İMTAHANDA 80 BAL TOPLAYAN MÜƏLLİMƏ İŞSİZ QALDI
“Cari ildə Müəllimlərin İşəq Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək, 80 bal toplamışam. Seçim turlarında da iştirak edib, ötən turda müddətli müqavilə ilə (1 illik) Sumqayit şəhər 9 saylı tam orta məktəbə qəbul olmuşam. Amma qəbul olduqdan sonra direktor və Təhsil Şöbəsindən mənə bildirildi ki, yanlış vakansiyadır, səhvən çıxarılıb, gedin gözləyin, nə vaxt Sumqayıt ərazisində vakansiya yaransa, ən yaxın müddətdə sizi işlə təmin edəcəyik”.

Bu barədə Sumqayıt şəhər sakini Əkbərova Ləman Rauf qızı tərəfindən redaksiyaya göndərilən məktubda bildirilir.

Onun sözlərinə görə, bundan bir müddət sonra ona Aşağı Güzdək və “Nasosnu” deyilən yerlərdə müəllim işləmək təklif olunub: “Aşağı Güzdək və “Nasosnu” uzaq olduğu üçün, ailə vəziyyətimlə bağlı bu təklifləri qəbul edə bilmədim. Axı, mən Sumqayıt ərazisindəki, evimə yaxın məktəbə qəbul olmuşam, niyə uzaq yerdə isləməliyəm?! Dedim ki, ancaq Sumqayıt daxilindəki məktəblərdə işləyə bilərəm, ailə durumumla bağlı. Artiq 2 həftədən çox keçib, məni hələ də işlə təmin etmirlər”.

Ləman Əkbərova deyir ki, bu barədə Təhsil Nazirliyinə müraciət etsə də, şikayətinə baxılmır: “Təzəlikcə yeni qərar qəbul olundu ki, 65 yaşı tamam olan müəllimlərin müqavilələri ilin sonunadək uzadılsın. Yəni bu o deməkdir ki, ilin sonu vakansiya yaranacaq. Nazirliyə zəng edirəm, ərizə yazıram, heç kim baxmır. Deyirəm ki, məni cənab nazirin qəbuluna yazın, deyirlər qəbul yoxdur. Hamı deyir ki, gözləyin. Axı mən nə qədər gözləməliyəm? Mənim bu isə çox ehtiyacım var”.

İMTAHANDA 80 BAL TOPLAYAN MÜƏLLİMƏ İŞSİZ QALDI
İMTAHANDA 80 BAL TOPLAYAN MÜƏLLİMƏ İŞSİZ QALDI

Hurriyyet.az

Redaksiyadan: Mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini dərc etməyə çalışacağıq.

Dünyapress TV

Xəbər lenti