Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyinə “meydan oxuyur” - Faktlar
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.

“Alov-Mühafizə” MMC 12 ay ərzində 6 yarmarka və 1 ofisin mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında “Aqrar Tədarük və Təchizat” ASC “Alov-Mühafizə” MMC-yə 105 min 987 manat 60 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Qeyd edək ki, dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Nazirliyin müraciətində bildirilib ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və “Vətən-N Mühafizə Xidməti MMC”nin 8 saylı filialı da var.

Lakin, maraqlıdır ki, İqtisadiyyat Nazirliyinin bu şirkətlərin sənədləri saxtalaşdırdığını və bu barədə əllərində əsaslı şübhələrin olduğunu bildirməsinə baxmayaraq, onlar yenə də tenderlərdə iştirak edib qalib gəlirlər.

Məsələn, “Alov-Mühafizə” MMC-nin qalib elan olunduğu sonuncu tenderdə təklifələrə bu ilin yanvar ayının 5-də baxılıb. Halbuki, həmin tarixdən 13 gün əvvəl İqtisadiyyat Nazirliyi Baş Prokurorluğa rəsmi müraciət ünvanlamışdı. Belə görünür ki, “Aqrar Tədarük və Təchizat” ASC tender təkliflərinə baxan zaman İqtisadiyyat Nazirliyinin müraciətini nəzarə almayıb.

“Dövlət Satınalmaları Haqqında” Qanunun 12-ci maddəsində qeyd olunur ki, hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə:

- həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir;

- malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edir;

- saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir;

Mətbuatda yayılan məlumatlardan belə görünür ki, “Alov-Mühafizə” MMC-yə Qasımov Etibar Ağahüseyn oğlu rəhbərlik (Baş idarə rəisi) edir. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanada sənədləri saxtalaşdırmaqda ittiham olunan “Vətən-N Mühafizə Xidməti” MMC –nin də qanuni təmsilçisi olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisi olub.

A. Cəfərov
regionxeberlericom.az
 

Bölmənin digər xəbərləri

10 İyun 2025 Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
10 İyun 2025 "Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
10 İyun 2025 "Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
10 İyun 2025 Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
10 İyun 2025 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
09 İyun 2025 Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
09 İyun 2025  Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
09 İyun 2025 Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
09 İyun 2025 Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
09 İyun 2025 Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
09 İyun 2025 “Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO

Dünyapress TV

Xəbər lenti