Ardını oxu...
Yeni dərs ilinin yaxınlaşması məktəblilərin ənənəvi problemlərdən olan qida mövzusunu gündəmə gətirib. Hər il baş verən məktəbli zəhərlənmələri bu mövzunun olduqca həssas olduğunu sübut edir.

Bufetlərdə bir çox qida və içkilərin satılmasına qanunla icazə verilməsə də, bəzi məktəblər buna əməl etmir.

Dəfələrlə bir çox məktəblərdə bu kimi qanunsuz faktlar aşkarlanıb. Hər il davam edən bu qanunsuzluqların isə birdəfəlik qarşısını almaq, əfsus ki, mümkün deyil. Günahın məktəb rəhbərliyində, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yaxud kimdə olması isə kifayət qədər mübahisəli mövzudur.

Məsələyə tək məktəb deyil, ümumi təhsil müəssisələri çərçivəsində baxmaq doğru olar. Çünki təhsil müəssisəsinə gəlib elmi-dünyagörüşünü zənginləşdirən bir uşaq, niyə sağlığa zərərli qida üçün pul ödəməlidir?

Bəs, qanunla icazə verilməyən qida və içkilərin məktəb bufetlərində satışına niyə göz yumulur?

DİA.AZ bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nurinin sözlərinə görə aşkarlanan neqativliklər sosial xarakterli olur.

Buna da direktorların sui-istifadəçiliyi, bufetlərin qanunsuz şəkildə icarəyə verilməsi, antisanitariya, gigyenik qaydaların pozulması və s. hallar aiddir:

“Bir neçə il əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə birgə 53 ümumtəhsil müəsisəsində monitorinqlər apardı. Çox təəsüf olsun ki, həmin monitorinqin nəticəsi o qədər də ürəkaçan olmadı, bir çox neqativ hallar ortaya çıxdı. Ancaq ən əsas problem məktəb bufetlərində Nazirlər Kabinetinin hazırladığı siyahıya əsasən qidaların olmaması idi. Yəni, nəzərdə tutulmuş siyahıda orta ümumtəhsil müəsisələrdində 16 adda qidanın qadağası və iaşə qaydalarına riayət edilməsi ilə bağlı bəyanata zidd olaraq, məktəbdə satışı qadağan olunmuş ərzaq və içki məmulatları aşkara çıxarılıb.

Qanunla sosiska, kolbasa, yumurta, süd məmulatları qadağan olunub. Yuxarıda qeyd etdiyimiz 53 məktəbdə aşkarlanan pozuntu Bakı şəhəri üzrə məktəblərdə keçirilib. Bəzi orta məktəblərdə qadağan olunmuş qidalar, vaxtı keçmiş məhsullar, yaxud da cipsi kimi zərərli qidalar məktəblilərə satılır. Məsələn, cips yeyən şagirdin beyninin dərs prosesinə fokuslana bilməsi mümkün deyil. Bu gün məktəb bufetlərində satılan qidalar təkcə fiziki sağlamlıq üçün deyil, həm də zehni sağlamlıq üçün nəzərdə tutulur.

Məsələn, tərkibində ət olan peraşki və digər məhsullar ona görə qadağan olunur ki, onlar qanın hərəkət mexanizminə çox ciddi təsir göstərir. Qan dövranı düzgün getməyən şagird dərsə adaptasiya ola bilmir. Bu gün dünya məktəblərində bu hallara ciddi riayət edilir. Orta ümumtəhsil məktəblərində yaxşı olar ki, meyvə və meyvə şirələrinin satışı çoxaldılsın”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə açıqlamasında bildirib ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı təsdiqlənsə də buna çox vaxt əməl olunmur:

“Məktəblərdə satılan bəzi qida və içkilər insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Mədə-bağırsaq və mədə xərçəngi yaradır. Qida Təhlükəsizliyi Agentliyi isə qidanın təhlükəsizliyinə önəm verir. Yəni, sən onu yediyin, içdiyin yerdə ölməyəcəksən. Keyfiyyət məsələsi isə bir çox ölkələrdə olduğu kimi arxa planda qalıb.”

