2000-ci ildə dövlət çevrilişinə cəhd edən Tehran Lətifovun qanunsuz əməlləri davam edir… -
Gözü doymayan Tehran Lətifov indi də Qarabağ veteranına məxsus torpağı ələ keçirmək istəyir… Qanunsuz əməlləri barədə yazmaq istədiyimiz Tehran Lətifov barədə qısa məlumat verək.
Yada salaq ki, Tehran Lətifov 2000-ci ilin noyabrında - parlament seçkilərindən sonra Şəkidə baş vermiş iğtişaşların təşkilatçılarından biri olub, yəni siyasi çevriliş iddiası ilə insanları iğtişaşlara çağırıb. Və nəticədə Tehran Lətifov 2000-ci ildə həbs olunub və 2003-cü ildə prezident fərmanı ilə əfv edilib. Ancaq Prezidentin humanist qərarına baxmadan bu adam öz cinayət əməllərindən geri çəkilməyib. Və 2016-cı ildə qanunsuz əməllərinə görə barəsində cinayət işi açılıb.
Belə ki, 2016-cı ilin may ayında Tehran Lətifov öz şəriki ilə Oğuz şosesinin kənarında yerləşən gizli anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53410 qutu aksiz markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatı hazırlayıblar. Onlar tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yanlış məlumatlar verməklə həmin tütün məmulatlarının 1600 ədəd qutusunu 480 manata satıblar. Şəki polis şöbəsi Tehran Lətifovu və onun şərikini saxlayıb. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51810 ədəd “Prima” markalı tütün məmulatı aşkar edilərək götürülüb. Tehran Lətifov bu dəfə də hansı yollasa canını qurtara bilib. Amma...
Əmması odur ki, sonradan Tehran Lətifovun adı “Marxal” istirahət mərkəzi ilə bağlı hallanıb. Məlumat üçün bildirək ki, sovet dönəmində tikilən «Marxal» uzun müddət Şəki İpək Kombinatının balansında olub. 1998-ci ildə onu Tehran Lətifov özəlləşdirib. 2006-cı ildə isə Şəki İpək Kombinatı (indiki «Şəki İpək» ASC) bu obyektin düzgün özəlləşdirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Yerli məhkəmələrdə çəkişmələrdən sonra nəhayət 2010-cu ildə Ali Məhkəmənin qərarı ilə «Marxal»ın özəlləşdirilməsi ləğv edilib, istirahət zonası Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Amma bütün bunlara baxmayaraq Tehran Lətifov “ Marxal”ın bir hissəsini qanunsuz yolla əlində saxlaya bilmişdi. Sonradan Marxal üstündə Tehran İbadovla baş nazirin o zamankı müavini Abid Şərifov arasında qalmaqal başladı.
Onu da qeyd edək ki, görülən tədbirlərə baxmayaraq Tehran Lətifov sonrakı illərdə də gizli siqaret istehsalı ilə məşğul olub. Hətta ölkəyə qaçaqmal yolu ilə milyonlarla dəyəri olan tütün məhsulları gətirir, amma dövlətə vergi ödəmir. Bütün bunlar azmış kimi bu adam Şəki bazarının böyük bir hissəsini də ələ keçirib.
Onu da xüsusi olaraq qeyd edək ki, Tehran Lətifovla Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin yaxın biznes əlaqələri olub.
Sözün qısası, Tehran Lətifovun cinayət əməllərini saymaqla qurtaran deyil. Bu adam təkcə biznes sahəsində deyil, ümumiyyətlə, bütün sahələrdən də kasaddır, hər cürə əməllərə gedir. Yəqin ki, oxucuların yadında olar... Şəkili Düfü Tahirin barəsində yayılan, qeyri-etik video görüntülər ilk dəfə Tehran Lətifovun əlində olub. Və Şəkidə hamı bilir ki, videodakı qadının Düfü Tahirə heç bir bağlılığı yoxdur, əksinə keçmiş “pasportstola” aidiyyəti var. Bu başqa bir yazının mövzusudur.
Məqsəd camaat arasında hörmət sahibi olan, ədəb-ərkanlı şəxs olan Düfü Tahiri gözdən salmaqdır. Bax, Tehran Lətifovun belə əməlləri də var. Bu hələ harasıdır..? Tehran Lətifov canını, sağlamlığını Qarabağ uğrunda döyüşlərdə qoymuş müharibə veteranlarına məxsus torpaq sahələrini də ələ keçirməyə çalışır. Amma əminik ki, Şəkinin icra başçısı, hörmətli Elxan Yusifov Tehran Lətifovun bu əməllərinə yol verməz. Tehran Lətifov barəsində araşdırmalarımız davam edir. Bizi izləyin.
gundelik baki.com
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti