“İsmayıllı Tikinti 27” MMC-nin keyfiyyətsiz betonu vətəndaşı ziyana salıb - VİDEO
İş adamı Azad Əliyev dəymiş ziyanı ödəməkdəm imtina edir

İsmayıılı rayonunda fəaliyyət göstərən "İsmayıllı Tikinti 27” MMC-nin sahibi iş adamı Azad Əliyev Vüsal Həsənova keyfiyyətsiz beton satmaqla onu ziyana salıb. Məsələ ilə bağlı şikayətçi olan Vüsal Həsənov saytımıza bildirdi ki, təsadüfən Bakıda restoranların birində Azad Əliyevin dostu Məmməd Əhmədsoyun oğlu Səfər Əhmədsoyla tanış oldum və söhbət əsnasında atasının beton zavodu olduğunu bildirdi. Vüsal Həsənov Qəbələ rayonunda fərdi ev tikidiyini Səfər Əhmədsoya bildirdikdə isə, o atasının beton zavodu olduğunu və dostu Azad Əliyevə məxsus "İsmayıllı Tikinti 27” MMC-dən ona beton alıb verə biləcəyini bildirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1686688058_1.jpg
Şikayətçi qeyd edir ki, razılaşmaya görə aldığım betonun pulunun bir hissəsi töküldüyü vaxt, bir hissəsi isə avqust ayında verilməli idi. Müqavilədə isə "İsmayıllı Tikinti 27” MMC-nin 400 marka beton verəcəyi qeyd edilib.

Vüsal Həsənov bildirir ki, evin dam hissəsinə istifadə olunan beton quruduqdan sonra ovulub tökülməyə başlayıb. Məsələni araşdırdıqda isə məlum olub ki, hətta "İsmayıllı Tikinti 27” MMC tərəfindən daha önvə satılan betonlar belə müqavilə şərtlərində yazıldığı kimi 400 marka deyil, 350 markadır və sonuncu verilən beton isə istifadəyə tam yararsızdır. Həmçinin satılan betonun ucuz başa gəlməsi üçün gilli çay daşından istifadə olunub və ölçü çox gəlməsi üçün suyunu normal qaydasından dəfələrlə artıq əlavə ediblər.

Şikayətçi beton tökülmə ərəfəsində problemlə bağlı "İsmayıllı Tikinti 27” MMC rəhbərliyi ilə əlaqə yaradıb və Azad Əliyev ona bildirib ki, "narahatçılığa əsas yoxdur,betonu tökün əgər hər hansı bir problem olarsa bütün ziyanı qarşılayacaq".
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1686688059_2.jpg
Vüsal Həsənov qeyd edir ki, yaranmış problemdən sonra "İsmayıllı Tikinti 27” MMC rəhbərliyi dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. Keyfiyyətsiz beton satışı ilə məşğul olan Azad Əliyev açıq şəkildə bildirir ki, "mən heç kəsdən qorxmuram, hara şikayət edirsən elə...".

 
 
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti