Suraxanının icra başçısı Əziz Əzizov uğurlu kadrdır…
Amma RİH-nin şöbə müdiri Eldəniz Əliyev görülən müsbət işlərə kölgə salır…
Kim nə deyir desin uğurlu məmur hər şeyi olmasa da, çox şeyi həll edir. Baxırsan eyni hakimiyyət, eyni sistem, təyin edən də eyni şəxsdir. Amma kadrın biri yerindədir, amma o birisi heç bir meyara uyğun gəlmir.
Özünüz fikirləşin, cənab Prezident Mədəniyyət naziri Əbülfəz Qarayevi vəzifəsindən uzaqlaşdırır və Anar Kərimovu 5 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edir. Və 1 ildən sonra Anar Kərimov vəzifəsindən azad edilir.
Təsəvvür edirsiniz, bu adam 1-cə il vəzifədə dayana bilmir. Çünki uğursuz kadrdır. Yaxud Prezident İsmayıllı rayonuna Nahid Bağırovu icra başçısı təyin edir və təyin edərkən ona məsləhət verir ki, xalqa xidmət edin. Bir ay sonra Nahid Bağırovu Bakıda saunada tuturlar və 1 ayın icra başçısına cənab Prezident TÖHMƏT verir.
Yəni sözümüzün canı odur ki, kadr yerində olmayanda onu orada heç kim saxlaya bilməz. Amma kadr uğurlu olanda vətəndaşlar üçün də faydalı olur, dövlətin də nüfuzu yüksəlir, Prezident də öz kadrından razı qalır.
Ona görə yazının girişində qeyd etdik ki, uğurlu kadr hər şeyi olmasa da çox şeyi həll edir. Əlbəttə, biz başa düşürük ki, məmurun sehrli çubuğu-zadı yoxdur ki, 1 dəqiqədə yığılmış problemləri həll etsin. Uğurlu kadrlardan biri də Suraxanının icra başçısı Əziz İmran oğlu Əzizovdur.
Bəli, Əzizov Əziz İmran oğlu Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Biz bu yazıda Əziz Əzizovun Cəlilabaddakı, Yasamaldakl müsbət fəaliyyətindən deyil, məhz Suraxanı rayonundakı fəaliyyətindən danışmaq istəyirik.
Sözün düzü, uzun illər Suraxanı rayonu gözdən uzaq olub və rayonda problemlər üst-üstə yığılıb. Təsəvvür edirsiniz, paytaxtın Suraxanı rayonunda yollar ucqar dağ kəndinin yollarından pis gündə idi....
Təsəvvür edirsiniz, Suraxanıda istirahət parklarına sakinlər qaranlıq düşən kimi çıxmağa qorxurdular. Çünki istirahət parklarında hətta 1 ədəd fanar, işıq lampası yox idi.
Təsəvvür edirsiniz, rayonda Qarabağ qazilərinə, veteranlara, şəhid ailələrinə münasibət dözülməz idi. Amma son 3 ildə icra başçısı Əziz Əzizov Suraxanıda xeyli müsbət işlər görüb və rayon sakinləri bunu görürlər.
Biz yuxarıda qeyd etdik ki, Suraxanıda bir nəfər Qarabağ qazisi, şəhid ailəsi yada düşmürdü. Amma son 3 ildə vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirən hərbi qulluqçularımıza və şəhid ailələrinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən, şəxsən icra başçısı cənab Əziz Əzizov tərəfindən diqqət və qayğı göstərilərək, problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür. Cənab icra başçısının tapşırığı ilə Vətən müharibəsi şəhidinin ailəsinin mənzili əsaslı təmir olunub. Yaxud Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov düşmənin kabusuna, xalqımızın qəhrəmanına çevrilən Qarabağ fədaisi Elçin İsmayılovun ailəsini ziyarət edib və onlara qiymətli hədiyyələr təqdim olunub. Uzun müddət təmirsiz istismar olunan mənzildə aparılan yenidənqurma işləri ilə tanış olan RİH başçısı Əziz Əzizov ailənin qayğıları ilə maraqlanmış, şəhidimizin özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladının ataları kimi vətənpərvər ruhda böyüyəcəklərinə və onun həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu bildirmişdir. Belə misallar kifayət qədərdir.
Yuxarıda qeyd etdik ki, Suraxanının yolları ucqar dağ kəndinin yollarından betər idi. Amma son 2-3 ildə Suraxanıda nəinki əsas yollar, hətta məhlədaxili yollar yüksək səviyyədə təmir olunub, ya da yenidən qurulub.
Son 2-3 ildə rayon ərazisindəki illərlə təmirsiz qalan istirahət parkları yenidən qurulub və parklar nəhayət İŞIQ ÜZÜ GÖRÜB. Belə nümunələr kifayət qədərdir. Amma bu o demək deyil ki, RİH-də problemlər yoxdur.
Haqqında bəhs edəcəyimiz şəxsi, yəni Əliyev Eldəniz Əliqulu oğlunu cənab icra başçısı əvvəlcə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edib. Daha sonra icra başçısının əmri ilə Eldəniz Əliyev RİH-dədaha yüksək vəzifəyə - RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir təyin edilib. Yəni icra başçısı bu şəxsə etimad göstərib. Amma humanitar sahəyə məsul olan Eldəniz Əliyev bircə dəfə də şəhid ailələri ilə maraqlanmayıb. Bircə dəfə də olsun aztəminatlı ailələrin problemlərinə, özünün birbaşa vəzifə borcu kimi baxmayıb.
Xeyli müddətdir ki, Eldəniz Əliyev RİH-ndə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Amma Eldəniz Əliyevi sosial-iqtisadi məsələlərdən başqa çox şey maraqlandırır. Bu adam rayondakı qanundankənar obyektlər, vergidən yayınan ticarət mərkəzləri və s barədə susmağa üstünlük verir.
Növbəti yazımızda Eldəniz Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına necə qəbul olunmasından, Ukraynada, Belarusiyada, Rusiyanın bir çox ölkələrində əslən Gürcüstandan olan şəxsin əli ilə avtomobil biznesindən, əslən Cəbrayıl rayonundan olan "dayı" ləqəbli banditlə əlaqələrindən, Cəlilabadda, Biləsuvarda, Türkiyədə, Rusiyanın bir çox şəhərlərində, Nəsimi, Yasamal, Abşeron, Nərimanov, Qaradağ, Sumqayıt və Azərbaycanın bütün rayonlarında qardaşının vasitəsilə kimin biznesini idarə etməsindən, İdarəetmə Akademiyasında özünü icra başçısı kimi aparmasından və kimi hansı yola dəvət etməsindən bəhs edəcəyik. Bizi izləyin.
P.S. Dostaların nəzərinə çatdırırıq ki, kiminsə xahişi üçün özünüzü işə salmayın.