ABŞ dövlət katibi F-16-ların satılmasından danışıb
“Prezident Cozef Bayden Türkiyəyə F-16-ların satılmasını dəstəkləyir”.
AYNA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.
O bildirib ki, müraciətin konqresə nə zaman təqdim olunacağı hələ ki məlum deyil: “Amma bunun Türkiyədəki seçkilər, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə heç bir əlaqəsi yoxdur".
Blinken söyləyib ki, ABŞ Konqresinin bəzi üzvləri bu məsələ ilə bağlı narahatdır: "Biz Konqresin razılığını almaq üçün əlimizdən gələni edəcəyik".
Teref.az yazır ki, Azərbaycan Ordusunun topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar Şümşad oğlu Laçın rayonu istiqamətində döyüş tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən məlum olmayan səbəbdən (qeyri-rəsmi diaqnoz: ürəktutma) həyatını itirərək şəhid olub. 44 günlük Vətən Müharibəsi zamanı polkovnik-leytenat Vüqar Ağayev döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdi.
"Çin Rusiyaya öldürücü hərbi yardım göstərmək qərarına gəlsə, “qırmızı xətti” keçəcək".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
Diplomat vurğulayıb ki, ABŞ Çinin sülhü qorumaq istəyi ilə bağlı bəyanatını alqışlayır, lakin Rusiyaya öldürücü silahların verilməsi ciddi nəticələrə səbəb olacaq qəbuledilməz mövqe kimi qiymətləndiriləcək.
Qrinfild qeyd edib ki, ABŞ Çinə öz rəqibi kimi baxır və onunla rəqabət aparmağa və müqavimət göstərməyə hazırdır. Diplomat milli maraqların qorunmasının ABŞ üçün prioritet olduğunu və onların müdafiəsi üçün tədbirlər görəcəklərini vurğulayıb.
ABŞ dövlət katibi Entoni Blinken də xəbərdarlıq edib ki, Çin vəziyyətin ciddiliyini və Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah ötürüləcəyi təqdirdə yarana biləcək nəticələri anlamalıdır.
Şimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib.
Məlumata əsasən, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) Komitəsi yerli vaxstla səhər saat 7:00-7:11 arasında Cənubi Pxenan əyalətindəki Sukçxon bölgəsindən iki qısa mənzilli raketin atıldığını qeydə aldığını bildirib:
"Monitorinq və ayıq-sayıqlığımızı gücləndirməklə, ordumuz ABŞ sıx əməkdaşlıq edərək hərbçilərimiz tam döyüş hazırlığını saxlayır".
“Ukraynaya döyüş tanklarının verilməsinin tərəfdarı olan ölkələr öz vədlərini yerinə yetirməli və tankları verməlidirlər”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.
“Belə tankları vermək iqtidarında olanların bunu indi etməsi lazımdır”, - o bildirib.
Bundan əvvəl “Die Welt” qəzeti Niderland və Danimarkanın Kiyevə “Leopard 2” tanklarının verilməsində iştirak etməyəcəyini yazıb.
Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib.
Tank tədarükünün mümkün qədər tez olacağı gözlənilir
"Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək".
AYNA UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Prezident Volodimir Zelenski ilə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynaya “Leopard2” tankları, həmçinin “Patriot” zenit-raket kompleksi və döyüş sursatları təhvil veriləcək.
Jurnalistlərin tankın tədarükü ilə bağlı sualına cavab olaraq hökumət başçısı bunun mümkün qədər tez olacağını deyib.
Xatırladaq ki, Mark Rutte fevralın 17-də Ukraynaya səfər edib.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən Rusiyanın “Auchan” hipermarketlər şəbəkəsi humanitar yardım adı altında Ukraynanın işğal olunmuş rayonlarında Rusiya hərbçilərini müxtəlif şəkildə təmin edir.
TEREF.AZ musavat.com-a istinadla xəbər verir ki, bunun bağlı “The Insider”, “Le Monde” və “Bellingcat” birgə məlumat yayıblar.
