ABŞ Avropaya bombardmançı təyyarələr göndərəcək
ABŞ yaxın günlərdə bombardmançı təyyarələrini NATO müttəfiqləri ilə birgə təlim və əməliyyatlar aparmaq üçün Avropaya göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığının saytında dərc olunmuş bəyanatda bildirilir.

“Növbəti bombardmançı təyyarə qruplaşmasının Avropada yerləşdirilməsi yaxın günlərdə həyata keçiriləcək və Amerika strateji bombardmançıları ABŞ-nin materik hissəsindən ABŞ Avropa Komandanlığının məsuliyyət zonasına göndəriləcək”, - bəyanatda qeyd olunub.

Məlumata görə, ekipajlar bir neçə həftə ərzində təlimlərdə iştirak edəcək və əməliyyatlar keçirəcəklər.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.
 

Dünyapress TV

Xəbər lenti