Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...
Azərbaycan təhsil sistemini çürük alma kimi qurd içindən yeməkdə davam edir. Elm və təhsil naziri Emin Əmirullayevin “üstü bəzək, altı təzək” siyasəti təhsilin tamamilə repetitorluğa çevrilməsi ilə nəticələnib. İndi məktəb formal xarakter daşıyır. Elə bir abituriyent ola bilməz ki, oxuduğu məktəbin hesabına tələbə adını qazana bilsin. Bu da məhz məktəblərdə təhsil verilməməsinin göstəricisidir.
Artıq təhsil ocaqlarına da ehtiyac yoxdur. 9 ay ərzində bir yandan bayramlar, tətillər, digər tərəfdən isə müəllimlərin yaxşı təhsil verməməsi bu acınacaqlı mənzərəni yaradıb. Həmçinin dərs vəsaitləri olduqca mürəkkəbdir. Məsələn, 3-cü sinif şagirdinə yaşına uyğun olmayan, hələ anlaması çətin olan, təxminən 5-ci sinif şagirdinin başa düşəcəyi dərs keçirilir.
Bundan əlavə, məktəblərdə keçirilən proqramla Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün hazırladığı test vəsaitləri arasında böyük uçurum var. Bu da DİM-lə ETN arasında koordinasiyasız iş görməyin bədəlidir ki, əziyyətini məktəblilər çəkir. Bu, bəlkə də təhsil siyasətində hiylədir. Yəni valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur olsunlar. Axı necə ola bilər ki, məktəb dərsliklərində olan sual və ya tapşırıqların əksəriyyətinə qəbul imtahanlarında rast gəlmək olmur? Absurddur!
Deməli, tələdir, təxribatdır, təhsili və uşaqları şikəst etməkdir. Bu da azmış kimi, son günlər DİM rəhbəri Məleykə Abbaszadə təhsil ekspertlərini ittiham edir. Halbuki təhsil mütəxəssisləri də sübutlar ortaya qoyurlar ki, suallar düzgün hazırlanmayıb, yaxud kifayət qədər çətindir və abituriyentin taleyi ilə oynamaqdır.
Anxeber.com yazır ki, bir sözlə, M.Abbaszadə-E.Əmirullayev tandemi Azərbaycan təhsilində ciddi problemlər yaratmaqdadır.
Misal üçün l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.
Valideynlər və ekspertlər isə buna etiraz ediblər. Qeyd ediblər ki, DİM bu sualın cavabını şagirdlərin xeyrinə hesablasa belə, abituriyentlərin zaman itkisi, psixoloji vəziyyəti və bunun digər sual tapşırıqlarının yazılmasına təsiri nəzərə alınmır.
Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı fikri diqqət çəkir: "DİM deyir ki 8 min ekspertimiz var. Bəli, biz də gördük o “ekspertləri”. 5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”.
Ötən gün I ixtisas qrupu üzrə riyaziyyatda buraxılan texniki səhvə görə uşaq 5-10 dəqiqə vaxt itirib, təşvişə düşüb, zamanını planlaya bilməyib. DİM-sə deyir, “Sual düzgün cavablandırılmış sayılacaq”.
DİM məsələni balla ölçür, bizsə ədalətlə. Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət? 16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır”.
Beləliklə, nazir Əmirullayevin fəaliyyəti nəticəsində məktəblər bərbad vəziyyətdədir, normal təhsil yoxdur, bu səbəbdən əksəriyyət repetitor yanına qaçır, illərlə valideyn pullar xərcləməli olur, sonda ən həyəcanlı gün gəlir – abituriyent imtahana girir, burada isə məlum olur ki, indi də M.Abbaszadənin “ekspert”ləri sualı səhv hazırlayıblar. O baxımdan nazirlə DİM sədrinin birgə “külüng vurduğu”, daha dəqiq desək, baltaladığı Azərbaycan təhsilinin nə qolu, nə budağı, nə kötüyü qalıb.
Üstəgəl bura məktəb direktorlarının il ərzində ənənəvi pul yığımını da əlavə etmək lazımdır. Məktəblərdə olmayan təhsilin üzərinə hələ bir rüşvət də istənilir. Bu da dəyişməz reallıqdır. Keçmiş nazir Misir Mərdanovun dövründən qalma, az qala ehramlar, qədim Misir tarixindən gəlib çıxan bir yığımdır ki, E.Əmirullayevin dönəmində də davam edir.
Bura daxildir – gah fond pulu, gah bayram xonçaları, 8 Mart, Müəllimlər Günü, ən nəhayət, tədris ilinin sonuna yaxın nəfəsini dərmək istəyəndə “Son zəng” pulu. Elə son həftələrdə bir neçə məktəb direktorunun səsyazıları yayılıb, qalmaqala səbəb olub, bəziləri işdən azad edilib, amma nəticə dəyişməyib. Çünki direktoru vəzifəsindən azad etmək çıxış yolu deyil. Bütövlükdə təhsil sistemi və yanaşması dəyişməlidir. Bir dünyaya açılmaq, inteqrasiya etmək lazımdır. Baxaq Çin, Sinqapur təhsil sistemlərinə, Finlandiya, Belçika kimi ölkələrin təhsil proqramlarına, bir də işə yaramaz dərsliklərimizə nəzər yetirək, hansı ki test suallarında rast gəlmək olmur. Beləliklə, Azərbaycan təhsili həm neqativ halları – yeyinti, maliyyə pozuntuları, pul yığılması, həm də bərbad dərsliyi ilə uçurumun kandarındadır...

AnXeber.az
 

Bölmənin digər xəbərləri

06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
05 İyun 2025 Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır - HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO
05 İyun 2025 Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
05 İyun 2025 BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
05 İyun 2025 Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
05 İyun 2025 Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı
04 İyun 2025 Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

Dünyapress TV

Xəbər lenti