a65f75c5495e.png
  

"SpaceX" şirkətinin qurucusu İlon Mask Beynəlxalq Kosmik Stansiyadan səkkiz aydır geri qayıda bilməyən NASA astronavtları barədə sensasiyalı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Butç Uilmor və Sunita Uilyams hələ yarım il əvvəl "Dragon" kosmik gəmisi ilə Yerə qaytarıla bilərdilər, lakin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası buna qarşı çıxıb.

Oxu.Az xəbər verir ki, "SpaceX" şirkətinin qurucusu bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Astronavtlar orada cəmi səkkiz gün qalmalı idilər, lakin artıq səkkiz aydır ki, BKS-dədirlər. "SpaceX" altı ay əvvəl əlavə bir "Dragon" göndərib onları evə qaytara bilərdi, lakin Baydenin Ağ Evi (NASA yox) buna icazə vermədi", - deyə o bildirib.

Maskın sözlərinə görə, ABŞ-nin indiki Prezidenti Donald Tramp onların mümkün qədər tez qaytarılmasını istəyib və hazırda bununla bağlı işlər gedir.

Xatırladaq ki, "Boeing Starliner" gəmisi "Boeing" korporasiyası tərəfindən iyunun 5-də orbitə buraxılıb - bu, onun ilk pilotlu uçuşu olub. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olublar. İlkin olaraq onların BKS-də səkkiz gün qalmaları və iyunun 14-də qayıtmaları planlaşdırılırdı. Sonradan birləşmə zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Nəticədə NASA qərara alıb ki, astronavtlar "SpaceX"in "Crew-9" missiyası ilə 2025-ci ilin yazında Yerə qayıdacaqlar.

Onu da bildirək ki, bir müddət əvvəl Sunita Uilyams və Butç Uilmorun səhhətində problemlər yaranmışdı.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_444444_tt5_Screenshot_1.png
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_444444_tt5_Screenshot_2.png
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_444444_tt5_Screenshot_3.png
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_444444_tt5_Screenshot_4.png
 
 

Dünyapress TV

Xəbər lenti