Eyyub Hüseynov onu da vurğulayıb ki, bizdə də zərərli olduğu sübut olunmuş qida və içkilərin qadağan olunmaması ölümün cavanlaşmasına da səbəb olur.

“Bunların nəticəsidir ki Azərbaycan uzunömürlülər üzrə ümumdünya səhiyyə təşkilatınının siyahısında 198 ölkə arasina 115-ci yerdədir. Bu isə heç də ürəkaçan məqam deyil”.
Ardını oxu...
"Dünyada yeni viruslar təkcə təbii deyil, həm də süni mənşəli ola bilər".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Prezident yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin iclasının açılışı zamanı deyib.

O, Rusiyanın ABŞ-ın postsovet məkanında hərbi bioloji fəaliyyətindən narahat olduğunu qeyd edib.

Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi general-leytenant İqor Kirillov bildirib ki, ABŞ-ın Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virusları mutasiya edərək yeni pandemiya hazırlayır.

Onun sözlərinə görə, administrasiya bioloji vəziyyətə qlobal nəzarətin qurulmasında ABŞ-ın strateji planlarını həyata keçirməyə çalışır.


 
Ardını oxu...
“Prensa Latina” agentliyi xəbər verir ki, virusa yoluxanların hamısı ölkənin şimalındakı Piçinça əyalətində yaşayır.

Ekvador hakimiyyəti qonşu regionlarda qabaqlayıcı tədbirlər görür. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son altı həftə ərzində COVID-19-a yoluxma halları azalıb və təxminən üç həftə ərzində virusa yoluxma ilə bağlı ölüm halları qeydə alınmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "eris" ştamını nəzarət altında olan koronavirus variantları siyahısına əlavə edib. Dünyada virusu ehtiva edən ilk nümunələr 2023-cü ilin fevralına təsadüf edir. ÜST-nin məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib.

Ekvador hökuməti 2021-ci ilin sonunda ölkədə koronavirusa qarşı məcburi peyvənd barədə qərar qəbul edib. Rəsmi rəqəmlərə görə, hazırda 14 milyondan çox insan tam peyvənd olunub ki, bu da əhalinin təxminən 80%-ni təşkil edir. Ekvadorda pandemiya başlayandan bəri 1 milyondan çox insan koronavirusa yoluxub, 36 min nəfər dünyasını dəyişib.
 

 

Ardını oxu...
 
Diyetoloq Mrinal Pandit yuxusuzluğa səbəb olan qidaları açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, mütəxəssisin fikrincə, bu məhsullardan imtina etməklə yuxunuzu yaxşılaşdırmaq mümkün olacaq.
Onun sözlərinə görə, həddindən artıq kofein istehlakı yuxu problemlərinə səbəb ola bilər:
“Yuxunun keyfiyyətini yaxşılaşdırmaq istəyən insanlar axşam saatlarında qırmızı ət, pendir, yumurta kimi proteinlə zəngin qidalar yeməməlidirlər. Çünki bu məhsulları orqanizmin həzm etməsi saatlarla çəkə bilər. Lakin liflə zəngin meyvə və tərəvəzlər çox daha sürətli həzm olunur, ona görə də axşam yeməyinə daha çox arzu edilir. Bununla belə, badam, banan, qara lobya, ispanaq kimi maqneziumla zəngin qidalar rahat yuxuya kömək edə bilər”.
Ardını oxu...
Həkimlər sürətli arıqlamağın həm sağlamlıq, həm də gözəllik üçün zərərli olduğunu deyirlər. Orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ona görə də artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır.

