MƏDƏT ZEYNALOVUN HƏDIYYƏ ETDIYI FƏXRI AD NIYƏ XANIMINI QANE ETMƏYIB
Bir ara mediada Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun qohumbazlığı barədə də davamlı məlumatlar yayıldı. Bildirilirdi ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşı Təhminə Zeynalovadan başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardı ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçiriblər.

Lakin bugünkü yazıda ehtiva olunan məsələ belə düşünməyə əsas verir ki, Mədət Zeynalovun arvadı o hədiyyəni haqq etməsə belə, yenə də qane olası əhvalda deyil. Həyat yoldaşının pozulmuş ovqatını düzəltmək üçün bəlkə hələlik “əməkdar müəllim” fəxri adı yetərli ola, ya olmaya.

“Deryaz.az” saytının sadiq oxucuları, eləcə də Ağstafa rayon təhsil ictimaiyyəti yaxşı xatırlayarlar ki, bir ara Mədət Zeynalovun öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satdığı barədə məlumat dolaşdı. Bax, yəqin elə Mədət Zeynalovun öz katibəsinə bunca dərin (!) diqqət və qayğı göstərməsi Təhminə xanımın qəlbində şübhə toxumu səpmişdi.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, bu günlərdə Təhminə Zeynalova qısqanclıq zəminində ərinin katibəsi ilə telefon mübahisəsi edib, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Təhqirlərə məruz qalan Afaq idarədə səsini başına atıb. Səs küyə qonşu otaqlardan əməkdaşlar katibənin başına yığılıblar. Bunu eşidən Afaqın əri Bayram Mustafayev də məsələni ayırd etmək üçün Mədət Zeynalovun üstünə yeriyib və şöbə müdirinin and-amanından sonra təklif edib ki, katibənin otağını müdir kabinetindən aralıda yerləşdirsin. Deyilənə görə, qalmaqal hətta icra başçısının da qulağına çatıb.

Təbii ki, Mədət Zeynalov bu məsələdə həddindən artıq ehtiyatlı olmalıdır; çünki Afaq Mustafayeva katibə olaraq onun demək olar ki, bütün maxinasiyalarından, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərindən xəbərdardır. Odur ki, müdir həmişə katibəsinə müstəsna səlahiyyətlər verib; məsələn, birinci siniflərə qeydiyyat məsələsində valideynlərdən təmənna ummasına göz yumub.

Ümumiyyətlə, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasəti, vəzifələri və dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirməsi, qohumbazlığı barədə dəfələrlə KİV-də, o cümlədən “Deryaz.az” saytında tənqidi yazılar dərc olunub, hətta şöbə müdirinin korruptiv şərtlərinə boyun əyməyən məktəb direktorlarını, Yenigün, Qacaq Kərəm, Həsən su kənd orta məktəblərinin və yeni təyin olunan məktəb direktorlarını müəllimlərin əli ilə “ifşaedici” səs yazıları yaydıraraq “zərərsizləşdirməsinə” dair məlumatlar yayılıb. Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova (M.Məmmədova M.Zeynalovun özünə də dərs deyib) ilə məktəbin müəlliməsi (deyilənə görə iki illik kurs bitirib) Vüsalə Məmmədova arasında məlum səs yazısı qalmaqalını buna əyani misal göstərmək olar.

Elə indi də aktualdır ki, Mədət Zeynalov məktəb direktorlarına “haqq” qoyub, Regional Təhsil İdarəsi rəhbərliyinə çatdırdığını deyir. “İpə-sapa yatmayan” məktəb direktorlarının barəsində isə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova yalan məlumatlar ötürür. Təbiət etibarilə mərdimazar adam olmayan cənab Seymur Orucov bəlkə də Mədət Zeynalovun ötürdüyü hər donosa inanmazdı. Amma Mədətə bu məsələlərdə İcra Hakimiyyətinin məsul işçisi, başçının çox inandığı vəzifəli şəxslərdən başçının müavini Lalə Eyyubova kömək edir, təhsil müdirinin sözünə qüvvət verir, tələ qurduqları məktəb direktorunu quyuya salmaq üçün yoxlama komissiyasının təşkil edilməsinə nail olur.

Məqalədə qeyd olunan faktlara aydınlıq gətirmək üçün Mədəd müəllimə zəng vurub səsləndirilən ittihamlara mövqeyini bildirməsini xahiş etdik. Cənəb Zeynalov qol qoyduğu bu qədər nöqsanları görməzlikdən gələrək yazdığımız mesajda bir hərfin səhvini kişi göydə tutub bizi bizdə nöqsan tapdı. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryyaz.az
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti