"Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin?" - ETİRAZ VAR...
Şəkinin Baş Göynük kənd sakini, II qrup əlil, 1967-ci il təvəllüdlü Aqil Məmmədov 12 ilə yaxındır sürücü kimi işlədiyi Şəki Suvarma Sistemləri İdarəsindən qanunsuz işdən çıxarıldığını iddia edib. Şikayətçi bildirib ki, idarə rəhbərliyi ona işdən çıxarılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etməyib, hazırda çıxılmaz vəziyyətdə dolanışıq üçün kömək gözləyir.

“İdarənin rəisi Sabir Əhmədov zəng edərək təcili öz xahişimlə işdən çıxmaq üçün ərizə yazmağımı istədi. Ona əlil və xüsusi kateqoriyaya aid Çernobıl veteranı olduğumu xatırlatdım. Bildirdim ki, ixtisarlara mənimlə başlamaq mövcud qaydalara ziddir”,-Məmmədov Meydan TV-yə bildirib.

Şikayətçinin sözlərinə görə, onun ixtisarını idarə etdiyi avtomobilin köhnəlməsi ilə əlaqələndiriblər:

“Öz xahişimlə işdən çıxmaq təklifi ilə razılaşmadım. Dedilər ki, göstəriş birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən gəlib. Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin? Bu bəhanəyə inanmıram”.

A.Məmmədov bildirib ki, aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, martın 6-da xəbərdarlıq etmədən işdən çıxarılıb.

“Üç qızım mənim himayəmdədir, üstəlik, əlil övladı olan bacıma da köməklik edirəm. Ünvanladığım məktuba agentliyin Aparat rəhbərinin imzası ilə cavab göndərilib. Guya mənim Çernobıl veteranı və əlil olmağımdan 10 ildən çox işlədiyim Şəki Suvarma Sistemləri İdarəsinin xəbəri olmayıb. Yalnız işdən çıxarılandan sonra bundan xəbər tutublar. Deyirlər ki, Həmkarlar İttifaqının qərarı ilə işdən çıxarılmışam. İşə vaxtlı-vaxtında getməməyimi əsas gətirirlər, mən isə bunun sübut olunmasını istəyirəm”,-Məmmədov bildirib.

O, Prezident İlham Əliyevə müraciət edərək öhdəsində 3 qız övladının olmasını, bacısının ailəsinə də yardım göstərməsini nəzərə alaraq işlə təmin edilməsinə yardm göstərməyi xahiş edib. Hazırda fəhlə kimi çalışan Məmmədov səhhətində problemlər yarandığını da qeyd edib.

Şəki Suvarma Sistemləri İdarəsindən Meydan TV-nin sualını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yönləndiriblər. Agentlikdən isə şikayətlə bağlı açıqlama verməyiblər.
 

Bölmənin digər xəbərləri

02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...

Dünyapress TV

Xəbər lenti