Artıq çəkidən xilas olmaq istəyənlərin ən böyük arzusu qısa müddətdə, sürətli şəkildə arıqlamaqdır. Çünki uzun müddət pəhriz saxlamağa, idmanla məşğul olmağa heç də hər kəs sona qədər davam gətirə bilmir. Mütəxəssislər sürətli çəki itirilməsini məsləhət görmürlər. Maraqlıdır, niyə? Ümumiyyətlə, sürətli çəki itirmək deyəndə nə nəzərdə tutulur?

Teref.şa yazır ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Diyetoloq Turxan Baratzadənin sözlərinə görə, bir ay ərzində çəkimizin 10 faizdən çoxunu itiririksə, deməli, sürətli arıqlama gedir: “80 kiloqram çəkisi olan biri 1-ci ay 8 kiloqram, 2-ci ay 7 kiloqram, 3-cü ay da təxminən bu qədər arıqlayırsa, bu, artıq həddindən artıq sürətli çəki itirilməsi deməkdir və normal sayılmır. Həftəyə bir kiloqram çəki vermək daha məsləhətli və sağlamdır”.
Uzun müddət yarıac gəzmək?

Son vaxtlar məşhur olan “su orucu”nda da insanlar sürətli çəki itirirlər. Bəs bu niyə məsləhət görülür? T.Baratzadə deyir ki, burada yanaşma fərqlidir: “Bəli, su orucunda da sürətli arıqlama baş verir. Bir-iki həftə ərzində çox miqdarda çəki vermək olur. Bunun isə bir yeniləmə, detoks olduğu düşünülməkdədir. Bir-iki həftə sonra artıq sən eyni formada çəki itirmirsən, qısa müddətlik prosesdir”.

T.Baratzadə bildirdi ki, çəkidən tez qurtulmaq üçün uzun müddət yarıac gəzmək həm bədən üçün stressdir, həm də makro və mikro elementlərin yetərli alınmaması bir çox problemin yaranmasına səbəb olur. Bunlar başlıca olaraq ürək ritminin pozulması, aşağı qan təzyiqi, elektrolit balansının pozulması, orqan çatışmazlığı, anemiya, saç tökülməsi, tiroid tənbəlliyi, öd kisəsi daşı, yuxu pozğunluqları, depressiya və s.-dir.

“Hər orqanizm dözə bilmir”

Terapevt Məlahət Abbasova deyir ki, sürətli çəki itirməyə hər orqanizm dözə bilmir: “Çox tez arıqlayırlar deyə, birinci sevinirlər, amma sonra bədən gücdən düşür, halsızlıq, zəiflik yaranır, işgörmə qabiliyyətləri itir, heç nə etməyə gücləri qalmır. Bədənə yağlar, zülallar, karbohidratlar, – hamısı lazımdır. Sürətli çəki itirmək üçün orqanizmi, hüceyrələri ac saxlamaq olmaz. Onlar həyat uğrunda mübarizə aparırlar”.
M.Abbasovanın sözlərinə görə, orqanizmimizin zərər görməməsi üçün çəkini yavaş-yavaş itirməliyik: “Orqanizm o çəkini birdən almayıb. Yavaş-yavaş, qram-qram alıb. Siz onu sürətli şəkildə itirən zaman orqanizmə əziyyət vermiş olursunuz. Çünki bədənin də bir rejimi formalaşıb. Birdən-birə sürətli çəki itəndə, bədəndə böyük dəyişiklik gedir. Ona görə çəkini asta-asta, orqanizmi öyrəşdirə-öyrəşdirə atmaq lazımdır. Bədən buna alışmalıdır”.

Diyetdən kənara çıxan kimi…

Terapevt bildirdi ki, sürətli çəki itirmək bədənimiz üçün estetik cəhətdən də yaxşı deyil: “Hüceyrələr ac qalanda dəri solğunlaşır. Fikir versəniz, görərsiniz ki, sürətli çəki itirənlərin dəriləri solğun olur. Yavaş-yavaş və düzgün şəkildə arıqlayanlarda bunu görməzsiniz. Çünki sürətli çəki itirəndə bədən faydalı maddələri itirir. Birbaşa çəki itəndə dəridə sallanma və solğunluq yaranır. Çəkini ağılla itirəndə, dəri yavaş-yavaş yığılır”.
M.Abbasova qeyd etdi ki, sürətli çəki verən diyeta axtarmamalıyıq: “Fikir vermisinizsə, çox adam sürətli çəki verdirən diyetalar axtarır. Artıq çəkilərindən qısa zamanda qurtulmaq istəyirlər. Arıqlayırlar, ancaq həmin şəxslər diyetadan bir az kənara çıxan kimi həmin çəkidən də artıq çəki yığırlar. Çünki orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ani bir pəhrizi pozanda, çəkilərini birə beş artırırlar. Onun üçün artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır. Həkim məsləhəti ilə, hər kəsə fərdi yanaşma ilə olmalıdır. Çünki artıq çəkinin səbəbi heç də hər kəsdə eyni deyil”.

“Sonra arıqlamanın qarşısını ala bilmirdim”

Sürətli çəki verən Təranə Hüseynova sonra sağlamlıq problemi ilə rastlaşdığını deyir: “Rayonda yaşayırdım, həmişə çəkim qaydasında olub. Sonra evlənib Bakıya köçdüm. Kənddən şəhərə gəldim, istər-istəməz hərəkətlilik azaldı. Yavaş-yavaş çəkim artdı. Bir də ayıldım ki, 55 kiloqramdan 98 kiloqrama çatmışam. Bir dəfə də tanışlardan biri çəkimlə bağlı zarafat etdi, özümü pis hiss etdim. Dedim ki, arıqlayacam. Soyutma qidalar yedim, çörək, yağ, duz, şəkərdən imtina etdim. Üç ay olmamışdı, 20 kiloqram çəki atmışdım. Sonra arıqlamanın qarşısını ala bilmirdim. İştaham olmadı. Mədəm elə hala gəldi ki, yediyimi qusurdum. Qısası, sonradan həkimlərdə qaldım”.

Ləman Etibarova sürətli çəki itirdiyini, sonra onu elə sürətli şəkildə də geri qaytardığını bildirdi: “Çəkim çox idi. İdman etməklə və bir çox qidalardan imtina etməklə arıqladım. Arıqlayandan sonra normal həyata döndüm. Yenidən bir ay içərisində Beş kiloqramdan çox çəkim artdı. Üç ay tamam deyildi, 12 kiloqram artıq çəkim oldu. Əvvəlki qədər yemirdim, ancaq çəkim artırdı”.

Düzdür, sürətli şəkildə çəki itirib sağlamlığında heç bir problem olmayan nümunələr də ola bilər. Lakin sağlamlığımız elə məsələdir ki, az nümunələrə görə onu riskə atmamalıyıq.
 
