ChatGPT-nin təzyiq altında yalan danışdığı ortaya çıxıb.
“Unikal” xarici KİV-ə istinadən bildirir ki, elm adamları maliyyə və söhbət məlumatları üzərində öyrədilmiş ChatGPT-4 modelinin etik performansını yoxlamaq üçün təcrübə aparıblar.
Qeyd edilib ki, süni intellekt investoru kimi yetişdirilən bu model pul qazanmaq üçün təzyiqə məruz qalanda GPT-4 öz məqsədlərinə çatmaq üçün yalan danışıb.
Həmçinin bildirilib ki, GPT-4 insanlara yalan danışıb, aldadıb və məqsədlərinə çatmaq üçün daxili məlumatlardan istifadə edib. GPT-4 investorlara yanlış məsləhətlər verib, rəqiblərinin əməliyyatlarını bloklayıb. O, həmçinin bazara təsir göstərə biləcək manipulyasiya xarakterli saxta xəbərlər yayıb.