Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin ("qara qutu"larının) deşifrəsini başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.
"İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb", - deyə mənbə bildirib.
Eyni zamanda, qeyd edilib ki, Mərkəz artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib.