BALAKƏN AVTOVAĞZALINDA ŞOK MAXINASIYA:
İllər öncə respublikamızın əsas problemlərdən biri, bəlkə də birincisi ölkəmizin nəqliyyat sektorunda əmələ gələn özbaşınalıqların, hərcmərcliklərin varlığı idi. Çünki istər şəhərdaxili, istərsə də digər şəhər və rayonlara hərəkət edən nəqliyyat vasitələri sahiblərinin heç bir qayda-qanuna söykənmədən fəaliyyət göstərmələri, gediş haqqı qiymətlərinin tez-tez artırılması və s. kimi halların varlığı, sakinlər arasında haqlı narazılıqların baş verməsinə səbəb olurdu.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-05_1684180769_1.jpg
Çox keçmədi ki, sakinlərin hər cür rahatlığının təmin olunması məqsədilə büdcədən ayrılan vəsaitlər hesabına, respublikamızın şəhər və rayonlarında yeni avtovağzallar inşa olundu və hər kəsin istifadəsinə verildi. Bəli, bu gün də şəhər və rayonlarda fəaliyyət göstərən avtovağzallar, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən sahələrindən biri hesab olunur. Hər kəs şahiddir ki, bu sahədə atılan addımlar, yalnız və yalnız sərnişinlərin rahatlığının təmin olunması məqsədilə atılır. Belə avtovağzallardan biri də, 2007-ci ilin iyun ayında Balakən rayonunun Heydər Əliyev prospektində inşa olunur və 19 sentyabr 2008-ci il tarixdə isə, Prezidenti İlham Əliyev Balakən Avtovağzalının açılışınıda iştirak edir. Qeyd edək ki, ölkə rəhbəri avtovağzalın açılış tədbirindən sonra, avtovağzalın kassa otaqlarına baxış keçirir, avtobusların hərəkət cədvəli ilə yaxından tanış olur. Əldə etdiyimiz məlumatlara görə, bu avtovağzalın binası büdcədən ayrılan 200 min manat vəsait hesabına inşa olunur və onun ümumi sahəsi 1100 kvadratmetrdir. Gün ərzində təqribən 500 nəfər sərnişinə xidmət göstərən bu avtovağzal binasında gözləmə salonu, kassa, ana və uşaq otaqları, yeməkxana və digər xidməti otaqlar var və burada 25 nəfərin işlə təmin olduğu söylənilir. Bütün bunlara baxmayaraq, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllimin, bu gün də bu avtovağzalda öz düşüncə tərzinə uyğun “gestapol idarəçiliyi” həyata keçirdiyi bildirilir. Bu haqda məlumatları Dəryaz qəzetinin redaksiyasına çatdıran və Nadir müəllimin idarəçiliyindən zinhara gəldiyindən Balakən rayonu, Mahmalar kənd sakini, hal-hazırda rayonun Atatürk prospektində yaşayan Sarıyeva Naibə Naib qızı şikayətçi olduğunu bildirir. Şikayətçi xanım Naibə Sarıyeva bildirir ki, “Mən 2018-ci ildən Balakən Avtovağzalında kassir işləyirəm və ötən illər ərzində hər ay cəmi 120 manat əmək haqqı almışam. Hətta, elə hallar olub ki, əmək haqqımı rəhbərlik məni təhqir edə-edə verib. Elə hallar da olub ki, əmək haqqımı Nadir müəllimə yalvararaq almışam. Bəzən də o, “Əmək haqqı yoxdur, olanda verərəm. Get kimə, hara istəyirsən şikayətini ver” deyə, mənə belə bir formada cavab verib. Artıq son vaxtlar vəziyyət o həddə qədər gəlib çatdı ki, bu ilin mart ayında Nadir müəllimin əməllərindən aidiyyatı dövlət qurumlarına şikayət etməli oldum. Etdiyim şikayətdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşları avtovağzala üç min manat cərimə