“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur" -  Bəs borcunuzu niyə ödəmirsiniz, Ülvi müəllim?
“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi əməlimlə göstərmişəm.

Verdiyim sözə sadiq qalmışam. Bizim prinsipimiz az danışıb çox iş görməkdir. Bu günə qədər hər zaman qapımız bütün seçicilərin üzünə açıq olub."

"DogruXeber.az" xəbər verir ki, parlament seçkiləri öncəsi canfəşanlıq zamanı bu sözləri idmançı deputat Ülvi Quliyev müsahibəsində deyib.

2005-ci ildən bəri Milli Məclisdə oturan, fəaliyyətsizliyi ilə Nəsimi və Yasamal sakinlərini özündən narazı salan, seçkiqabağı pafoslu cümlələri ilə sanki ilk dəfə namizədliyini irəli sürmüş kimi özünü cəmiyyətə fərqli sırımağa çalışan biznesmen deputat Ülvi Quliyev, yerli medianın məlumatına görə, deputat ola bilməmə ehtimalını da düşünərək, paytaxt rayonlarından birinə icra başçısı gedə bilmək üçün əlaqələr qururmuş.

İşini ehtiyatlı tutmaq, bütün ehtimalları nəzərə alıb ona hazır olmaq əsl biznesmenlərə xas xüsusiyyətdir.

Yeri gəlmişkən, idmançı deputatın oğlu Orxan Quliyev 18 yaşından Londonda ailə üzvlərinin adalarının baş hərflərindən ibarət olan "GUANO LTD" şirkətini təsis edib. Həmçinin Türkiyədə eyni adlı "GUANO DANIŞMANLIK TİCARET LİMİTED Şirkəti"nin, "LOĞMAN -3" KİÇİK MÜƏSSİSƏSİ-nin, “DİLER İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ Cəmiyyəti-nin, Sankt-Peterburqda “Xoçu kebab” və “Xoçu şaşlık” restoranlar şəbəkəsinin, "NEO GROUP Ltd" ticarət şirkətinin, İngiltərədə "MARKETING SOLE PROJECT LTD" şirkətinin və daha bir neçə bizneslərin də Orxan Quliyevin olduğu deyilir.

18 yaşından iş həyatına atılmaq və birbaşa bu qədər nailiyyətlər əldə etmək Azərbaycan məmurlarının övladları üçün artıq normal sayılır. Xatırlayırsınızsa, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlunun da 15 yaşından və eləcə də Ziya Məmmədovun oğlunun bir neçə şirkət rəhbəri olduqları barəsində də məhz araşdırmaçı jurnalist Cavanşir Həsənli rəsmi faktlarla birlikdə məlumatlar yayımlamışdı. Bütün bunlar isə ölkənin pullarının dövlətin məmurları tərəfindən xaricə axıdılması deməkdir. Eyni zamanda, Ülvi Quliyevin "az danışıb, çox iş gördüyü"nün sübutudur.

Milli Məclisdə illərdir" ağzına su alıb oturan", təmsil etməli olduğu rayonun sakinlərinin problemlərini dilinə gətirməsə də, özünə ölkədə və ölkə xaricində "topdağıtmaz" səltənətlər qurub-yaradacaq qədər çox çalışıb.

Növbə vəzifə səlahiyyətlərinə - yəni vətəndaş problemlərinə gəlincə Ülvi müəllim dərhal keçir Ağsaqqal moduna və problemləri aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb, tələb etmək yerinə, vətəndaşlara məsləhət verir ki, "bu bizim işimiz deyil, ona filan qurum baxır".

Məsələn, təqribən bir ay əvvəl Yasamal rayonunda Yeni Yasamal 2, Dairəvi yol, birinci döngə küçəsinin bir qrup sakinləri redaksiyamıza müraciət edərək, sözügedən küçənin - "Alimlərin binasına gedən yol" adlandırılan yolun təmirsiz olduğundan, yağışda palçıqdan, günəşli havada isə hər maşın keçəndə toz-duman içində olduğundan gileyləndilər.

Biz də öz növbəmizdə Yasamal sakinlərininin bu problemini aidiyyatı qurumlar qarşısında tələb etməli olan deputat Ülvi Quliyevin köməkçisi ilə telefon əlaqəsi saxlayıb məsələni diqqətinə çatdırdıq. O, xahiş etdi ki, məsələni rəsmi şəkildə Milli Məclisə göndərək.

Onu da etdik. Lakin, bir neçə gün sonra köməkçi müraciəti rəsmi istədiyinə baxmayaraq, özü telefonla bizimlə əlaqə saxlayıb, həmin yolun "Gəncə alım" MTK və "188" MTK-ya gedən yol olduğuna görə onların təmir etməli olduğunu dedi.

Təbii ki, bu "cavab" bizi qane etmədi. Sanki biz deputatdan bu işi kimin etməli olduğunu soruşmuşduq.

Deyir, "biz işimizi gördük. Bizim işimiz yazıb göndərmək idi, etdik".

Hörmətli Ülvi müəllim, yazıb göndərmək üçün deputat olmağa ehtiyac yoxdur. Yerli sakinlər özləri bizə yazıb göndəribsə, demək ki, bunu özləri də bacarır. Elə biz özümüz də yazıb hətta möhürlə, blankla aidiyyatı qurumlara göndəririk.

Qaldı ki, qurumların reaksiyasına, o da ayrı bir dərd. Əgər filan qurumlar öz işlərini icra edəcək olsaydılar, inanın ki, bu xalqın sizlərə ehtiyacı olmazdı, Ülvi müəllim. Necə deyərlər, siz necə, digər məmurlar - qurum rəhbərləri də elə. Səlahiyyətlərindən başqa hər işi görürlər.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti