“Bizim Ev” MTK şefi rəsmən QOÇUDUR - MÜRACİƏT
““Bizim Ev” MTK Yasamalda sakinlərə işgəncə verir..” başlıqlı ötən yazımızda şirkətin apardığı tikinti prosesində heç bir təhlükəsizlik qaydalarına əməl olunmadığı haqda bəhs etmişdik. Ümumiyyətlə, tikinti bumu deyilən məsələ demək olar ki, neçə illərdir ki, cəmiyyətdə, mediada, hətta hakimiyyətin ən üst qatlarında ciddi müzakirə olunur. Amma etiraf etməliyik ki, ortada ciddi nəticə yoxdur. Necə deyərlər, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır. Biz bir media qurumu olaraq tikinti biznesinin əleyhinə deyilik. Amma onu qeyd etməyə məcburuq ki, bu qanunsuz tikintilərin çoxunun arxasında məmurlar dayanıır. Adamdan soruşarlar ki, görəsən məmur maaşı ilə bu boyda binalar necə tikilir..? Əlbəttə, heç kimə sirr deyil ki, rüşvət və korrupsiya yolu ilə qazanılmış milyonlar tikinti bumunun əsasını təşkil edir. Deməli, tikinti bumunun arxasında rüşvətxor və korrupsionerlər dayanır. Biz media olaraq “Bizim Ev” MTK-nın arxasında hansı məmurun dayandığını araşdırmaq fikrində deyilik. Bizi maraqlandıran odur ki, bu MTK vətəndaşlara niyə bu qədər işgəncə verir..? Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək ki, sivil ölkələrin çoxunda SƏS-KÜY-lə bağlı ayrıca qanunlar var. Çünki SƏS-KÜY insanlarda bir çox xəstəliklərin səbəbidir. Bizdə isə MTK-lar gecə-gündüz, ilin bütün fəslində yaratdığı səs-küylə sakinlərin əsəblərini korlayır, onlara dəhşətli stress yaşadır, nevroz həddinə çatdırır. Yazıq vətəndaşlar haralara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy mənbəyi deyil, həm də… Birincisi, tikinti bumu kifayət qədər yaşıllıqları məhv edir. İkincisi, tikilən binalar, obyektlər tikinti normalarına cavab vermir. Təkcə bir faktı yada salaq.
Bir neçə il əvvəl Binəqədidə tikinti materialı səbəbindən 16 mərtəbəli bina bütünlüklə yandı, 16 nəfər öldü, 60 nəfər yaralandı. Nəticədə binanın təsisçisi, sahibi 8 il həbs cəzası aldı, amma 3 ildən sonra azadlığa çıxdı, hətta müsadirə olunan əmlakını qaytara bildi. Həmin şəxs lap 100 il həbsdə olsaydı nəsə dəyişəcəkdimi, günahsız ölənlərdən bircəsi diriləcəkdimi..? Əlbəttə, yox. Sözümüzün canı odur ki, heç bir tikinti, ekoloji, təhlükəsizlik normalarına cavab verməyən binalar gələcəkdə ciddi fəsada çevrililəcəklər. Biz hələ bu binaların arasındakı məsafələrin heç bir normaya uyğun gəlmədiyini və digər neqativ halları təkrarlamaq istəmirik. Bütün yazılanlara, deyilənlərə, ictimai müzakirələrə, hətta dövlət başçısının dəfələrlə bu problemi sərt şəkildə tənqid etməsinə baxmayaraq, tikinti mafiyası öz əməllərindən bircə addım da geri çəkilmir.
Haqqında bəhs etdiyimiz “Bizim Ev” MTK barəsində Yasamal rayon sakinlərindən daha bir şikayət redaksiyamıza daxil olub. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur. Bir daha qeyd etmək istəyirik ki, biz kiminsə tikinti aparmasının əleyhinə deyilik. Amma… Əmması odur ki, kimlərsə bina tikib milyonlar qazanacaq, sakinlər niyə işgəncə çəkməlidir. Ətrafa yayılan daş, çınqıl həyətdə oynayan uşaqların iraq olsun ölümünə səbəb olsa, buna kim cavab verəcəkdir..? Ətrafdakı yaşıllıqları məhv edəndə niyə bir dövlət qurumunun səsi çıxmadı..? Ümumiyyətlə, Yasamal rayonu yaşıllıqların məhv edilməsinə görə birinci yerdə gedir. Bütün bunlar azmış kimi tikintinin aparıldığı ərazi “Məhsul” idman stadionunun bir hissəsi, daha dəqiq desək, soyunub-geyinmə sahəsidir.
Birincisi, dövlət başçısı idmanın inkişafını prioritet elan edib, bu məmurlar isə idman stadionunun ərazisini satırlar. Düzdür, sonradan stadionu satanlar həbs olunsalar da, ərazini alıb bina tikənlər öz işlərini tələm-tələsik, hətta küləkli havalarda da davam etdirirlər. Sanki bunları qovan var, sanki harasa tələsirlər. Və bütün bu baş verənlərin fonunda nə Fövqəladə Hallar Nazirliyinin, nə Yasamal icra hakimiyyətinin, nə də digər səlahiyyətli qurumun səsi çıxmır. Müvafiq qurumların tədbir görməsi üçün MTK-nın Tikinti obyektinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məghəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024
P.S. Bu bina tikən İmişlili Mürşüd kimdirsə o heç kimi saymır, amma beton, taxta qırıqları, daş, qaya, kubik parçaları həyətə töküldükcə camaat bir ağızdan ağır söyüşlər söyür. Buyurun, qəbul edin deyirlər. //gundelik-baku.com//
 
 
 

Bölmənin digər xəbərləri

07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
05 İyun 2025 Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır - HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO
05 İyun 2025 Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
05 İyun 2025 BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
05 İyun 2025 Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?

Dünyapress TV

Xəbər lenti