Türkiyədə idmana, xüsusən də futbola sponsorluğu ilə tanınan, idmanın inkişafında xüsusi rol oynayan “Dəmir Qrup” və “Misli.com” Azərbaycanda küçə qumarının inkişafı ilə məşğul olur. Türkiyədə futbol oyunlarında canlı mərcləri həyata keçirən “Dəmir Qrup” və “Misli.com” qazandığı pulların böyük hissəsini futbola sərmayə olaraq geri verir. Hazırda “Misli.com” Türkiyədə demək olar ki, bütün klublara sponsorluq edir, eyni zamanda Türkiyədə futbolun inkişafında xüsusi rol alır.
Bəs ölkəmizdə bütün loterya və mərc oyunları üzərində inhisara sahib olan “Dəmir Qrup” Azərbaycanda nə işlə məşğul olur? “Misli.az”ın bu günə qədər Azərbaycan futbolunun inkişafına sərf etdiyi vəsait nə qədərdir və bu vəsait son bir ildə “Dəmir Qrup”un Azərbaycandan əldə etdiyi gəlilərin neçə faizidir?
Bildiyimiz qədəri ilə “misli.az” son zamanlar “Goal+ Summer Festival”ına sponsorluq edib. Daha sonra isə “CBC Sport”da canlı yayımlanan “Barselona - A.Bilbao” matçına sponsorluğunu üzərinə alıb edib və mərc operatörü olaraq bu sponsorluqdan heç də qazancsız çıxmayıb. Çünki telekanalda davamlı olaarq “misli.az”ın canlı mərc oyunu reklam olunub. Buna sponsorluq demək mümkünsə, olsun sponsorluq... Hər halda bu sponsorluq futbolun inkişafına deyil, futbol üzərindən qumarın inkişafına xidmət göstərib.
Avqustun 10-da isə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu Azərbaycan Peşəkar Futbol Liqası ilə sponsorluq müqaviləsi imzalayıb. Və bu müqavilə futbolun inkişafından daha çox, “Misli.az”ın reklamına xidmət edir. Yəni bu müqavilə əslində canlı futbol oyunlarının yayımına yönlədirilib və “Dəmir Qrup” bu müqavilədən daha çox qazanan tərəf olacaq. Çünki bütün canlı yayımlarda və futbol meydançalarında “misli” mərc operorluğnu reklam edərək daha böyük kütləyə çatacaq. Amma bu müqavilənin Azərbaycanda futbolun inkişafına nə qədər xeyri olacaq, ümumiyyətlə olacaqmı, bilinmir...
Bu məsələnin bir tərəfidir. Mərc oyunlarının bundan əvvəl də Azərbaycanda nə qədər faciələrə yol açdığını bir tərəfə qoysaq belə, mərc operatörü olaraq “Dəmir Qrup”un futboldan qazanmaq istəyi başa düşüləndir. Amma “Azərlotereya” ASC-nin faktiki və tək sahibi olan “Dəmir Qrup”un Azərbaycan xalqını qumara alışdırması və eyni zamanda “soğan qabığı kimi soyması” heç də anlaşılan deyil.
Azərbaycanda qumar biznesinin monopoilst sahibi olan Zafer Reisoğlu hər dalanda, hər küçədə, kiçik bir qumar masası qoyaraq nəyə nail olmağa çalışır? Daha çox qazanmağamı? Axı küçələrə səpilən bu kiçik qumar masaları narkotik qədər təhlükəlidir. Və hansı səbəbdən Zafer Reisoğlu və Yıldırım Demirören mərc operatorluğundan qazandığı milyonlarla doyub-dolanmaq istəmir və hər küçəyə bir qumar masası qoyaraq bizim insanlarımızı kütləvi şəkildə qumarbaza çevirir? Burda bir qəsd varmı?
Bu sualın cavabını təbii ki, dövlət qurumları verməlidir. O dövlət qurumları ki, Demirörenin və Reisoğlunun Azərbaycanda qumar bisnesinin monopolistinə çevrilməsini rəsmi və qanuni şəkildə icazə veriblər. Ancaq küçə qumarı nə qədər qanunidir? Bu da mübahisə mövzusudur və araştırılmasına ehtiyac var...
P. S. Təbii ki bəzi məmurlar Yıldırım Demirören və Reisoğlunlə gizli şərikləri olmasaydı, indiki vəziyyətlə də üzləşməzdik…