“Vialon” MMC camaatın EVİNİ BAŞINA UÇURUR... - ÖZBAŞINALIQ!
Nəsimi rayonunun Ağadadaş Qurbanov 27 ünvanında aparılan söküntü işləri sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı “Qafqazinfo”ya adıçəkilən ərazidə yaşayan sakin Tofiq Şirinov müraciət edib.

Onun sözlərinə görə, “Vialon” MMC-nin orada apardığı söküntü işləri ərazidəki bir çox evə zərər vurub. 20 ailə şirkətin gördüyü işlərdən narazıdır: “Evlərimizin divarları çatlayıb. Şirkət qanunlara məhəl qoymur. Təhlükəli şəraitdə yaşayırıq. Yaşayış yerində söküntü işlərinin aparılması nə dərəcədə düzgündür? Bu, birbaşa qanunaziddir. 20 ailə çarəsiz vəziyyətdə qalıb. Pəncərəmiz də bağlanıb, evə gün işığı belə düşmür. Bu cür şeylər sanki sakinlərə qarşı olan psixoloji basqıdır”.

Şikayətçinin iddiasına əsasən, ərazidəki işçilər də təhlükəli vəziyyətdə çalışırlar: “O işçilər yıxılsa, nə olacaq? Söküntünün dayandırılması ilə bağlı FHN əraziyə baxış keçirib. Nəticədə söküntü dayanmışdı, lakin “Vialon” MMC yenidən ərazidə işlərə davam edir”.

Sakinlərin iddiaları ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, ərazidə söküntü işlərinin dayandırılması barədə tədbirlər görüləcək: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseyzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən 1.07 ha torpaq sahəsi icarə əsasında “Vialon” MMC-nin istifadəsinə verilib.

Sözügedən ünvanda “Vialon” MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının müvafiq bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinə vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılıq əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Sərəncamın icrasına nəzarət Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilib.

Son günlərə qədər göstərilən ünvanda sakinlərin köçürülməsi və boşaldılmış evlərin qapı, pəncərə və dam örtüyü konstruksiyalarının söküntü işlərinin aparılması müşahidə edilib.

Lakin, 26.07.2024-cü il tarixində aparılmış baxış nəticəsində müəyyən edilib ki, qeyd olunan ərazidə inşaat texnikası cəlb edilmədən boşaldılmış evlərin divarlarının qismən sökülməsi aparılıb. Bu işlərin dayandırılması barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qaydalarla müəyyən edilmiş tədbirlər görüləcək”.

Məsələ ilə bağlı “Vialon” MMC-nin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qalıb
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1722334450_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1722334451_3.jpg
 

Bölmənin digər xəbərləri

09 Mart 2025 DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
08 Mart 2025 Hüseynova masajçıdır yoxsa kosmetoloq?- Video- Foto
08 Mart 2025 İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR
08 Mart 2025 Xırdalan 1 nömrəli məktəbdə 8 mart YIĞIMI - Şagirdlər hədiyyələri məktəbin arxa qapısından belə daşıyır/ANBAAN GÖRÜNTÜLƏR
08 Mart 2025 Gəncə ŞİH ilə Su Kanalı idarəsinin rəisi dövlətin 49 milyon 500 min dollar kanalizasiya pulunu necə mənimsədilər?! - DE-FAKTO
08 Mart 2025 Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– TƏFƏRRÜAT
07 Mart 2025 Müəllimlərə “hinduşkabaş” deyən direktorun şok səs yazısı – ÖZƏL
07 Mart 2025 Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
07 Mart 2025 149 saylı məktəbdə pul yığılması təsdiqləndi... - Valideynlər üsyan edir
07 Mart 2025 İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” – Bir nəfərə məxsus müxtəlif MMC-lərlə
07 Mart 2025 Abidin Fərzəliyevdən ŞOK ÖZBAŞINALIQ - Görün, HARANI SATDI...
07 Mart 2025 Azpetrol"dan "Aİ-95" benzini vurdu, maşını sıradan çıxdı (Video)
07 Mart 2025 "Sərin”də kabablar hansı ətdən hazırlanır? FOTO
07 Mart 2025 Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
07 Mart 2025 DSMF pensiyanı dələduzluqla kəsməsini “dövlət sirri” sayır
07 Mart 2025 "MedEra" klinikasında Musa Kılıç necə həkim kimi çalışır?
07 Mart 2025 Saatlı Xəstəxanasında nə BAŞ VERİR? - İTTİHAM VAR...
07 Mart 2025 “Banka qoyduğum 300 min dollar yoxa çıxıb”
07 Mart 2025 Milli Onkologiya Mərkəzinin girişində xəstə yaxınlarından əlavə ödəniş tələb olunur- İDDİA
07 Mart 2025 Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... - vətəndaş ÇARƏSİZ DURUMDA

Dünyapress TV

Xəbər lenti