Ardını oxu...
Deməli, Bakıya turist kimi gələn Almaniyalı ailənin 5 yaşlı övladı kimyəvi məhlul içərək zəhərlənib.Toksikoloji mərkəzə yerləşdirilən uşağın vəziyyəti barədə bizim həkimlər dəqiq bir söz deməyərək, yalnız 15 saatdan sonra bir şey deyəcəklərini bildiriblər.İşə Almaniya səfirliyi qarışıb.Almaniyadan Reaktiv mühərrikli təyyarə 3 saata Bakıya çatıb.
Ardını oxu...
Təyyarədə gələn həkim uşağın vəziyyətini və xəstəxanadakı şəraiti görəndən sonra təcili Almaniyaya aparılmaq qərarı verib. Almaniya hökuməti 5 yaşlı vətəndaşının xilas olunması üçün 200 min avroya yaxın vəsait xərcləyib.
Alman həkim Klaus Eder bildirib ki, "biz 15 saat gözləyə bilməzdik. Uşağın vəziyyəti ağır idi. Ola bilər azərbaycanlı həkimlər başqa cür düşünürdü"
Budur bir dövlətin öz vətəndaşına olan həqiqi qayğısı, münasibəti və Azərbaycan səhiyyəsinin beynəlxalq imici!
Zaur Akbar
Teref.az
Ardını oxu...
Qorxulu hekayələr "təhlükəsiz" adrenalindir. Adrenalin isə insana zövq verən hormonlardandır. Bu kimi filmləri izlədikdə stresli vəziyyətdən çıxış yolu olaraq, orqanizm əlavə endorfinlər və dopamin - xoşbəxtlik hormonları istehsal etməyə başlayır. Buna görə film bitdikdə və yenidən özümüzü evdə yumşaq bir divanda gördükdə, beyin bizi eyforiya hissi ilə mükafatlandırır. Bütün bunlarla birlikdə qorxu filmləri heç bir real təhlükə daşımır.

Qorxulu filmlər psixikamıza necə təsir göstərir?

Hurriyyet.Az-ın məlumatına görə, sağlamolun.az bu suala cavab axtarmağa çalışıb.

Fantastik Filmlər: Fantastika filmləri tamaşaçıları sehrli dünyalara aparır, qaçmaq və reallıqdan qaçmaq təklif edir. Onlar təxəyyül və yaradıcılığı alovlandırır, heyrət hissi yaradır. Bu filmlərdə çox vaxt qəhrəmanlıq səfərləri və əxlaq dərsləri göstərilir. Onlar ümid ilhamlandıra və qeyri-adi şeylərə inamı təşviq edə bilərlər. Mənfi: Fantastika filmləri bəzən reallıq və fantastika arasındakı sərhədi poza bilər, bu da potensial olaraq qeyri-real gözləntilərə səbəb ola bilər. Bəzi hekayələr qarışıq ola bilər, bu da süjeti izləməyi çətinləşdirir. Xüsusi effektlərə həddindən artıq etibar etmək xarakterin inkişafına və hekayənin izahına kölgə sala bilər.

Qorxu filmləri: Dəhşətli filmlər həyəcan və qorxu həvəskarları üçün həyəcanlandıran təcrübələr və adrenalin tələsikləri təqdim edir. Onlar tamaşaçılara idarə olunan mühitdə qorxu ilə qarşılaşmağa və idarə etməyə kömək edə bilər. Yaxşı hazırlanmış qorxu filmləri çox vaxt mürəkkəb süjetlərə malikdir və sosial şərh kimi xidmət edə bilər. Qorxulu filmlər həssas insanlarda narahatlıq və kabuslara səbəb ola bilər. Həddindən artıq zorakılıq və ya qan tamaşaçıları real dünya zorakılığına həssaslaşdıra bilər. Bəzi qorxu filmləri təsirini azaldan klişelərə, proqnozlaşdırıla bilən sıçrayış qorxularına və ya əvəzsiz şoklara əsaslanır.

Komediya Filmləri: Komediya filmləri zehni rifahı təşviq edən gülüş və stressi aradan qaldırır. Onlar ictimai şərh və tənqidi yüngülvari şəkildə təqdim edə bilirlər. Bir çox komediya filmləri insan münasibətlərinə və duyğularına diqqət yetirir, empatiya və anlayışı inkişaf etdirir.

Komediya bəzən stereotipləri davam etdirə və ya təhqiredici yumora arxalana bilər, zərər verə bilər və ya qərəzləri davam etdirə bilər. Yumora həddən artıq önəm verilməsi hekayənin və ya personajların dərinliyinə kölgə sala bilər. Komediya zövqləri çox müxtəlifdir, ona görə də bəziləri üçün gülməli olan başqaları ilə rezonans doğurmaya bilər. Unutmayın ki, filmin təsiri subyektivdir və insandan insana çox dəyişə bilər. Bunlar ümumi tendensiyalar olsa da, fərdi seçimlər və reaksiyalar fərqli olacaq.
 
