Kəşfiyyatçı Mübariz Əskərovu (“Cin Mübariz”) öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Son günlər Xocalı qatillərindən olan Levon Minasyanın gürcü bloqer Tako Tamunaya verdiyi müsahibə müzakirələrə səbəb olub.

Özünü general kimi təqdim edən cəllad müsahibədə ermənilərin Xocalıda soyqırmı törətdiyini etiraf edib:

“Xocalı mənim işimdir… Saysız-hesabsız adam qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1740629930_2.png
O, həmçinin Birinci Qarabağ müharibəsində döyüşmüş, 811 saylı Laçın Alayının əfsanəvi döyüşçülərindən biri, Mübariz Əsgərov haqqında da sərsəm iddialar səsləndirib. Minasyan “Cin Mübariz” ləqəbli qəhrəmanımızla silahsız vəziyyətdə döyüşdüyünü, daha sonra onun başını kəsdiyini iddia edib. Lakin həmin dönəm müharibədə iştirak edənlər özünü general hesab edən bu cəlladın Mübariz Əsgərov haqqındakı fikirlərinin yalandan ibarət olduğunu deyirlər.

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının (811 saylı Laçın alayı) yaradıcısı və ilk komandiri, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Arif Paşa məsələ ilə bağlı “Cebheinfo.az”-a danışıb.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1740629931_3.png
O, Minasyanın “Cin Mübariz” haqqındakı fikirlərinin həqiqəti əks etdirmədiyini deyib:

“Əslində, Minasyan heç vaxt Mübarizlə dediyi kimi döyüşə bilməzdi. Çünki ermənilərin atdığı “F-1” markalı qumbara nəticəsində Mübariz iki ayağını itirmişdi. O vaxt bizim kəşfiyyatçılar Ermənistanın Şamsuz kəndinin ərazisində bir obyektə girmişdilər.

Ermənilərin atdığı qumbaranın qəlpələri onun hər iki ayağını üzmüşdü. Yəni Mübariz ayaq üstə deyildi ki, həmin erməni ilə əlbəyaxa döyüşəydi. Minosyan sadəcə özünü “qəhrəman” kimi qələmə verməyə çalışır”.

Həmsöhbətimiz xatırladıb ki, Mübariz Herakl kimi güclü olub:

“Heç bir erməni onunla üz-üzə gəlməyə cəsarət edə bilməzdi. Mübariz döyüşdə ayaqlarını itirməsinə rəğmən, indi Minosyan onunla əlbəyaxa döyüşdüyünü iddia edir. O, bununla da yalan dediyini təsdiqləyir. Həmçinin, Minosyanın Mübarizin başını kəsdiyi iddiası da həqiqəti əks etdirmir.

O vaxt biz Mübarizin nəşini nə qədər axtarsaq da, tapa bilmədik. İndiyə kimi onun sonrakı taleyi barədə məlumat yoxdur. Hətta ermənilər özləri də axtarsalar da, Mübarizin meyitini tapa bilmədilər. Sadəcə olaraq onun ayaqqabısının bağı tapılmışdı. Ermənilər “Mübariz bizdə olsaydı, öldürüb cəsədini verərdik, amma bizdə yoxdur” deyirdilər”.

Polkovnik vurğulayıb ki, ermənilər sadəcə Mübarizin meyitini doğraya bilərlər:

“O, sağ ikən ona qarşı bu addımı atmağa cəsarət edə bilməzlər. Lakin belə bir versiya da yoxdur. Çünki indiyə kimi müxtəlif şayiələr dolaşıb, amma dəqiq məlumat olmayıb. Biz heç vaxt əsirə əl qaldırmamışıq, cəsəd doğramamışıq. Lakin ermənilər vəhşi olduğu üçün belə addımlar atırdılar. Biz türk, Azərbaycan döyüşçüləri olaraq həmişə döyüşçü qürurunu gözləmişik. Ermənilər isə döyüşçü deyillər, sadəcə qatillərdir”.

Arif Paşa qeyd edib ki, Minasyan mülki əhaliyə qarşı soyqırımı törədə biləcək potensiala sahib biri olub:

“Erməni döyüşçüləri qadına, uşağa, yaşlılara əl qaldıra bilərlər. Özünə hörmət qoyan ləyaqətli döyüşçü qadına və ya uşağa toxunmaz. Kişi kişi ilə döyüşər. Minasyanın qadına, uşağa, yaşlılara qarşı vəhşilik etməsi inandırıcıdır. Bu, elə bir xislətə sahib adamdır. Çox güman ki, həmin addımları bu da atıb. O, bunları deməklə guya özünün “qəhrəman” olduğunu düşünür.

Erməni ancaq buna qadirdir. Biz erməni döyüşçüləri ilə çox qarşı-qarşıya gəlmişik. Onların nə olduğunu, döyüşmək qabiliyyətlərinin hara kimi olduğunu çox gözəl bilirik. Erməni döyüşçülərinin gücü elə ancaq günahsız, dinc sakinlərə, uşaqlara, qadınlara, hamilələrə və yaşlılara çatar”.

Bölmənin digər xəbərləri

18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”
03 May 2025 Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Sultanov
30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb

Dünyapress TV

Xəbər lenti