Lənkəran MERO-nun rəisi Kamran Məmmədovun CƏNAB dediyi şəxs kimdir..? MERO rəisi milyonluq əmlakı hansı pulla əldə edib..?





MERO rəisi vəzifəli şəxslərin əmlaklarının siyahısını necə ələ keçirə bilər..? Hamının Lənkəran MERO dediyi, lakin rəsmi adı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsindən bəhs etmək istəyirik.
Qısaca onu qeyd edək ki, Azərbaycanda bu qədər açıq-aşkar rüşvətin alındığı ikinci bir qurum təsəvvür etmək çətindir. Bu yaxınlarda tanışlardan biri dedi ki, Rusiyada iki il çalışsam da sürücülük vəsiqəsi ala bilmədim, amma Bakıya gələn kimi pulumu verib sürücülük vəsiqəsi aldım. Təsəvvür edirsiniz vətəndaş Rusiyada iki il sürücülük vəsiqəsi ala bilmir, amma Bakıya gələn kimi pulunu verib sürücülük vəsiqəsi alır. Bu hal millətimizə, dövlətimizə yaraşan hal deyil. Həm də unutmayaq ki, dünyada azərbaycanlılar qədər avtoqəzalarda ölən ikinci millət yoxdir. Yəni avtoqəzalarda ölənlərin sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Biz rəsmi rəqəmdən bəhs edirik ee…. Bunun əsas səbəbi nədir..?
Əlbəttə, sürücülük vəsiqələrinin açıq bazar formasında satılması. Biraz sərt də olsa deməliyik ki, “prava” satanlarla torpaqlarımıza mina basdıranların heç bir fərqi yoxdur. Kim necə başa düşür düşsün, bu millətə qarşı genosiddir. Bəzi MERO rəisləri “prava” satıb milyonlar qazanacaq, ortada millətin övladları həlak olmalıdır..?
Sözün qısası, 2021-ci ildə cənab Daxili İşlər Naziri, general polkovnik, hörmətli Vilayət Eyvazov Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədovu tutduğu vəzifədən azad edərək Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəisi təyin edəndə Cənub bölgəsinin adamları düşündü ki, prava satmaq məsələsinə son qoyulacaq.
Amma… Əmması odur ki, MERO-nun yeni rəisi Kamran Məmmədov əksinə “prava tarif”lərini qaldırmağa başladı. Belə ki, əvvəl “prava” almağın qiyməti 900 manat idisə, indi 1100-1200 manata qalxıb. Bunun üçün “parava” maklerləri var, onlara yaxınlaşıb sövdələşmək yetər. Sürücülük vəsiqəsindən başqa maşınların texniki müayinədən keçirilməsi də əsl bazara çevrilib.
Belə ki, rəisin maklerləri sürücülərlə danışıb pulu alandan sonra texniki baxışla bağlı sənəd verilir. Bundan başqa nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Bu hələ harasıdır..?
Kimlər ki, öz qanuni hüququnu tələb edir, rəisin qoçuları tərəfindən təyziqlərə məruz qalırlar. Biz hələ oğurluq maşınları qeydiyyatından danışmırıq. Digər məsələni də qeyd edək ki, kateqoriya dəyişdikcə sürücülük vəsiqəsinin qiyməti də dəyişir.
Sözün qısası, Lənkəran MERO-da özbaşnalıq və qanunsuzluqlar baş alıb gedir. Bu barədə saytların çoxunda yazılıb və təkzib olunmayıb. Bəli, Lənkəran MERO-nun rəisi Kamran Məmmədov prava sata-sata milyonçuya, oliqarxa çevrilib. Bu adam Cənub zonasında ən bahalı torpaqları ələ keçirib. Özü də öz yaxın qohumunun vasutəsilə.
Bəli, Kamran Məmmədovun yaxın qohumu Əmlak komitəsində yüksək vəzifədə işləyir. Və Kamran Məmmədov hər yerdə deyir ki, mən qohumumun vasitəsilə istənilən torpağı həm icarəyə, həm də satın ala bilərəm. Biraz da çətinə düşən kimi deyir ki, mən CƏNAB-a məruzə edim, sonra… Görəsən, bu hansı CƏNAB-ı nəzərdə tutur.
Görəsən, bu CƏNAB-ın adı, soyadı nədir, hansı vəzifəni daşıyır..?
Onu da qeyd edək ki, Kamran Məmmədov kimlərəsə hədə-qorxu gələrək deyir ki, bütün vəzifəli şəxslərin mülklərinin, obyektlərinin siyahısı əlimdədir haa…
Görəsən, MERO rəisi bu əmlakların siyahısını necə ələ keçirib..? Çox güman ki, yuxarıda adını çəkdiyi qohumunun əli ilə. Bu barədə növbəti yazıda. Bizi izləyin. Gündəlik Bakı

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti