12 TENDERƏ 41 MİLYON! - Mustafazadənin şirkətinə niyə bu qədər “sevilir”?
Əli Həsənov 2018-ci ildə “Qaçqınkom”-un sədri vəzifəsindən çıxarılandan sonra bu qurumun fəaliyyətində korrupsiyanın qarşısının alınması, şəffaflıq və s. sarıdan ciddi dəyişikliklərin olacağı gözlənilirdi. Artıq həmin vaxtdan 6 il keçib. Dəyişən nəsə varmı?

Bu suala cavab vermək üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tenderlərinə diqqət yetirmək yerinə düşər. Çünki məhz tenderlər hələ də Azərbaycan büdcəsinin, ölkə iqtisadiyyatının korrupsiya baxımından ən yaralı yeri olaraq qalır...

TEREF xəbər verir ki, Dövlət satınalmaları portalındakı açıq məlumatlara görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ən çox “üz tutduğu”, yəni, tender qalibi elan etdiyi şirkətlər arasında “Konsept Holding” MMC xüsusi yer tutur.

“Fed.az”-ın məlumatından aydın olur ki, “Konsept Holding” yalnız Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan sifariş alıb. Şirkət 2019-cu ildən bəri fondun 12(!) tenderinin qalibi olub. Tenderlərin ümumi dəyəri 41 milyon(!) manat həcmindədir.

Ən iri məbləğli tender Laçın rayonunda tikinti və abadlıq işləri ilə bağlı olan tender olub və “Konsept Holding” MMC həmin tender üzrə nə az, nə çox 16 milyon 915 min manatlıq sifariş qəbul edib. Şirkətin qalib olduğu tenderlərin cəmi 3-ü bir milyon manatdan azdır.

Qeyd edək ki, "Konsept Holding" MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı cəmi 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mustafazadə Nasir Nadir oğludur.

Mətbuatda daha əvvəllər "Konsept Holding" MMC və onun sahibi barədə maraqlı məlumatlar dərc edilib. Məlum olub ki, bu holdinq əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Nasir Mustafazadə barədə məlumatlarda onun “Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.

Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. Onun "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sabiq rəhbərliyinə yaxın şəxs olması barədə iddialar var.

ASC-nin dəyəri milyonlarla manatla ölçülən tenderlərində “Azəri Servis LTD” MMC-nin qaliblər sırasında olması bu iddiaların əsassız olmadığını deməyə imkan yaradır. İndi isə belə aydın olur ki, N.Mustafazadənin “yaxın olduğu” qurum təkcə “Meliorasiya və Su Təsərrüfatı” ASC deyilmiş…

“Azeri Servis LTD” MMC-nin sifarişçiləri hələ adını dəyişib "Konsept Holding" qoymamışdan öncə əsasən "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləri olub. Yəni, belə nəticə çıxır ki, “Qaçqınkom” hələ Əli Həsənovun dövründən Mustafazadənin şirkətilə işləyir və qurumun yeni rəhbərliyi də “köhnə adət-ənənələrə sadiqdir”.

2019-cu idə Meliorasiya və Su Təsərrüfatı ASC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün “Azəri Servis LTD” MMC ilə 2 milyon 212 min 500 AZN dəyərində müqavilə imzalayıb. O vaxt media “Azəri Servis LTD” MMC-nin vaxtaşırı milyonluq tenderlərin qalibi olmasını “şübhəli tender əməliyyatı” kimi qiymətləndirib.

Görünür, məhz bu səbəbdən N.Mustafazadə şirkətin reputasiyasını “yumaq” üçün “Azəri Servis LTD” adından imtina edərək, şirkətin adını dəyişib "Konsept Holding" qoyub. Bəs görəsən, ad dəyişməklə mahiyyət də dəyişirmi?

Onu da qeyd edək ki, Nasir Mustafazadə əvvəllər həm də Almaniyada 554 mənzilin sahibi kimi medianın diqqətini cəlb edib.

Xatırladaq ki, Nasir Mustafazadənin şirkətinə “qazandırdıqca qazandıran” Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru deputat Mahir Abbaszadə, Müşahidə Şurasının sədri isə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir...

azpolitika.info
 
 

 


Bölmənin digər xəbərləri

02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...

Dünyapress TV

Xəbər lenti