DİA.AZ: - "'Azərsu'nun 1saylı regional idarəsinin rəisi Ramil müəllim gələndən rayonunun olan-qalan suyu da ərşə çəkilib. DİA.AZ bildirir ki, bunu narazı Xaçmazlılar öz şikayətlərində qeyd edirlər.
Sakinlərin sözlərinə görə, Xaçmazın rayon mərkəzində artıq içməli su da problemə çevrilib. Sakinlər DİA.AZ-a yazlr:
"Dəmiryolunun alt hissəsindəki evlərin suyu birdəfəlik kəsilib. Yaxşı ki, Ramil müəllim vəzifəsində müvəqqətidir. Yoxsa problemimiz də daimi olardı".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...