İcbari Tibbi Sığorta Agentliyi "Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materiallarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
DİA.AZ rəsmi mənbələrə istinadla bildirir ki, qalib "Medeks" MMC şirkəti olub. (VÖEN: 1501173171).
Qalib şirkətə 987 min 869 manat ödəniləcək.
Qeyd edək ki, "Medeks" MMC bundan əvvəl də agentliyin 8 tenderinin qalibi olub.
Şirkətlə 2021-ci ildən indiyədək 17 tender üzrə satınalma müqaviləsi imzalanıb.
DİA.AZ olaraq dövlət qurumlarının SEVİMLİSİNƏ çevrilən "Medeks" MMC ilə apardığımız araşdırma nəticəzində çox ilginc faktları aşkara çıxardıq və aydın oldu ki, əslində bu MMC heç də məmuriyyətə yad birisinə aid deyil.
“Wikipedia”da yerləşdirilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016- cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. "Medeks" MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.
Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən "Medeks" MMC barədə məlumat almaq mümkün deyil.
Amma aydındır ki, bu gün məmurlara aid obyektləri AQTA şefi kimi yoxlama fürsəti olan Qoşqar müəllimin məhz bu səbəbdən dövlət qurumlarının tenderlərindən də pay umma imkanı da var ki, bundan da, maşallah olsun, geniş şəkildə yararlanmaqdadır. Bəs necə də olmalı idi ki? Burası axı Azərbaycandır...
Məsələ ilə bağlı teref.az olaraq bütün maraaqlı tərəfləri dinləməyə hazırıq...