ABŞ faydalı qazıntı yataqlarını qorumaq üçün Ukraynaya qoşun göndərə bilər
“Amerika rəsmiləri faydalı qazıntıları qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildiriblər”

Moskva və Kiyev arasında sülh sazişi imzalandıqdan sonra ABŞ faydalı qazıntı yataqlarını qorumaq üçün Ukraynaya qoşun göndərə bilər. AYNA xəbər verir ki, bu barədə NBC mənbələrinə istinadən məlumat yayıb.

“Ukrayna faydalı qazıntılar sazişi ilə tanış olan Amerika rəsmiləri faydalı qazıntıları qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildiriblər”, - nəşr iddia edir.

Mənbələrin bildirdiyinə görə, qoşunların göndərilməsi “yalnız Rusiya ilə münaqişənin dayandırılması ilə bağlı razılıq əldə edildikdən sonra” mümkündür.

Bundan əvvəl “The Economist” yazıb ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevə son səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Vaşinqtona ölkənin mineral ehtiyatlarına çıxış imkanı verməsini tələb edib. Nəşrin məlumatına görə, Ukrayna liderinin təklifi nəzərdən keçirmək üçün bir saat vaxtı olub.
 

Dünyapress TV

Xəbər lenti