1663742406_screenshot_20220921-103242_chrome

Yeni 2022/2023-cü tədris ili başlar-başlamaz məktəblərdə şagirdlərin valideynlərindən müxtəlif adlarla qanunsuz pul yığımına start verilib. Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbdə də həmçinin.

ser-300x291.jpgRedaksiyamıza daxil olmuş məlumata görə, 3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir.

Etibarlı mənbə bildirir: “Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Kitabxana müdiri Vəfa xanım kitabları pulla satır. Deyir “mən yetim uşaq böyüdürəm, əcəb eyləyirəm”. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 (bir yüz) manat verməlidir. Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Heç nədən utanmadan, cəkinmədən məktəbi bazara döndərib. Kitabxanaçıya, laboranta, bir necə texniki işcilərə də sinif rəhbərliyi verilib, müəllimlərin adına yazılır. Qeyri-qanuni pulları Fəxrənisə yıgır, imtiyazları, vəzifələri paylayır. Bütün dərslər pulla satılıb. Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə laborant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib. Hələ də işi məhkəmədə olan direktor müavini var. Bəzi texniki işcilər evdə oturub, maaş kartları Xəyalə xanımdadır. Nəzarətsiz məktəb kimi ətrafda Masazır 3 nömrəli məktəbin reytinqi çox aşagı düşüb. Direktor yalnız direktor müavinləri ilə kabinetində cay icməklə məşguldur. 15 sentyabrda nazirin əmri ilə “Əlifba bayramı” tədbirləri yasaqlansa da, bu məktəbdə birinci siniflərin sinif rəhbərlərinə süfrə açdırıb yeyib — içiblər, direktor başda olmaqla. Heç şəhidlərimizin ruhundan utanmayıblar, bütöv Azərbaycan ağlayır, bunlar isə məktəbdə qonaqlıq edir, tort yeyirlər”.

Redaksiyamıza həmçinin direktor müavini Fəxrənsə Əhmədovanın direktorun müəllimlərdən 50 manat pul tələbini çatdırdığı vatsap səs yazısı da təqdim olunub.

P.S. Bu yerdə xatırlatmağa dəyər ki, bundan əvvəl Masazırdakı 4 saylı tam orta məktəbdəki qanunsuzluqlar barədə də tənqidi məqalələr dərc etmişdik. Həmin məktəbdəki korrupsiya halları, eləcə də narkotik maddələrin istifadəsinə göz yumulması, şərait yaradılması barədə Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına rəsmi məktublarla müraciət etmişdik. Təhsil Nazirliyi məqalələrimizdə ehtiva olunan məsələlərin araşdırılmasını Sumqayıt Regional Təhsil İdarəsinə tapşırsa da, görünür, 4 saylı məktəbdə qalanan narkotikin tüstüsü araşdırmaçı məmurların vicdanını susdurdu, görən gözlərini kor elədi.

Məqalədə adları keçən şəxslərin də mövqeyini öyrənmək üçün dəfələrlə 3 nömrəli məktəbə zəng etsək də, telefonu götürən olmadı.

P.S. Mənbə onu da, bildirir ki, direktorun ad günü və müxtəlif tədbirlərdə öz əlaltıları vasitəsilə özünə bahalı zinət əşyaları aldırır.

RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Mənbə: Deryaz.az

Bölmənin digər xəbərləri

07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR

Dünyapress TV

Xəbər lenti