Tovuzda tarixi abidəni hərracla satıblar
Tovuz rayonu, Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Prezident İlham Əliyevə şikayət ərizəsi yazıb.

DİA.AZ bildirir ki, bir surətini də Gununsesi.info-ya təqdim edən şəhid anası müraciətində tarixi abidə kompleksinin qanunsuz yolla satılmasından bəhs edir.

Həmin şikayəti olduğu kimi təqdim edirik:

Nəzərinizə çatdırıram ki,kəndimizin Qala Düzü adlanan ərazisində yerləşən abidə kompleksi Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır və inventar nömrəsi 6045, 6046 və 6050-dir.
Orta əsrə aid olan həmin tarixi abidələr bir neçə ildir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən saxta yolla, rəhmətə getmiş bələdiyyə sədrinin imzasıyla əvvəlki tarixə rəsmləşdirilərək, saxta hərrac yolu ilə satılıb. Çünki hökumətin qərarı ilə dövlət qeydiyyatına alınmış tarixi abidə hərraca çıxarıla bilməz. Əslində RİH-nin başçısı Məmməd Məmmədov həm də burada şərikdir.

Bu ərazi Tovuzçay su anbarının kənarında yerləşdiyinə görə burada otel, pivnoy, qumarxana və s. inşası nəzərdə tutulub. Ərazidə hörgü məftillərlə çəpərləmə işləri aparılıb, ağır texnika ilə abidələrin əksər hissəsi məhv edilib. Eyni zamanda bildirirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları qeyd olunan ərazidə təkrar araşdırma aparmış və araşdırmanın ilk günündə orta əsrə aid yaşayış evi tapılmışdır.

Nəzərinizə çatdırıram ki, Şəhərgah adlı həmin tarixi abidələr əvvəlcə saxta cinayət yolu ilə Mirzəyey Həsən adlı şəxsə satılıb.

Belə ki, guya hərrac komissiyasında torpaq müsabiqəsi keçirilib və qərar qəbul olnub, bu barədə əlimizdə rəsmi, lakin saxta məzmunlu məktub da var. Çoxsaylı şikayətlərimizdən sonra, Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun təsiri altından çıxa bilməyən, başlarını itirən aidiyyəti qurumlar həmin tarixi abidələrin indi də Süleymanova Rasimə İsgəndər qızına məxsus olduğunu bildirirlər. Maraqlıdır ki, həmin şəxs Vahidli kənd sakini deyil.

Eyni zamanda bildirirəm ki, həmin ərazidə bizim qədim qəbiristanlığımız və məsçidimiz yerləşir. Mənim şəhid oğlum da həmin qəbiristanlıqda uyuyur. Həmin ərazini, taixi abidələrimizi və şəhid məzarının kənarını saxta hərraca çıxarıb satanların nə özləri, nə də yaxınları, nə vətən müharibəsində iştirak edib, nə də şəhid veriblər.

Əlavə olaraq bildirirəm ki, Tovuz rayon Vahidli kənd Bələdiyyəsinin sədri Sədi Rüstəmov Vahidli kəndi ərazisində bütün torpaqları öz yaxın qohumlarının hər birinə 200 manat pul verərək onların adına, rəhmətə getmiş bələdiyyə sədrinin saxta imzasıyla rəsmləşdirib, sonra isə kənar şəxslərə, rayonun imkanlı şəxslərinə satib ki, bu da ciddi qanun pozuntusudur. Bildirirəm ki həmin ərazi Tovuzçay su anbarının kənarıdır və həmin torpaqların bir başa kənar şəxslərə satılması mümkün olmadığına görə bu saxta əməliyyatlar aparılmışdır. Həmin torpaqlar saxta kadastr sənədləri ilə satılıb. Həmin alqı-satqıların Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Şöbəsinə hesabatı verilməyib. Çünki banka heç bir rüsum ödənilməyib. Sədi Rüstəmov isə bildirir ki, gedin prezidentinizə nə qər istəyirsiniz şikayət edin, mənim prezidentim Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdur, bizə tarixi abidə lazım deyil.

Mən bir vətəndaş olaraq yaxşı dərk edirəm ki, Mehriban xanım tarixi və mədəni irsimizin qorunması yolunda uzun illərdir ki, uğurlu fəaliyyət göstərərək xalqımızın qədim mədəniyyətə malik bir xalq olduğunu bütün dünyaya sübut etdi. Tovuz RİH-nin başçısı Məmməd isə taixi abidələrimizi yaxın adamlarının adina saxta cinayət yolu ilə rəsmləşdirərək mənimsəyıb və həmin ərazidən əl çəkmir, tarixi abidələrimizi qəsdən dağıdır və Qarabağda tarixi abidələrimizi dağıdan düşmənlərimizlə bunların heç bir fərqi yoxdur.

Cənab prezident!

Sizdən xahiş edirəm ki, mənim müraciətimin Respublika Baş prokurorluğunda araşdırılmasını,tamahkarlıq məqsədilə abidələrimizi məhv edən Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və Vahidli Bələdiyyəsinin sədri Sədi Rüstəmov haqqında tədbir görülməsini təmin etdirəsiniz.

Həsənova Ceyran Məhəmməd qızı
Şəhid və Qarabağ veteranı anası
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR

Dünyapress TV

Xəbər lenti