yazdılar, daha sonra bununla bağlı prokurorluğa da şikayət etdim. Qeyd edim ki, Balakən Avtovağzalında iki nəfər kasir var. Biri mənəm, digəri isə “smenşik”imdir. Səhər saat 6:00-dan axşam saat 18:00-a kimi birimiz, digərimiz isə axşam saat 18:00-dan 23-ə kimi işləyirik. Nadir müəllimin əməllərindən aidiyyatı dövlət qurumlarına şikayət etdiyimə görə o, bu gün həm məni, həm də “smenşik”imi işdən çıxartmaqla hədələyir. Bu şəxs bizi 10 saat və daha çox işlədir, amma ayda bizə cəmi 120 manat əmək haqqı verir. Şikayətimdən sonra Nadir müəllim bizə “Siz 8 saat işləməlisiniz” deyir. Bu şəxs yalnız bir ay 250 manat əmək haqqı verib. İndi may ayı olsa da, aprel ayının əmək haqqını ala bilməmişəm. Nə vaxt ondan əmək haqqımı istəyirəm, o halda o, “Pul yoxdur, olanda verərəm” deyir və əmək haqqımı vermir. Nadir müəllim işdə qanunsuz xadimələr saxlayırdı və onlara ayda 200 manat əmək haqqı verirdi. Elə ki, şikayət olundu, müəyyən yoxlamalar başladı, ondan sonra o, xadimələri işdən çıxartdı. Bu gün Balakən Avtovağzalında Sevinc Məmmədova adlı bir xanım qanunsuz şəkildə kasir işləyir. Çünki, xeyli müddət bunda öncə Arif müəllim onu işdən çıxartmışdı. Bu gün Nadir müəllim bizi işdən çıxartmaq istəyir, ona görə də həmin kassiri işə götürüb. Amma, bəlli deyil ki, Sevinc Məmmədova rəsmi qaydada işə götürülüb, yoxsa o, VÖEN-lə işləyir? VÖEN-lə işləmək ƏM-nin tələblərinə də ziddir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-05_1684180778_2.jpg
Nadir müəllim bizi pandemiya vaxtlarında da işlətdi və iki aylıq əmək haqqımızı vermədi. Bu gün əmək haqqımı istəyirəm, o, mənə “Əmək haqqı yoxdur, olanda verəcəyəm” deyə cavab verir. Bu şəxs 2018-ci ildən bizə 120 manat əmək haqqı verir. Hansı ki, bu yöndə lazımi araşdırmalar aparmışam, hər ay mənim adıma 345 manat əmək haqqı yazılıb. Nadir müəllim bizi işə gotürəndən indiyə kimi əmək haqqı kartlarımızı özündə saxlayır və bu gün də o, əmək haqqı kartlarımızı özümüzə qaytarmır. Hal-hazırda Balakən Avtovağzalında Nadir müəllimlə avtovağzalın dispeçeri özünəməxsus formada işbirliyi qurublar və onlar əldə etdikləri gəlirləri birlikdə mənimsəyirlər. Avtovağzaldan müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri ilə bağlı sənədləşmə işləri düzgün həyata keçirilmir. Nadir müəllim əvvəllər taksi sürücüsü olub və bir neçə ildir ki, bu avtovağzala rəhbərlik edir. Bundan əlavə, “Daewoo” şirkəti ilə Balakən Avtovağzalı arasında müqavilə sənədi olmasa da, bu şirkətə məxsus nəqliyyat vasitələri bu avtovağzaldan müxtəlif istiqamətlərə hərəkət edirlər. Deməli, “Daewoo” şirkəti sürücülərinin Balakən Avtovağzalındakı fəaliyyətləri qanunsuzluğa söykənir”.

Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Nadir müəllimin bu cür əməlləri ilə bağlı aidiyyatı dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər şəxsləri müvafiq tədbirlərini görəcəklər. Yəni ki, o halda bu şəxs Balakən Avtovağzalında qol qoyduğu qanunsuzluqlarla bağlı ünvanlanan suallara gectez hüquqi müstəvidə cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti