“Azerlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyində baş verən dəyişiklilərdən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz monopoliyalarına almağa çalışırlar. Bu haqda DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir.
İddia olunur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu və onun kadrı kimi tanınan C.Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır. O, ilk növbədə bütün keçmiş işçiləri, hətta sıradan satıcıları belə, sözügedən biznes şəbəkəsindən uzaqlaşdırmaq üçün bütün yollara əl atır. Cahangir Fərəcullayev öz niyyətinə çatmaq üçün hətta bir müddət zərərlə işləməyi də gözə alıb.
Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata əsəsən, C.Fərəcullayevin göstərişi ilə bölgələrdə lotoreya biletləri xüsusi şəxslər tərəfindən topdansatış qiymətindən də aşağı satılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.
Bu heç də hamısı deyil. DİA.AZ-a danışan mənbə olduqca ilginc faktları açıqlayıb. Bu faktlarda isə 2021-ci ildə “Azərlotereya”nı idarəetməyə götürən Türkiyənin “Demirören Holding” şirkəti ilə bağlı ilginc məqamlar açıqlanıb. Bu barədə daha geniş materialımız hazırlanır. Bizi izləməkdə davam edin. Daha dəhşətli faktlarla tanış olacaqsınız...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...