 
 
Ardını oxu...
Təmiz olmağın bədəni xəstə edəcəyinə inanan və 70 ildir ki, yuyunmayan “Hacı Əmi” ləqəbli adam yuyulduqdan bir neçə ay sonra ölüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 94 yaşlı qocaman adam uzun illər sudan uzaq durub.

İranın fars bölgəsində yaşayan adam bölgə xalqının da diqqətini üzərinə çəkmişdi.

Bir neçə il öncə kəndin gəncləri tərəfindən çimizdirilmək istənilən adam durumu fərq etdikdə, qaçmışdı.

Ancaq sonradan uzun cəhdlərdən sonra yuyunduqdan sonra həyatını itirmişdi.

Həyatı boyunca evlənməyən və təmiz qidalar yeməkdən uzaq duran 94 yaşlı “Hacı Əmi” qeyri-adi həyat sürürdü.

“Hacı Əmi” heç bir sağlamlıq problemi olmadan dünyasını dəyişib.
Ardını oxu...
Ardını oxu...
 

 
Ardını oxu...
 
Mütəxəssislər isti havada sərinləmək üçün pəncərələri açıq yatmağın səhər saatlarında temperaturun düşməsi ilə bel və boyun sərtliyinə səbəb ola biləcəyini deyib.
Xarici media xəbər verir ki, isti və rütubətli havanın yuxu keyfiyyətinə mənfi təsir etdiyi bildirilib. İsti hava yuxuya getməyə mane olur. Bildirilib ki, yataq otağında ideal temperatur 19-20 dərəcə olmalıdır. 
Son günlər havaların çox isti keçməsinə görə bəziləri qapı və ya pəncərəni açıq qoyub yatır. Bu isə bədəndə bir çox narahatlığa gətirib çıxarır. Bu, boyun və çiyin ağrılarına gətirib çıxarır. Buna səbəb isə temperaturun düşməsi, havanın nəmişli olmasıdır. Bu cür şərait çiyin və bel sərtliyi kimi əzələ spazmlarına səbəb olur.
Küləklə birlikdə tərli bədənə daxil olan soyuq hava əzələ spazmlarını yaradır. Səhər yuxudan duranda bel və boyun sərtliyi hiss edəcəksiniz. Bu isə hərəkəti məhdudlaşdıran ağrılardır. 
Mütəxəssislər boş ətir və sprey şüşələrini yatmazdan əvvəl soyuq su ilə doldurub yatağınızın yanına qoymağı məsləhət görür. Gecə isti olanda üzünüzə və bədəninizə vura bilərsiniz. Ən çox da üzünüzə, topuq və dirsəyinizə su çiləyin. 
Ardını oxu...
ABŞ-da alkoqolizmi müalicə etmək üsulu tapılıb.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri alkoqolizmə qarşı peyvənd yaradıblar. Ohayo Dövlət Universitetinin Tibb Mərkəzi və Wexner Tibb Məktəbinin əməkdaşlarının fikrincə, belə bir peyvənd alkoqol asılılığı ilə mübarizədə mühüm rol oynayacaq.

Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı olur. Bu çatışmazlığı kompensasiya etmək üçün içən şəxs spirtli içkinin dozasını daim artırmağa məcbur olur. Meymunlar üzərində aparılan araşdırma göstərib ki, onların orqanizminə bir dəfə gen dərmanı yeridilməsi beyində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasına gətirib çıxarıb.
Alimlər düşünürlər ki, bədəndə sevinc hormonunun səviyyəsinin bərpası spirt istehlakını azaltmalı və daha sonra alkoqol qəbulunun bərpasının qarşısını almalıdır.
 

Dünyapress TV

Xəbər lenti