İranda yaşayan azərbaycanlılar yollarda hərbi texnikanın çatdırılmasına əngəllər yarada bilərlər…
Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan Hindistan mediasını ittiham edib. Səbəbi budur ki, Hindistan mediası Ermənistana hər hansı hərbi texnika satılan kimi dərhal bu haqda xəbər yayır.
Söhbət Hindistanın “Akaş” raket komplekslərinin Ermənistana satılmasından gedir. Manukyanın fikrincə, Hindistan bu yolla Ermənistan üzərindən hərbi texnikasını reaklam edir. Bunda həqiqər var.
Ermənistan qədər Hindistandan hərbi texnika alan ikinci dövlət yoxdur. Hindistan bu yolla hərbi-sənaye kompleksinin məhsullarını reklam etmiş olur. Manukyanın narahatlığı həm də onunla əlaqəlidir ki, xəbərlər yayıldıqdan sonra Hindistanın hərbi texnikasının Ermənistana çatdırılmasında lojistik əngəllər yarana bilər.
Hindistanın hərbi texnikası İranın dəniz limanına, oradan da quru yolla Ermənistana çatdırılır. Manukyanın nəzərdə tutduğu “lojistik əngəl” yalnız İran ərazisində yarana bilər.
SEPAH isə əlindən gələni edir ki, Hindistan, Rusiya və Fransa hərbi texnikası quru yolda çətinliklə üzləşmədən Ermənistana çatdırılsın. Hər halda həmin hərbi texnikalar Güney Azərbaycan ərazisindən daşındığından güneyli fəalların çəkdikləri şəkillər Azərbaycan mediasında da yayımlanır.
Yəqin Manukyan kimilərin qorxusu odur ki, bir gün İranda yaşayan azərbaycanlılar yollarda hərbi texnikanın çatdırılmasına əngəllər yarada bilərlər…
Elxan Şahinoğlu
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti