DİA.AZ: - Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Dəfələrlə müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir. Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor əvəzi təyinatından sonra haqsızlıq geniş vüsət almışdır, həm də Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti ilə, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz, üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə tanış olmusunuz. Amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü iclas keçirir, bu saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Rektor əvəzi kimi kafedralara iclas adı ilə gedir, ortada isə heç bir nəticə yoxdur. Elmi Şurada qərar qəbul edərək Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının yaxınlığına yerləşirdi. Onu tam dağıdaraq, dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbə gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov bunu etmək əvəzinə bu fermaları tamamilə dağıtdı. Aqrar sahədən və idarəçilikdən bixəbər Zəfər Qurbanov anlamır ki, o, rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermaları necə saxlayırdı? İri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı? İbrahim Cəfərov heyvandarlıqdan da əlavə, quşçulugun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələri dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də pul verirdi. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını tam dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur,amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir. İndi də Zəfər Qurbanov deyir ki, mənə kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Prezident tərəfindən əməyinə "Tərəqqi" medalı verilmiş Həsənəli Aslanovu aşağılayaraq mənə Səni kimi elmlər doktoru lazım deyil. Sən get alimliyinlə məşgil ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır. Uzun müddət direktor, kafedra müdiri işləmiş bir şəxs kafedranı idarə edə bilmir ki???? Zəfər bəy deyir ki, mən kafedranın idarəçiliyini dosentə yox, professora yox, təcrübəsiz menecerə həvalə edəcəm, qoy kafedranı o idarə etsin. Kafedra müdiri vəzifəsi isə təlimata görə mütləq elmi ada və dərəcəyə malik adam tərəfindən icra olunmalıdır. Zəfər Qurbanov meneceri alimdən üstün tutur. Ancaq dərk etmir ki, dahi Nizami demişkən, Hər uca rütbədən biliniz fəqət Alimin rütbəsi ucadır, əlbət.
Bir sözlə, ADAU məhvə doğru gedir..."
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...