"Yeni Şafak" xəbər verir ki, Türkiyənin dəstək verdiyi Suriya Milli Ordusu PKK-nın Hələbdəki hadisələrdən faydalanaraq, Tel-RIfat şəhəri ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmaq səyinə qarşı "Azadlıq şəfəqi" əməliyyatı adı ilə böyük bir hərəkata başlayıb. İki hava limanı və çox sayda yaşayış məntəqəsini azad edən Suriya Milli Ordusunun əsgərləri bir neçə saat içərisində Tel-Rıfatın mərkəzinə daxil olublar. Suriyalı türkmənlər Tel-Rıfat şəhərinə "Mehtər marşı"nın sədaları altında daxil olublar.