Baş ofisi Fransada yerləşən “Auchan” bir çox digər xarici şirkətlərdən fərqli olaraq müharibə başlayandan sonra Rusiyanı tərk etməyib. Araşdırma nəticəsində əldə olunan informasiyaya əsasən, Ukraynada döyüşən rus hərbçilərinə həm “Auchan”ın öz anbarlarından, həm də könüllülər tərəfindən mağazalar şəbəkəsinin ərazisində toplanan ərzaq Rusiya ordusuna göndərilib. Bundan əlavə, “Auchan” hərbi komissarlıqlara işçilərini səfərbər etməkdə köməklik edib. Halbuki şirkət məhz işçilərinin “qayğısına qaldığı” üçün Rusiya bazarını tərk etmək istəmədiyini bildirmişdi.
Araşdırma müəllifləri “Auchan” menecerlərinin yazışmalarını və bəzi sənədləri dərc ediblər. Məlum olub ki, “Auchan” tərəfindən qondarma humanitar yardım adı altında kişilər üçün nəzərdə tutulan ülgüc, paltar və hətta siqaret cəbhəyə göndərilib. Burada onlara icra orqanlarının strukturları ciddi kömək göstərib. Araşdırmada “Auchan”ın öz işçiləri haqqında məlumatları toplayıb hərbi komissarlıqlara ötürdüyü, səfərbərlik zamanı çalışanlara çağırış vərəqələrini birbaşa iş yerlərində çatdırdığı təsbit edilib. “Auchan”ın Rusiya rəhbərliyi məlumata şərh verməkdən imtina edib. Fransadakı mərkəzi ofis isə şirkətin siyasətdən kənar olduğunu və orduya heç bir dəstək vermədiyini söyləməklə kifayətlənib. Ukraynadakı “Auchan” isə araşdırmadan şoka düşdüklərini bildirib və mərkəzi ofisdən izahat tələb edib.
Qeyd edək ki, beynəlxalq standartlara görə, yalnız mülki əhaliyə göstərilən kömək humanitar yardım sayılır.
Rusiyanın ilhaq etdiyi Krım yarımadasında hərbi hissədə partlayış olub. Hadisə yarımadanın Armyansk şəhərində baş verib. Rəsmi qurumlar hadisə ilə bağlı hələ açıqlama yaymayıb.
Rusiya lideri Vladimir Putin bu həftə ərzində NATO-nun müdafiə nazirlərinin Brüsseldə keçirilməsi planlaşdırılan görüş öncəsi, iki nüvə silahı daşıya bilən təyyarəsini havaya qaldırıb. Putinin əmriylə havalanan Tu-160 təyyarələri Norveç dənizi üzərində, Şotlandiyanın şimalındakı neytral ərazilərdə uçuçlar həyata keçiriblər.
Xəbərdə qeyd olunur ki, NATO-la sərhəddə baş tutan uçuşun müddəti 13 saat çəkib. Daily Mail
Ermənistanın Azərbaycanla sərhədində 15 alman polisi, 8 fransız jandarması patrulluq edəcək Teref.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Azərbaycanla sərhəddə patrulluq eləmək üçün Ermənistana göndərəcəyi uzunmüddətli missiyanın tərkibində 15 nəfər alman polisi də olacaq. Bu Barədə açıqlamanı Almaniya hökumətinin mətbuat katibi Şteffen Hebeştrayt verib. O, bu qərarı AFR Nazirlər Kabinetinin verdiyini bildirib. Onun sözlərinə görə, missiyanın heyətində Aİ-nin müxtəlif ölkələrindən olan 100 nəfər polis olacaq.
Aİ missiyasına Almaniya federal polisinin zabiti başçılıq edəcək.
Bundan əvvəl verilən xəbərlərdə Avropa parlamentinin deputatı Natali Luazonun missiyanın 20 fevral tarixində işə başlayacağını və tərkibində 8 nəfər fransalı jandarmanın olacağını bildirmişdi.
Xatırladaq ki, Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur.